Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə96/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   92   93   94   95   96   97   98   99   ...   507
Ə d ə b i y y a t

Məhərrəmli, Z. Qara-

dağlı faciəsi [Mətn] 

/Z.Məhərrəmli.- Bakı, 2011.

Zülfüqarlı, M. Dağlıq 

Qarabağda erməni terroru.

Qaradağli faciəsi: 17 

fevral 1992-ci il [Mətn] 

/M.Zülfüqarlı; Prezident 

kitabxanası.- Bakı, 2010.- 

15 s.

Alıoğlu, S. Qaradağlı 

faciəsinin dəhşətləri [Mətn] 

/S.Alıoğlu //Respublika.-

2013.- 17 fevral.- S.7.

Aydınoğlu, T. Qaradağ-

lı: Qarabağın sinəsinə 

çəkilmiş qara dağ. Qara-

dağlı faciəsindən 20 il keçir 

[Mətn] /T.Aydınoğlu //Xalq 

qəzeti.- 2012.- 17 fevral.- 

S.6.

İsmayılqızı, X.Qaradağlı 

qırğını - Xocalı soyqırı-

mına aparan yol [Mətn] 

/X.İsmayılqızı //İki Sahil.- 

2011.- 18 fevral.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.garadaghli.org

17


75

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

 1999

21

YUNESKO (UNESCO) 1999-cu il fevral ayının 

21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.

Dünyada  məhv  olmaq  təhlükəsi  ilə  üzləşən 

dillərin  qorunması  məqsədilə  hər  il  keçirilən 

Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma di-

linin  varlığını  hiss  etmək,  onunla  qürur  duymaq, 

onu  qorumaq,  inkişaf  etdirmək  hüququ  olduğu-

nu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil 

ünsiyyət  vasitəsidir,  bununla  bahəm,  dil  millətin 

simasını  səciyyələndirən  amillərdən  biri,  bəlkə 

də, birincisidir. O, hər hansı bir xalqın varlığının 

təzahürü,  onun  milli  sərvəti,  qan  yaddaşıdır.  Bu 

qənaət tarixin bütün dövrlərində bəşər övladlarının 

qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-

yan  aksiomadır.  Millətin  dilinin  dövlət  statusuna 

yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik  ta-

rixinin  qızıl  səhifəsidir.  Dilin  dövlət  dili  statusu 

qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. 

Azərbaycan  dili  bu  tarixi  hadisəni  yaşayıb....  Və 

bu  gün  dilimizin  dövlət  statuslu  dillər  arasında 

olmasına görə dilimizin mənəvi dirilik atributuna 

çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, 

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tari-

xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox 

sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən 

ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-

yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək 

dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə 

yol tapması Ana dilimizin gözəl bilicisi, mahir na-

tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına 

yönələn  düşünülmüş  siyasətinin  nəticəsidir.  Bu 

siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər 

Əliyev  həmin  il  Bakı  Dövlət  Universitetinin  50 

illik  yubileyində  Azərbaycan  dilində  çıxış  edib. 

Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə 

yol  açıb.  Azərbaycan  SSR-in  1978-ci  il  Konsti-

tusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  kimi 

qəbul  edilməsi  isə  həmin  dövr  üçün  əhəmiyyətli 

hadisə idi. 1995-ci ildə qəbul edilən Konstitusiya 

ilə  dövlət  dilinin  adı  bərpa  olundu.  Bundan  son-

ra  hökumət  səviyyəsində Ana  dilinin  inkişafı  və 

qorunması  istiqamətində  əhəmiyyətli  sənədlər 

qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci 

maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, 

istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla 

məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-

mıza görə, heç kəs Ana dilindən istifadə hüququn-

dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr 

tarixdə “Azərbaycan Respublikasında Dövlət dili 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu-

nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili 

kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf 

etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan 

dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-

larının  ödənilməsi  istiqamətində  daha  bir  addım-

dır.  Bu  sənəd  ümummilli  lider  Heydər  Əliyevin 

xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, 

qayğısının  parlaq  nümunələrindən  biridir.  Bu 

ənənələri  ölkə  Prezidenti  İlham  Əliyev  uğurla 

davam  etdirməkdədir.  Dövlət  başçısının  müxtəlif 

vaxtlarda  imzaladığı  “Azərbaycan  dilində  latın 

qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi 

haqqında”  və  “Azərbaycan  Milli  ensiklopediya-

sının  hazırlanması  haqqında”  sərəncamları  və  bu 

istiqamətdə  görülən  işlər  də  dilimizin  inkişafına 

böyük  qayğının  təzahürüdür.  Ana  dilimizi  qoru-

maq, inkişaf etdirmək bizim də borcumuzdur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin