KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə103/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   99   100   101   102   103   104   105   106   ...   111
 
 
Azərbaycan neftinin qədimlərə gedən tarixi bizim eradan əvvəl VII-VI əsrlərə  
təsadüf edir. Zəngin təbii sərvətləti ilə hər zaman seçilmiş Azərbaycan, öz neft 
ilə də  şöhrət qazanmışdır.  
Bildiyimiz  kimi,  Azərbaycan  neft  sənayesi  özünün  150  illik  tarixi  ərzində 
böyük inkişaf yolu keçmişdir. Bütün dünyada qədim neft diyarı kimi tanınmış 
Azərbaycanda  neftin  sənaye  üsulu  ilə  hasilatı  hələ  XIX  əsrin  ortalarından 
başlanmışdır.  1848-ci  ildə  Bakıda,  Bibiheybət  yatağında  qazılmış  quyudan 
vurmuş  neft  fontanı  Azərbaycanda  "qara  qızılın"  sənaye  üsulu  ilə 
çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı 
və  emalı  üzrə  dünyada  birinci  yerə  çıxmış,  dünya  neft  hasilatının  yarısını 
vermişdir (3).  
Azərbaycanın  təbii  neft  qazını  isə  dünyada  ilk  dəfə  olaraq  1836-cı  ildə 
akademik  Q.İ.  Qessi  elmi  surətdə  təhlil  etmiş  və  onun  tərkibini  müəyyən 
etmişdir. Professor K.V. Kostrin isə öz əsərlərində göstərir ki, dünyada yaşayış 
və təsərrüfat işləri üçün təbii qazdan ilk dəfə azərbaycanlılar istifadə etmişlər. 
Tarixi  sənədlərə  istinadən  mexaniki  üsulla  dünyada  ilk  neft  quyusu  1847-ci 
ildə  Bibiheybətdə  qazılmışdır.  Sübut  olunmuşdur  ki,  dənizdə  də  ilk  neft 
quyusu  XVIII  əsrdə  Abşeron  yarımadasında  –  dənizdən  19  metr  aralıda 
qazılmışdır.  Sonralar  Xəzər  dənizinin  qalxması  nəticəsində  həmin  neft 
kəhrizləri  suyun  altında  qalmışdır.  Azərbaycan  dünyada  təkcə  ilk  neft-qaz 
hasilatçısı  kimi  deyil,  həm  də  ilk  neftayırma  müəssisələrinə  malik  bir  ölkə 
kimi  də  tanınır.  1859-cu  ildə  Bakıda  Dubinin  qardaşlarının  ilk  iri  neftayırma 
zavodları  istifadəyə  verilir.  Hasil  və  emal  olunan  neft  və  neft  məhsullarının 


201 
 
dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma birbaşa neft 
kəməri  çəkilir (
2
). 
Azərbaycan  neftin  emalı,  tədqiqi  və  nəqli  sahəsində  də  dünya  neft  sənayesi 
tarixində bir sıra mühüm ilklərə imza atmışdır.  
Beləliklə,  dünya  neft  sənayesi  tarixində  ilk  dəfə  olaraq  Azərbaycanda  baş 
vermiş tarixi hadisələri 2 qrupa ayıraraq aşagıdakı kimi xarakterizə etmək olar. 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin