359
Kimya.Biologiya.Tibb
100
illiyi
Soltan Mehdiyev
1914-1985
DEKABR
Soltan Cəfər oğlu Mehdiyev 1914-
cü il dekabr ayının 2-də İsmayıllı ra-
yonunun Lahıc kəndində anadan ol-
muşdur.
1927-1931-ci illərdə Bakı Pedaqo-
ji Texnikumunu bitirərək, kənd orta
məktəbində müəllim işləmişdir.
1939-cu ildə Bakı Dövlət Univer-
sitetinin kimya fakültəsini bitirdikdən
sonra V.V.Kuybışev adına Azərbaycan
Elmi-tədqiqat Neft Emalı İnstitu-
tunda (1939-1943) və SSRİ EA-nın
Azərbaycan filialının Kimya İnstitu-
tunda (1943-1945) müxtəlif vəzifələrdə
çalışmış, Azərbaycan SSR EA-nın
Neft İnstitutunda laboratoriya müdiri
(1945-1956) və direktor (1956-1958),
ADU və Az.NKİ-də dosent və profes-
sor (1965-1967) Azərbaycan SSR EA
kimya elmləri bölməsinin akademik
katibi (1967-1973) olmuşdur.
II Dünya müharibəsi illərində bəzi
hərbi əhəmiyyətli partlayıcı maddələrin
alınması üzərində çalışmışdır.
1943-cü ildə Tbilisidə namizədlik
dissertasiyası, 1955-ci ildə isə Mosk-
vada “Tsiklan karbohidrogenlərinin
sintezi və çevrilmələri sahəsində
tədqiqatlar” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir.
1956-1958-ci illərdə Azərbaycan
Neft İnstitutunun direktoru olmuşdur.
Əsas
elmi
işləri
naften
karbohidrogenlərinin
izomerləşmə
reaksiyasının mexanizminin alkilsik-
loheksan karbohidrogenlərinin xlor-
laşma və oksidləşdirici ammonoliz
reaksiyalarının qanunauyğunluqları-
nı müəyyən etmişdir. Bakı benzinləri
əsasında nitrotoluolun, izobutilendən
izooktilenin, ətriyyat istehsalında
işlədilən heptilsiklopentanonun alın-
ma prosesləri onun rəhbərliyi altında
işlənib, sənayedə tətbiq olunmuşdur.
Yüksək ixtisaslı kadrların hazırlan-
masında xidməti olmuşdur. “Xalqlar
dostluğu” ordeni ilə təltif edilmişdir.
1958-ci ildə Azərbaycan EA-nın
müxbir üzvü, 1968-ci ildə isə həqiqi
üzvü seçilmişdir.
Akademik S.Mehdiyev 10 elmlər
doktoru və 75 elmlər namizədi yetiş-
dirmişdir.
1979-cu
ildə
“Azərbaycanın
Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Görkəmli akademik Soltan Meh-
diyev 1985-ci il oktyabr ayının 12-də
Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: