66
105
illiyi
Ə d ə b i y y a t
Suvarılan torpaqlardan
səmərəli istifadə etmək
yolları və onların xa-
rakteristikası [Mətn]
/B.Ağayev, K.Ələkbərov,
B.Şəkuri, H.Babayev; red.
M.Kərimov.- Bakı: Azərnəşr,
1971.- 143 s.
Əfgərov, Q. Görkəmli
torpaqşünas-eroziyaçı
alim, elmi-tədqiqat eroziya
bölməsinin banisi [Mətn]
/Q.Əfgərov; elmi red.
B.Q.Şəkuri; Azərb. Resp.
Kənd Təsərrüfatı Nazir-
liyi, Aqrar Elm Mərkəzi,
Elmi-Tədqiqat Eroziya və
Suvarma İn-tu.- Bakı: Araz,
2009.-51s.
Kazım Əbdülmanaf oğlu
Ələkbərov -100 il: biblioq-
rafiya, xatirə və sənədlər
[Mətn] /AMEA. - Bakı:
Təhsil, 2009.- 232 s.
İ n t e r n e t d ə
www..anl.az
Kazım Əbdülmanaf oğlu Ələkbərov
1909-cu il fevral ayının 17-də Bakı
şəhərində anadan olmuşdur.
1929-cu ildə Azərbaycan Politex-
nik İnstitutunun (indiki Azərbaycan
Texniki Universiteti) kənd təsərrüfatı
fakültəsinə daxil olmuş, 1930-1932-
ci illərdə Tiflis şəhərində Zaqafqa-
ziya yeni Lifli Bitkilər İnstitutunun
tələbəsi və Torpaqşünaslıq İnstitutunun
əməkdaşı olmuşdur.
Keçən əsrin 30-cu illərindən başla-
yaraq onun bir torpaqşünas kimi sərbəst
elmi-tədqiqat işləri aparmasının birinci
mərhələsi başlamışdır. Burada yerinə
yetirilmiş tədqiqatların materialları
əsasında 30-cu illərin sonunda Kazım
Ələkbərovun ilk elmi əsərləri işıq üzü
görmüşdür. Bunların sırasında keçmiş
Ağdaş MTS-nin torpaq örtüyünə həsr
olunmuş kitabçanı, Şirvan, Qarabağ və
Salyan düzlərinin irimiqyaslı torpaq-
aqrokimyəvi xəritələrini qeyd etmək
olar.
Kazım Ələkbərovun elmi yaradıcı-
lığının ikinci mərhələsi Quba-Xaçmaz
zonasının aran hissəsində yeni torpaq-
ların kənd təsərrüfatı istehsalına daxil
edilməsi və burada sənaye şəhərləri
üçün iri tərəvəzçilik-südçülük baza-
sının yaradılması, eləcə də Samur-
Dəvəçi kanalının tikintisi ilə bağlıdır.
O, 1943-cü ildə geologiya-
mineralogiya elmləri namizədi adı al-
mış, 1958-ci ildə doktorluq dissertasi-
yası müdafiə etmişdir.
1945-ci ildən Azərbaycan SSR
Elmlər Akademiyasının Torpaqşünas-
lıq Sektorunun bazasında yaradılmış
Torpaqşünaslıq və Aqrokimya İnstitu-
tunda çalışmışdır. Bu dövrdə toplanmış
elmi materiallar əsasında “Azərbaycan
SSR-i
torpaqlarının
öyrənilmə
dərəcəsi” xəritəsini tərtib etmişdir.
1950-ci ildə Azərbaycan SSR
Elmlər Akademiyasının Torpaq-
Eroziya Stansiyası yaradılmış, Kazım
Ələkbərov stansiyanın direktoru təyin
olunmuşdur. İlk dəfə o, Azərbaycanda
eroziyanın coğrafi yayılmasının, başlı-
ca amillərinin qarşılıqlı əlaqələrini əks
etdirən tam xəritələr seriyasını hazırla-
mışdır.
Onun fəaliyyəti sayəsində 1961-ci
ildə torpaq-eroziya stansiyasının baza-
sında müstəqil fəaliyyət göstərən Elmi-
tədqiqat eroziya bölməsi təşkil olun-
muş və o, uzun illər bölməyə rəhbərlik
etmişdir.
K.Ələkbərov tərəfindən 100-dən
çox elmi əsər, o cümlədən 9 kitab (mo-
noqrafiya, broşüra) çap olunmuşdur.
Professor Kazım Ələkbərovun zən-
gin elmi fəaliyyəti yüksək qiymətlən-
dirilmiş, o, SSRİ-nin bir neçə orden və
medalları ilə təltif olunmuş, 1968-ci
ildə Azərbaycan SSR Elmlər Akade-
miyasının müxbir üzvü seçilmişdir.
Görkəmli alim 1987-ci il sentyabr
ayının 20-də vəfat etmişdir.
Dostları ilə paylaş: