67
Coğrafiya.Geologiya
FEVRAL
25
Ə d ə b i y y a t
Geologiya İnsti-
tutu Azərbaycanın
müstəqilliyinin 20
ili ərzində [Mətn]
/A.Əlizadə; AMEA,
Geologiya İn-tu.- Bakı:
[Nafta-Press], 2011.-
112 s.
Qədim dənizlərin
temperaturu [Mətn]
/A.Əlizadə, S.Əliyev; red.
Ş.Mehdiyev; AzSSR EA,
Akad. İ.M.Qubkin ad.
Geologiya İn-tu.- Bakı:
Elm, 1986.-106 s.
Misin ekoloji təbiəti
[Mətn] /A.Əlizadə,
S.Əliyev; elmi red.
T.Qayıbov.- Bakı:
Azərnəşr, 1992.- 88 s.
Kərimli, T. Akademik Akif
Əlizadə: İstedadla ener-
jinin harmoniyası [Mətn]
/Teymur Kərimli; red.
İbrahim Quliyev.- Bakı:
Nafta-Press, 2004.-248 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.csl-az.com
Akif Ağa Mehdi oğlu Əlizadə 1934-
cü il fevral ayının 25-də anadan olmuş-
dur.
A.Əlizadə Azərbaycan Sənaye İnsti-
tutunu bitirərək dağ-mədən mühəndis-
geoloqu ixtisasına yiyələnmişdir.
1957-ci ildə Azərbaycan Elmlər Aka-
demiyasının Geologiya İnstitutuna işə
qəbul edilmişdir. 1960-1970-ci illərdə
əvvəlcə elmlər namizədi, 35 yaşında isə
doktorluq dissertasiyası müdafiə etmiş
alim, SSRİ-də ən gənc yüksək ixtisas-
lı mütəxəssislərdən biri və Azərbaycan
Elmlər Akademiyası sistemində ən ca-
van direktor müavini olmuşdur.
Bir alim kimi Akif Əlizadənin elmi
maraq dairəsi regional geologiya,
təbaşir çöküntülərinin stratiqrafiya-
sı, təbaşir dövrünün mollüska fauna-
sı kompleksi haqqında təlim, Aralıq
dənizi vilayətinin təbaşir onurğasızlar
faunasına görə paleobiocoğrafiyası,
müxtəlif mollüska qruplarının ümumi
təkamül yollarının bərpası kimi problem
məsələləri əhatə etmişdir. Ötən əsrin
70-ci illərinin əvvəllərindən başlayaraq
izotop geokimyası üsullarının tətbiqi
ilə ilk tədqiqat işləri aparmış, Qafqaz-
da təbaşir dənizlərinin biogeokimyəvi
rayonlaşdırılmasını
təklif
etmiş,
qədim dənizlərin və paleohövzələrin
geokimyəvi şəraitini, o cümlədən tem-
peratur rejimini öyrənmişdir.
O, 1960-cı ildən Ümumittifaq paleon-
toloji cəmiyyətin üzvü, Qafqaz regional
stratiqrafik komissiyanın sədri, SSRİ EA
biosfera problemləri üzrə elmi şuranın
üzvüdür. Onun orijinal tədqiqatlarının
nəticələri yüksək qiymətləndirilmiş,
onların çox hissəsi dərslik və dərs
vəsaitlərinə daxil edilmişdir. Elm aləmi
Azərbaycan aliminin xidmətlərinə
yüksək qiymət vermiş, belemnitlərin
yeni ailəsi (“Akifibelidlər”) onun adıyla
adlandırılmışdır.
Akademik 1976-cı ildən 2013-cü
ilədək AMEA Geologiya İnstitutunun
direktoru vəzifəsində çalışmışdır. 250
elmi əsər, 8 monoqrafiyanın və bir sıra
kitabların müəllifi olan A.Əlizadənin
rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş
səkkiz cildlik unikal fundamental əsərlər
- “Azərbaycan geologiyası”, habelə
ensiklopedik “Azərbaycanın mineral-
ları” atlası öz elmi və maarifləndirici
əhəmiyyətini on illərlə qoruyub saxla-
yacaqdır.
Azərbaycan Milli Elmlər Akade-
miyasının vitse-prezidenti, AMEA
Geologiya
İnstitutunun
direkto-
ru, AMEA-nın həqiqi üzvü (1989),
geologiya-mineralogiya elmləri dokto-
ru, Azərbaycanda geologiya elminin in-
kişafında mühüm rol oynayan görkəmli
alim “Fədakar əməyə görə” medalı
(1970), “Şərəf nışanı” (1986), Dövlət
Mükafatı laureatı (1991) “Şöhrət”
(2004) və “Şərəf” (2008) ordenləri ilə,
“Əməkdar elm xadimi” (1991) fəxri adı
ilə təltif edilmişdir.
Akif Əlizadə 2013-cü ildən AMEA-
nın prezidenti vəzifəsini icra edir.
Dostları ilə paylaş: