KġtabxanaġÜnasliq


) Hasilat və daĢıma sahəsində



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə104/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   100   101   102   103   104   105   106   107   ...   111
1) Hasilat və daĢıma sahəsində: 
-  1803-cü  ildə  dünyada  ilk  dəfə  bakılı  Hacı  Qasımbəy  Mənsurbəyov 
dənizdə,  Bibi  –  Heybət  buxtasında  sahildən  18  və  30  m  aralıda  yerləşən  iki 
quyudan neft çıxarmağa başlamışdır;  
-  İlk  dəniz  mədəni  1825-ci  ildə,  Xəzər  dənizində  güclü  tufan 
nəticəsində dağıdılmışdır;  
-  1846-cı  ildə  Bakıda,  Bibi-Heybətdə  Zaqafqaziya  diyarı  idarəsinin 
şura üzvü Vasili Semyonovun təklifi ilə neft kəşfiyyatı məqsədi ilə dərinliyi 21 
m  olan dünyada ilk neft  quyusu  qazılmışdır,  yəni dünyada ilk dəfə  qazma işi 
müsbət  nəticələnmişdir.  İş  Bakı  neft  mədənlərinin  direktoru  mayor 
Alekseyevin rəhbərliyi altında aparılmışdır;  
-  1847-ci  ildə  8–14  iyul  tarixlərində  Qafqaz  canişini  knyaz  Mixail 
Vorontsov  öz  sənədlərində  Xəzər  dənizinin  sahilində  (Bibi  Heybət)  dünyada 
ilk neft quyusunun qazılması faktını və müsbət nəticə verməsini rəsmi şəkildə 
təsdiq etmişdir;  
- 1877-ci ildə Lüdviq Nobelin sifarişi ilə dünyada ilk dəfə olaraq polad 
korpus  Motala  (İsveç)  şəhərində  hazırlanmış  ―Zərdüşt‖  neftdaşıyan  paroxodu 
inşa edilmişdir, paroxodun qızdırılmasında neft qalıqlarından istifadə edilirdi;  
- 1881-cü ildə dünyada ilk dəfə olaraq ―Nobel qardaşları‖ firması neft 
və  neft  məhsullarının  dəmiryol  sisternlərində  daşınmasını  həyata  keçirmişdir 
(hər sisternin üzərində ―Nobel qardaşları Şirkəti‖ sözləri yazılmışdı);  
-1886-cı ilin iyun ayında ―İşıq‖ neftdaşıyan paroxodu dünyada ilk dəfə olaraq 
Bakının ağ neftini Batumdan Londona daşıdı (bu gəmi də Nobel qardaşlarına 
məxsus ―Zərdüşt‖ün hazırlandığı Motala şəhərinin zavodunda inşa edilmişdi);  
-  1897-ci  ildə  dünyada  ilk  dəfə  olaraq  Xəzər  dənizində  ―Assan 
Dadaşov‖ adlı iki pərli tanker peyda oldu; 
-  1897-1907-ci  illərdə  dünyada  ən  böyük  ağ  neft  xətti  olan  829  verst 
uzunluqda  Bakı-Batum  xətti  inşa  edildi.  Bu  xətt  Zaqafqaziya  dəmir  yollarına 
məxsus idi və ümumi dəyəri təxminən 50 milyon rubl təşkil edirdi;  
-  1899-1901-ci  illərdə  hasil  edilən  neft  əksər  həcminə  görə  Bakı  neft 
sənayesi  ildə  11,5  milyon  ton  neft  verməklə  dünyada  birinci  yeri  tutur.  Bu 
zaman  Amerika  Birləşmiş  Ştatlarında  (ABŞ)  ildə  9,1  milyon  ton  neft  hasil 
edilirdi;  
-  1901-ci  ildə  Alfred  Nobelin  təsis  etdiyi  ilk  Nobel  mükafatlarının 
verilmişdir.  İsveç  tarixçisi,  Nobel  ailələrinin  arxivi  ilə  işləmiş  Erik 


202 
 
Berqenqrenin  (1962)  şəhadətinə  görə,  Alfredin  ona  məxsus  kapitalın  Bakı 
yataqlarından  çəkilməsi  (Nobel  mükafatının  12%-ni  təşkil  edirdi)  haqqında 
qərarı tezliklə beynəlxalq mükafatın təsis edilməsi ilə nəticələndi;  
-  1903-1904-cü  illərdə  dünyada  ilk  böyük  dizel  tankerlərinin  – 
―Vandal‖ və ―Sarmat‖ teploxodları Emmanuel Nobelin rəhbərliyi altında inşa 
edildi.  Dünyada  ilk  dəfə  ―Vandal‖  teploxodunun  (1903)  dərinliyi  74,5  m.-yə 
çatırdı; onun yük götürmə qabiliyyəti – 750 ton, sürəti 7,4 dəniz milindən artıq 
deyildi (1 mil = saatda 1,852 km) idi; burada daimi cərəyan generatoru ilə işə 
düşən qeyri-reversiv üç silindirli dizellər quraşdırılmışdı;  
-  1909-cu  ildə  ilk  dəfə  dünya  praktikasında  Xəzərin  təkindəki  neft 
laylarının işlənməsi üçün Bibi-Heybət buxtasında tökmə işlərinə başlandı. İşlər 
1932-ci ildə mühəndis Pavel Potoskinin rəhbərliyi altında başa çatdırıldı;  
-  1910-cu  ildə  İRTC  BŞ-nin  üzvü  İvan  Qluşkov  dünya  neft 
praktikasında  ilk  dəfə  olaraq  Bakıda  ―Neft  yataqlarının  qazılmasına  aid 
təlimatları‖  hazırladı,  bu  təlimatlar  əsasında  Bakı  məktəblərinin  tələbələrinə 
qazmanın  ümumi  əsasları  tədris  edilirdi.  3  ildən  sonra  o,  ―Neft  quyularının 
istismarı‖  adlı  monoqrafiyasını  nəşr  etdirdi.  ―Maye  mədənlərin-  neftin  və 
duzlu suların hasilatı‖;  
- 1923-cu ildə Bakı mühəndisi Matvey Kapelyuşnikov dünyada ilk dəfə 
birpilləli reduktorlu trubobur (qazma maşını) kəşf etdi;  
-  1924-cü  ildə  dünyada  ilk  dəfə  olaraq  İliç  buxtasında  ada  tipli 
dirəklərlə  təchiz  edilmiş  ilk  ada  tipli  dəniz  sənaye  nefti  istehsal  etmişdir 
Matvey  Kapelyuşnikov  turboburla  (qazma  maşını)  Suraxanıda  dünyada  ilk 
neft quyusunu qazdı. Onun dərinliyi təxminən 600 m idi;  
-  1933-1934-cü  illərdə  dünyada  ilk  dəfə  olaraq,  Bakıda  Xubentsov 
qardaşları  batırılmış  ağac  ponton  formasında  üzən  özülün  konstruksiyasını 
təklif  etdilər.  Bu  özüldən  ilk  dəfə  olaraq  dərinliyi  365  m  olan  neft  kəşfiyyat 
quyusu  qazıldı.  İlk  üzən  qazma  qurğusu  isə  Xəzər  dənizində  1934-cü  ilin 
sentyabr ayından etibarən fəaliyyətə başladı;  
-  1936-cı  ildə  dünyada  ilk  dəfə  sovet  mühəndisləri  qrupu  (Pyotr 
Şumilov,  Eyyub  Tağıyev  və  başqaları)
 
tərəfindən  çox  pilləli  reduksiyonsuz 
qazma borusu hazırlandı; 
-  Dünya  geoloji  praktikasında  ilk  dəfə  olaraq  dəniz  neft  yataqlarının 
işlənməsi  üçün  mühəndis  A.M.  Pobedin  struktur  qazmanı  həyata  keçirmək 
üçün  dənizdə,  Mərdəkan  qəsəbəsi  və  Abşeron  boğazında  Xəzər  dənizinin 
təkinin struktur xəritəsini hazırladı; 
-  1940-cı  ildə  Qala  yatağında  dünyada  ilk  dəfə  olaraq  Ostrovski, 
Aleksandrov  və  sair  konstruksiyaların  elektrik  qazma  üsulu  ilə  qazılması 
həyata keçirilmişdir; 
- 1941-ci ildə Bayılda dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi 
2000 m olan maili quyu qazıldı; 


203 
 
-  1948-ci  ildə  Avropada  və  SSRİ-də  ilk  dəfə  olaraq  usta  Əliyulla 
tərəfindən oktyabr ayının 2-də Suraxanıda 3800 dərinlikdə olduqca dərin quyu 
qazıldı (№ 1308) və fontan vurdu;  
-  1949-cu  ildə  dünya  neft  sənayesinin  tarixində  ilk  dəfə  olaraq  avqust 
ayının  24-də  Abşeron  şelfində  unikal  dəniz  yataqlarının-Neft  Daşlarının 
kəşfiyyatına  başlandı  və  orada  polad  dəniz  özülləri  quruldu.  Bir  aydan  sonra 
bu yataqda ilk quyu qazıldı, 1000 metr dərinliyə çatanda neft fontan vurdu;  
-  1958-ci  ildə  Brüsseldə  keçirilən  ümumdünya  sərgisində  bütün 
avadanlıqları ilə birlikdə iki pərli qazma qurğusu nümayiş etdirildi. Professor 
Eyyub  Tağıyevin  rəhbərliyi  altında  bu  qurğunun  müəllif  kollektivinə  Qızıl 
medal verildi;  
-  1971-ci  il  mart  ayının  28-də  Azərbaycanda  neftin  hasilatına 
başlandığı tarixdən 1 milyard ton neft hasil edildi; 
-  1976-cı  il  dekabr  ayında  SSRİ  neft  yataqlarında  (―Başneft‖, 
―Udmurtneft‖ və ―Permneft‖) möhkəmliyi və etibarlılığına görə milli və dünya 
standartlarını ötüb keçən yeni polad markalarından yüksək dərəcədə davamlı, 
dərin sorucu qazma ştanqı uğurla sınaqdan keçirildi;  
-  1994-cü  il  20  sentyabr  tarixində  Azərbaycan  Prezidenti  Heydər 
Əliyev respublika parlamentinin 2 dekabr tarixində ratifikasiya etdiyi ―Azəri-
Çıraq-Günəşli‖  yataqlarının  istismarı  üzrə  beynəlxalq  kontraktı  –  ―Əsrin 
kontraktını‖  imzaladı.  Bu  kontrakt  12  dekabr  tarixində  qüvvəyə  mindi. 
Kontraktın məbləği 13 milyard ABŞ dolları məbləğində dəyərləndirildi;  
-  2005-ci  il  may  ayında  Bakıda,  Səngəçal  neft  terminalında 
Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxstan prezidentləri dünya əhəmiyyətli 
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin doldurulmasına start verdilər.  

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin