Rabitə və İnformasiya Texnologiyaları
Sahəsi İşçilərinin Peşə Bayramı Günü
2006
DEKABR
Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin 2 dekabr 2006-
cı il tarixli sərəncamına əsasən, hər il
dekabrın 6-sı Rabitə və İnformasiya
Texnologiyaları Sahəsi İşçilərinin Peşə
Bayramı Günü kimi qeyd edilir.
Ən qədim dövrlərdə insanlar
hündürlükdə tonqal yandırmaqla,
çaparlarla, göyərçinlərlə informa-
siya ötürülməsi prosesini təmin edə
bilmişdilər. Lakin zaman ötdükcə, insan
zəkası inkişaf etdikcə daha mütərəqqi
üsullara ehtiyac artmış və informasiya
texnologiyalarının yaranması üçün la-
büd şərait yaranmışdır. Azərbaycanda
rabitənin tarixi çox qədimdir. 1881-
ci ildə ölkəmizdə ilk telefon xəttinin
Bakıda “Nobel qardaşları Cəmiyyəti”
tərəfindən çəkilməsilə tarixə düşən
Azərbaycan rabitəsi yarandığı gündən
özünəməxsus inkişaf yolu keçərək bu-
günkü dövrə çatmışdır.
1901-ci ildə Tiflis Poçt Teleqraf
Dairəsi İdarəsinin tərkibində Bakı
Poçt-Teleqraf kontoru yaradılmışdır.
1916-cı ildə bu kontor ləğv edilmiş
və ayrı-ayrılıqda poçt və teleqraf kon-
torları təşkil edilmişdir. 1918-ci il may
ayının 25-də Azərbaycan Milli Şurası
müstəqillik haqqında Bəyannamə qəbul
etdikdən sonra Müvəqqəti Hökumətin
tərkibində Yollar, Poçt və Teleqraf Na-
zirliyi yaradılmışdı.
II Kabinə hökumətdaxili dəyişiklik-
lərdən sonra oktyabr ayının 6-da
Azərbaycan Respublikası Poçt və
Teleqraf Nazirliyi, 1954-cü ildə
Azərbaycan SSR-də Respublika Rabitə
Nazirliyi, 2004-cü il fevral ayıının
20-də Azərbaycan Respublikası Pre-
zidentinin 94 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi
yaradılmışdı.
Qədim tarixə malik olan rabitə
sahəsi müasir dövrdə yüksək inki-
şaf səviyyəsinə çatmışdır. Dövlət
siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilən bu sahənin daha da
inkişaf etdirilməsi ilə əlaqədar ola-
raq ölkəmizdə məqsədyönlü işlər
aparılmış, müxtəlif dövlət proqram-
ları, layihələr həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının in-
kişafı üzrə 2005-2008-ci illər üçün
Dövlət Proqramı”, “Azərbaycan Res-
publikası regionlarının sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı” və
“Ümumtəhsil məktəblərinin informa-
siya və kommunikasiya texnologiya-
ları ilə təminatı proqramı” bu gün də
uğurla icra edilir.
Dostları ilə paylaş: |