364
Tarixdə bu gün
QİÇS-lə Mübarizə Günü
1988
Bеynəlxalq Əlillər Günü
1992
DEKABR
Hər il dekabr ayının 1-i Ümumdünya
QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir.
İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS
günü bu il Azərbaycanda artıq 25-ci ildir
ki, keçirilir.
Azərbaycanda ilk dəfə HİV infeksiyası-
nın aşkar edildiyi 1987-ci ildən bugünədək
QİÇS-lə Mübarizə Mərkəzində HİV in-
feksiyası təsdiq olunmuş 3199 nəfər rəsmi
qeydiyyata götürülmüşdür.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə
yaşayan insanlara profilaktika, müalicə,
qulluq və dəstəyin göstərilməsinin
təmin edilməsi işi Respublika QİÇS-lə
Mübarizə Mərkəzində davam etdirilir.
Belə ki, AİDS, vərəm və malyariya ilə
mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə
08.11.2006-cı il tarixdən etibarən HİV-lə
yaşayan insanlara pulsuz qaydada həyata
keçirilən antiretrovirus terapiyasına hazır-
da 310 nəfər cəlb olunmuşdur.
Dünyada hər gün 6800-dən artıq insan
HİV-ə yoluxur, 5700-dən artıq insan isə
AİDS səbəbindən vəfat edir. 2007-ci ilin
sonuna Yer kürəsində HİV-lə yaşayan in-
sanların sayı 33,2 milyon təşkil etmişdir
ki, onlardan da 15,4 milyonu qadın, 2,5
milyonu uşaqdır.
Dostları ilə paylaş: