KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə105/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   101   102   103   104   105   106   107   108   ...   111
2)
 
Emal sahəsində:  
-  1837-ci  ildə  dünyada  ilk  dəfə  olaraq  Balaxanıda  Nikolay 
Voskoboynikovun neft ayırma zavodu fəaliyyətə başladı;
 
 
-  1875-ci  ildə  dünya neft  sənayesinin tarixində  ilk dəfə  olaraq məşhur 
neft sənayeçisi Viktor Raqozin sürtgü yağlarının emalına başladı. 1878-ci ildə 
isə onun xaricə apardığı Bakı sürtgü yağı dünya bazarını əlbəəl fəth etdi
-  1883-cü  ildə  dünyada  ilk  dəfə  olaraq  Bakıda  Nobel  qardaşlarının 
zavodunda  neftin  fasiləsiz  distillə  edilməsi  məqsədi  ilə  V.Q.Şuxov  və  İ.İ. 
Yelin tərəfindən layihələndirilmiş kub batareyası quraşdırıldı; 
-  1885-ci  ildə  mühəndis  Q.V.Alekseyev  neft  tarixində  ilk  dəfə  olaraq 
Bakıda  yağ  qudronunun  krekinqi  vasitəsi  ilə  (hissələrə  ayırma)  benzin  və  ağ 
neft  almaq  üçün  kub  sənaye  qurğusunu  layihələndirdi  və  quraşdırdı 
(S.M.Şibayevin zavodunda); 
- 1891-ci ildə dünyada ilk dəfə olaraq V.Şuxov və S.Qavrilov fasiləsiz 
hərəkət edən termik boru krekinq qurğusunu ixtira etdilər (patent № 12926); 


204 
 
-  1900-cü  ildə  Beynəlxalq  Neft  qurultayı  Vladimir  Markovnikovu 
Qafqaz  və  Abşeron  neftini  kompleks  şəkildə  tədqiq  etdiyinə  görə  Qızıl 
medalla təltif etdi. Bu da yeni karbohidrogenlərin – naftenlərin kəşfinə gətirib 
çıxardı;
 
 
-  1901-ci  ildə  Almaniyada,  ―Friedrich  Viweg  u  Sohn‖  nəşriyyatında 
alman  dilində  Bakı  neft-kimyaçısı  R.A.Vişinin  ―Neftenlər  (neftin  siklik 
polimetilləri) və digər karbohidrogenlər sırasında onların mövqeyi‖ adlı kitabı 
nəşr  edildi.  Bu  kitab  dünyada  neftenlərin  ilk  tam  və  sistemli  tədqiqi  hesab 
edilir; 
-  1905-ci  ildə  dünya  neft  praktikasında  ilk  dəfə  olaraq  Balaxanıda 
kompressor istismar üsulu ilə tətbiq edildi
-  1912-ci  ildə  Bakıda  mədən  mühəndisi  Semyon  Kvitko  neft 
qalıqlarının  termik  ayrılması  üsulunu  işlədi.  Ona  ―təzyiq  altında  və  təhyiqsiz 
mazutun  yüksək  temperaturlu  ayrılmasından  benzinin  alınması‖  tədqiqatına 
görə 21963 saylı patent verildi; 
-  1914-cü  ildə  dünya  neft  elmində  ilk  dəfə  olaraq  Bakıda  professor 
M.M.Tixvinskiy  neftin  quyulardan  sıxılmış  qaz–qazliftin  köməyi  ilə 
çıxarılması üsulunu kəşf etdi
-  1915-ci  ildə  dünyada  ilk  dəfə  olaraq,  Bakıda  professor  Nikolay 
Zelinskiy  neftin  krekinqi  zamanı  oksid  mektallardan  əlavə  (titan,  aluminium 
və  sink)  katalizator  qismində  floridindən  və  Baxçasaray  gilindən  də  istifadə 
etməyin mümkünlüyünü təsbit etdi
-  1920-ci  il  14  noyabr  tarixində  M.Əzizbəyov  adına  Bakı  Politexnik 
İnstitutunun  əsası  qoyuldu.  Bu  ali  məktəb  (sonradan  –  Azərbaycan  Neft  və 
Kimya  institutu,  hazırda  Azərbaycan  Dövlət  Neft  Akademiyası)  Avropa  və 
Asiyada  neft  sənayesinin  bütün  sahələri  üçün  mühəndis  kadrlarını  hazırlayan 
ilk ali məktəbdir
-  1929-1934-cü  illərdə  Vladimir  Şuxov,  Matvey  Kalelyuşnikov  və 
Fətullabəy  Rüstəmbəyov  Bakıda  boru  krekinq  qurğusunu  kəşf  etdilər  və 
quraşdırdılar.  Bu  qurğuda  həyata  keçirilən  proses  dünya  neft  tarixinə  ―sovet 
krekrinqi‖ adı ilə daxil oldu və neftin dərin ayrılması təcrübəsinin inkişafında 
nəzərəçarpacaq rol oynadı; 
-  1934-cü  ildə    ―Azərbaycan  neft  təsərrüfatı‖  jurnalında  Fətullabəy 
Rüstəmbəyovun milli və xarici təcrübəni təhlil edən məqalələri çap edildi. O, 
dünyada  ilk  dəfə  olaraq  sualtı  neft  yataqlarının  kəşfiyyatının  və  Xəzər 
dənizində  neft  quyularının  inşa  edilməsinin  nəzəri  və  praktiki  əsaslarını  şərh 
etdi; 
-  1936-cı  il  yanvar  ayında  Bakıda  neft  qazlarından  etil  spirtinin 
alınması  üzrə  sənaye  qurğusu  istismara  verildi.  Bakı  neft-kimyaçılarının 
yaratdığı  bu  qurğu  (Mark  Dalin  və  başqaları)  dünyada  bu  tipli  ilk  sənaye 
qurğusu idi; 


205 
 
- 1939-cu ildə dünya neft elmində ilk dəfə olaraq, Murtuza Nağıyevin 
termik krekinqin timsalında resurkulyasiyanın köməyi ilə kimyəvi proseslərin 
sürətləndirilməsinin nəzəri əsaslarının şərh edildiyi tədqiqatları nəşr edildi
- 1942-ci ildə akademik Yusif Məmmədəliyev aviasiya benzinləri üçün 
misilsiz  yüksək  oktantlı  komponentlərin  alınması  üzrə  tam  yeni  metod  kəşf 
etdi.  Onun  rəhbərliyi  altında  neft  xammallarından  toluolun  sintezinin  yeni 
sənaye metodu işlənib-hazırlandı və tətbiq edildi. Bunun nəticəsində partladıcı 
maddələrin alınmasında istifadə edilən toluolun kefyiyyətini son dərəcə artırdı; 
-  1949-cu  ildə  dünyada  ilk  dəfə  olaraq  Bakıda  açıq  dənizdə  hidro-
texniki  qurğuların  inşasına  başlayan  ―Qiprodənizneftqaz‖  elmi-tədqiqat  və 
layihə institutu təsis edildi
- 1977-ci ildə dünyada ilk dəfə olaraq professor Bahadur Zeynalov neft 
neften  karbohidrogenlərinin  birbaşa  oksidləşdirilməsi  yolu  ilə  sintetik  naften 
turşusununi alınması prosesini işləyib-hazırladı; 
-  2002-ci  ildə  dünya  neft  təcrübəsində  ilk  dəfə  olaraq  professor 
Əliməmməd  Şabanov  neft  laylarının  su  tərkibini  müəyyənləşdirmək  üçün 
kimyəvi sensorları və spin-nişanlanmış üzvi birləşmələri tətbiq etdi
- 2005-ci il akademik Y.Q.Məmmədəliyevin yüz illik yubileyi şərəfinə 
YUENSKO-nun  qərarı  ilə  2005-ci  il  Yusif  Məmmədəliyev  ili  elan  edildi. 
Görkəmli  neft  kimyaçısı  –  Qələbə  yanacağının  ixtiraçısı  II  dünya 
müharibəsində faşizm üzərində qələbənin çalınmasında misilsiz rol oynamışdır 
(1).  
Yuxarıda qeyd olunmuş, önəmli faktlar və arqumentlərdən aydın olaraq 
görünür  ki,  Azərbaycanda    neftə  dair  elmi-tədqiqatların  aparılması,  neftin 
emalı,  istismarı,  nəqli  və  s.  dünya  neft  sənayesinə  əvəzsiz  elmi  və  təcrübi 
faydalar vermişdir. Belə ki, həm dünya neft sənayesi tarixində, həm də müasir 
dövr  müxtəlif  neft  sahələri  üzrə    milli  və    beynəlxalq  layihələrin,  elmi-
ixtiraların  icad  edilməsində  Azərbaycan  neftinin  və  xüsusilə  də  Azərbaycan 
alimlərinin xidmətləri danılmaz faktlardandır. 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin