361
Oftalmoloq
Cərrah
Kimya.Biologiya.Tibb
90
illiyi
95
illiyi
Münəvvər Qasımova
1924-1990
Xurşid Quliyeva
1919
DEKABR
Münəvvər Cavad qızı Qasımova
1924-cü il dekabr ayının 3-də Bakı
şəhərində anadan olmuşdur.
1946-cı ildə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb İnstitutunu
bitirib, həmin ildən Azərbaycan Elmi-
Tədqiqat Oftalmologiya İnstitutunda
öz əmək fəaliyyətinə başlamışdır.
1957-ci ildə Azərbaycan ET Of-
talmologiya İnstitutunun Qlauko-
ma şöbəsinin rəhbəri vəzifəsinə
təyin olunmuşdur və ömrünün so-
nuna qədər bu vəzifədə çalışmışdır.
M.C.Qasımovanın toksiki qlauko-
manın öyrənilməsində xüsusi rolu
olmuşdur. Öz doktorlıq dissertasi-
yasında klinik eksperimentlər və
histokimyəvi tədqiqatlar əsasında o,
bəzi kimyəvi maddələrin oftalmoto-
nusun səviyyəsinə təsirini isbat et-
mişdir.
M.C.Qasımova respublikada qla-
ukomanın epidemiologiyası, pato-
genezi, diaqnostika və müalicəsi
problemləri ilə məşğul olmuş, bir sıra
ixtisaslı qlaukomatoloq kadrları ha-
zırlamışdır. M.C.Qasımova 160-dan
artıq elmi əsərin müəllifidir.
Münəvvər Qasımova 1990-cı il
yanvar ayının 10-da vəfat etmişdir.
Dostları ilə paylaş: