72
Ə d ə b i y y a t
Əliyev, V. Naxçıvan
[Mətn] /V.Əliyev.- Bakı:
XXI -Yeni Nəşrlər Evi,
2002.-320 s.
Naxçıvan abidələri
ensiklopediyası [Mətn]
/Azərbaycan Milli
Elmlər Akademiyası-
nın Naxçıvan bölməsi;
[burax. məs. V.Talıbov.
- Bakı, 2008.-519 s.
Naxçıvan ensiklopediya-
sı [Mətn].-Bakı: AMEA,
2002.-594 s.
Naxçıvan MR - dünyanın
ən gözəl güşəsi [Mətn]
/el. rəh. İ.M.Kaşkay.-
Bakı: İşıq, 1991.-16 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.nakhchivan.az
www.mia.gov.az
Naxçıvan Muxtar Sovet Sosialist
Respublikası 1924-cü il fevral ayının
9-da yaradılmışdır. Naxçıvan Mux-
tar Respublikası 1920-1923-cü illərdə
Naxçıvan Sovet Sosialist Respublikası,
1923-1924-cü illərdə Naxçıvan Muxtar
Diyarı, 1924-1990-cı illərdə Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası,
1990-cı ildən bu günə kimi Naxçıvan
Muxtar Respublikası adlanır.
Qərbdə Türkiyə Cümhuriyyəti
(sərhəd xəttinin uzunluğu 11 km),
Cənubda İran İslam Respublikası
(sərhəd xəttinin uzunluğu 204 km), Şi-
malda və Şərqdə isə Ermənistan Res-
publikası (sərhəd xəttinin uzunluğu 246
km) ilə həmsərhəddir.
Naxçıvan MR-in Ermənistan ilə
təbii sərhəddini, əsasən Zəngəzur
və Dərələyəz silsiləsinin suayrıcları,
Türkiyə və İranla sərhəddini isə Araz
çayı təşkil edir. Muxtar Respublikanın
Şimalda ən ucqar nöqtəsi Saraybulaq
silsiləsinin Şərur rayonu ərazisindəki
Kömürlü dağı (2064 m), ən ucqar cənub
nöqtəsi isə Arazın sol sahilində 600 m
yüksəklikdə yerləşən Zerəni dəmir yol
stansiyasıdır. Şimaldan Cənuba doğru
ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan
Zəngəzurun 1920-ci ildə Sovet
rəhbərliyi tərəfindən Ermənistana
verilməsi nəticəsində 44-45 km enində
zolaq Araza doğru uzanaraq, Naxçıvan
MR-nı
Azərbaycan Respublikasının qa-
lan ərazisindən ayırmışdır. 1924-cü ildə
Naxçıvan MSSR-də 3 qəza və 12 dairə
təşkil olunmuş, 1925-ci ildə qəzalar
ləğv edilmiş, dairələrin sayı 8-ə endi-
rilmişdir: 1930-cu ilin birinci yarısında
Şahbuz rayonu əlavə edilməklə Şərur,
Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis
rayonları yaradılmışdır. 1948-ci ildə
Əbrəqunis rayonu Culfa rayonu ilə
birləşdirildikdən sonra, Naxçıvan MSSR
inzibati cəhətdən beş rayona (Naxçıvan
(1978-ci ildən Babək), Şərur, Şahbuz,
Culfa və Ordubad) bölünmüşdür. 1990-
cı il 28 avqustda Azərbaycan SSR Ali
Sovetinin fərmanına əsasən Türkiyə
ilə həmsərhəd bölgənin sosial-iqtisadi
inkişafını daha da sürətləndirmək və
gücləndirmək məqsədi ilə, həmçinin
ərazinin geostrateji mövqeyi nəzərə alı-
naraq Sədərək rayonu yaradılmışdır.
İnzibati cəhətdən Muxtar Respub-
lika hazırda Naxçıvan şəhəri və yeddi
inzibati rayona (Babək, Culfa, Ordu-
bad, Sədərək, Şahbuz, Şərur, Kəngərli)
bölünmüşdür. Azərbaycan müstəqillik
qazandıqdan sonra 1995-ci ildə qəbul
edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası ilə Naxçıvan Muxtar
Respublikasına Azərbaycanın tərkibində
muxtar dövlət statusu verilmişdir.
Yeni Konstitusiya əsasında Naxçıvan
Muxtar Respublikasının yeni Konstitu-
siyası hazırlanmış, 1998-ci il aprelin 28-
də muxtar respublikanın Ali Məclisində
qəbul edilərək, həmin il dekabrın 29-
da Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən təsdiqlənmişdir.
Tarixdə bu gün
Dostları ilə paylaş: