Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə95/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   91   92   93   94   95   96   97   98   ...   507
14


74

Tarixdə bu gün 

Xocavənd rayonunun Qaradağlı 

kəndinin işğalı günü

FEVRAL

Qaradağlı  kəndinin  işğalı  Xocalı 

qətliamına  qədər Azərbaycanın  yaşa-

dığı  ən  faciəli  hadisə,  erməni  işğalçı 

dəstələrinin  törətdiyi  müdhiş  bir  qır-

ğın idi. Ermənilər Xocalı soyqırımına 

son “hazırlığı”, həmin qətliamın “baş 

məşqini”  məhz  Qaradağlı  kəndində 

keçmişdilər.

1988-ci  ildən  mənfur  qonşuları-

mızın  torpaq-ərazi  iddiası  başlayan 

dövrdən  etibarən  Qaradağlı  kəndinin 

dinc  sakinləri  hər  gün  ermənilərin 

hücumuna  məruz  qalmışdır.  Erməni 

təxribatçıları tərəfindən törədilmiş ter-

ror aktları nəticəsində 1991-ci ilin 28 

iyun tarixində 3 nəfəri qadın olmaqla 

6  nəfər  diri-diri  yandırılmış,  1991-ci 

ilin  sentyabr  ayında  sərnişin  avtobu-

sunun gülləbaran edilməsi nəticəsində 

8 nəfər öldürülmüş, çoxlu sayda insan 

yaralanmış,  güllə  yarası  alanlardan  5 

nəfəri sonradan dünyasını dəyişmişdir. 

17  fevral  1992-ci  il  tarixində  erməni 

hərbi  birləşmələri  tərəfindən  keçmiş 

SSRİ Silahlı Qüvvələrinin 366-cı mo-

toatıcı  alayının  hərbi  texnikasının  və 

canlı  qüvvəsinin  dəstəyi  ilə  Dağlıq 

Qarabağ  bölgəsindəki  mühüm  yaşa-

yış  məntəqələrindən  biri  -  Xocavənd 

(Martuni) rayonunun Qaradağlı kəndi 

işğal  edilmişdir.  118  nəfər  əsir  götü-

rülmüş, 33 nəfər ermənilər tərəfindən 

güllələnmiş,  öldürülən  və  yaralı  hal-

da  olanları  bir  yerdə  təsərrüfat  quyu-

suna  tökərək  üzlərini  torpaqlamışlar. 

Əsirlikdə  saxlanılanlara  qarşı  vəhşi, 

vandalizm hərəkətləri ilə davranılma-

sı, insanların başlarının kəsilməsi, diri-

diri basdırılması, dişlərinin çəkilməsi, 

ac-susuz  saxlanılması,  döyülərək 

öldürülməsi insanlığa qarşı törədilmiş 

cinayət hadisəsi idi. 140-a yaxın uşaq 

yetim qalmışdır. Ümumilikdə Qaradağ-

lı kəndində 91 nəfər, kənd sakinlərinin 

hər 10 nəfərindən biri qətlə yetirilmiş-

dir.

Öldürülənlərdən 10 nəfəri qadın, 8 



nəfəri məktəbli olmuşdur. 

İşğal  nəticəsində  kənddə  200  ev, 

1  mədəniyyət  evi,  320  yerlik  orta 

məktəb binası, 25 çarpayılıq xəstəxana 

binası  və  digər  obyektlər  dağıdılmış-

dır.  Kəndin  800  nəfərə  yaxın  sakini 

məcburi köçkün düşmüşdür.

İşğal altında olan başqa torpaqları-

mız kimi Qaradağlı kəndi də azad olu-

nacağı günü gözləyir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin