362
DEKABR
Kimya.Biologiya.Tibb
100
illiyi
Rəhim Hüseynov
1914-1971
Rəhim Məşədi Allahverdi oğlu Hü-
seynov 1914-cü il dekabr ayının 23-də
qədim Gəncənin Zərrabi məhəlləsində
anadan olmuşdur.
Rəhim Hüseynov 1936-cı ildə
Azərbaycan Kənd Təsərrüfatı İnstitu-
tunun ipəkçilik şöbəsini bitirdikdən
sonra Tbilisi şəhərində ipəkçilik üzrə
Zaqafqaziya İpəkçilik İnstitutunun as-
piranturasına daxil olmuş, 1939-cu
ildə biologiya elmləri namizədi alimlik
dərəcəsi almış və Azərbaycan ipəkçilik
stansiyasında elmi fəaliyyətə başla-
mışdır. Böyük Vətən müharibəsinin
ilk günlərindən Sovet ordusu sıraların-
da Vətənin müdafiəsinə getmiş, 2-ci
Ukrayna cəbhəsində döyüşmüş, əks-
kəşfiyyatçı olmuşdur.
SSRİ Kənd Təsərrüfatı Nazirliyi
Rəhim Hüseynovu hərbi xidmətdən qa-
yıtdıqdan sonra indiki İpəkçilik İnstitu-
tuna göndərmişdir. R.Hüseynovun ya-
ratdığı yüksək məhsuldarlığı ilə seçilən
“Azərbaycan” ipəkqurdu cinsi 1950-ci
ildə Stalin mükafatına layiq görülmüş-
dür.
Rəhim Hüseynov 1951-ci ildə
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik
Stansiyasının direktoru, sonra isə
Azərbaycan Kənd Təsərrüfatı İnstitu-
tunun İpəkçilik kafedrasının müdiri
işləmişdir.
1969-cu ildə yenidən Elmi-
Tədqiqat İpəkçilik İnstitutuna direktor
göndərilmiş, daha sonra bir müddət
Azərbaycan
Respublikası
Kənd
Təsərrüfatı nazirinin birinci müavini
işləmişdir.
Rəhim Hüseynov 1962-ci ildə res-
publikamızda ipəkçilik sahəsində
ilk biologiya elmləri doktoru alim-
lik dərəcəsinə layiq görülmüş və
Azərbaycan SSR Elmlər Akademiyası-
nın müxbir üzvü seçilmişdir.
Rəhim Hüseynov ipəkçiliyin selek-
siya və damazlıq işlərinə dair 60-dan
artıq elmi əsərin müəllifidir. Alimin bir
sıra əsəri Çin, Yaponiya və Hindistanda
nəşr olunmuşdur. Professor Rəhim Hü-
seynov iki dəfə respublika Ali Sovetinə
deputat seçilmişdir.
Professor
Rəhim
Hüseynovun
1941-1945-ci illərdə Böyük Vətən
müharibəsindəki şücaəti, əməyi və elmi
fəaliyyəti yüksək qiymətləndirilmişdir.
O, Lenin ordeni, “Qızıl ulduz”, “Şərəf
nişanı” ordenlərinə, SSRİ Dövlət mü-
kafatı laureatı, bir sıra medallara və
Azərbaycan SSR Ali Sovetinin fəxri
fərmanlarına, SSRİ XTNS-nın qızıl me-
dalına, Miçurin və Paster medallarına
layiq görülmüşdür.
Hazırda Elmi-Tədqiqat İpəkçilik
İnstitutu Rəhim Hüseynovun adını daşı-
yır. Gəncə şəhərində onun doğulub ya-
şadığı evin qarşısında barelyefi asılmış
və şəhərin küçələrindən birinə onun adı
verilmişdir.
Rəhim Məşədi Allahverdi oğlu Hü-
seynov 1971-ci il may ayının 25-də
vəfat etmişdir.
Dostları ilə paylaş: