görülmüş, “Dədə Qorqud” Milli Fondunun “Dədə
Qorqud” mükafatı və “Azərbaycan dünyası” jurna-
lının təsis etdiyi “Vətən övladı” qızıl medalı ilə təltif
edilmişdir. O, həmçinin, 2005-ci ildə təsis edilmiş
Azərbaycan Mühəndislik Akademiyasının, 2009-
cu ilin iyul ayında təsis edilmiş “Elmi Təminatlı
İnnovasiya Assosiasiyası” İctimai Birliyinin pre-
zidentidir. “Azərbaycan Mühəndislik Akademiya-
sının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının
baş redaktorudur. Eyni zamanda Rusiya Təbiət
Elmləri Akademiyasının Fəxri akademiki seçilmiş
və bununla əlaqədar ona Vernadski adına Qızıl döş
nişanı verilmişdir.
2006-cı ildə poliefiruretan əsaslı lak-kompaund
texnologiyasının işlənib hazırlanmasına görə elm
nominasiyasında alimin layihəsi “İntellekt-2006”
ilin layihəsi mükafatına layiq görülmüş, alimin
özü isə Beynəlxalq Mühəndislik Akademiyasının
“Qızıl medal”ı ilə təltif edilmişdir.
29 fevral 2008-ci il tarixində Dövlətlərarası
Aviasiya Komitəsinin sədri Tatyana Anodina aka-
demik Arif Paşayevə “Aviasiya mütəxəssislərinin
hazırlanması işindəki xüsusi xidmətlərinə və tədris
prosesinin nümunəvi təşkilinə görə” Qızıl medal
təqdim etmişdir.
2009-cu ildə Ukrayna Milli Aviasiya Universi-
tetinin fəxri doktoru diplomu və Ukrayna ağsaq-
qalları adından “Şərəf və ləyaqət” qızıl ulduzu ilə
təltif olunmuş, Vyana Beynəlxalq Universitetinin
fəxri professoru seçilmişdir. Rusiya Elmlər Akade-
miyasının fəxri üzvü seçilməsi ilə bağlı akademik
diplomuna, P.L.Kapitsa adına “Qızıl medal”a layiq
görülmüşdür. Gürcüstanın Aviasiya Universitetinin
fəxri doktoru diplomu, Beynəlxalq Mühəndislik
Akademiyasının Beynəlxalq mükafat laureatı dip-
lomu və Böyük Qızıl medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə
akademikə “Azərbaycanın qabaqcıl təhsil işçisi”
diplomu və medalı təqdim olunmuşdur.
2010-cu ildə Kosmik Məsələlər üzrə Şuranın
sədri seçilmiş, Ukrayna Milli Aviasiya Univer-
siteti tərəfindən “Böyük Qələbə” ordeninə layiq
görülmüşdür. Həmin ilin mart ayında Bakı şəhər
Gənclər və İdman Baş İdarəsi tərəfindən “İlin ən
fəal rektoru” fəxri diplomu ilə təltif edilmişdir.
2011-ci ildə akademik “Qafqaz Universiteti ilin
adamlarını seçir” layihəsi çərçivəsində “İlin elm
adamı” fəxri adına layiq görülmüşdür. Beynəlxalq
Mühəndislik Akademiyasının (BMA) vitse prezi-
denti seçilmiş və BMA-nın ən yüksək mükafatı –
“Mühəndislik şöhrəti” ordeni ilə təltif edilmişdir.
Akademikin 400-dən çox elmi əsəri dərc olun-
muşdur. O, 30-dan artıq kitab və monoqrafiyanın
müəllifidir. Alim 60-dan artıq ixtira üçün müəlliflik
şəhadətnaməsi və sənaye nümunələri almışdır.
Görkəmli akademikin milli elmin inkişafı
sahəsindəki misilsiz xidmətləri ölkə rəhbərliyi
tərəfindən də layiqli qiymətini almışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamları ilə akademik Arif Mir Cəlal
oğlu Paşayev 2004-cü ildə “Şöhrət” ordeni, 2005-
ci ildə “Əməkdar elm xadimi” fəxri adı və 2009-cu
ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: