KġtabxanaġÜnasliq


“ġərq  öyrənildilkcə  Mirzə  Kazım  Bəyin  adı        həmiĢə



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə108/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   103   104   105   106   107   108   109   110   111
“ġərq  öyrənildilkcə  Mirzə  Kazım  Bəyin  adı        həmiĢə 
minnətdarlıqla yad ediləcəkdir”. 
                                                                                                             İ. Berezin 
 
Dünyanın  ən  qədim  xalqlarından  biri  olan  Azərbaycan  xalqı  öz  dahi 
şəxsiyyətləri,  görkəmli  xadimləri  ilə  tarixi  inkişafın  bütün  mərhələlərində 
bəşər  elminə,  mədəniyyətinə,  incəsənitinə,  ədəbiyyatına,  fəlsəfəsinə  və  s. 
misilsiz  töhfələr  vermiş,  ümumbəşəri  sivilizasiyanın  tərəqqisində    yaxından 
iştirak  edərək  onu  daha  da  zənginləşdirmiş  və  bu  sivilizasiyanın  ayrılmaz 
tərkib hissəsinə çevrilmişdir. 
Azərbaycan  xalqının  XIX  əsrdə  bəşəriyyətə  bəxş  etdiyi  nadir 
şəxsiyyətlərdən  biri  də  Mirzə  Kazım  Bəydir.  Mirzə  Kazım  bəy  Azərbaycan 
elminə  dünya  şöhrəti  qazandırmış,  bəşər  elminin  inkişafında  müstəsna  rol 
oynamış, zəngin elmi qüdrətə, ensiklopedik biliyə malik olmuşdur. Görkəmli 
mütəfəkkir, xalqımızın fəxri, fövqəl zəka və istedad sahibi olan Mirzə Kazım 
Bəy  şərqşünaslıq,  ədəbiyyat,  dil,  fəlsəfə,  tarix,  hüquq,  dinşünaslıq,  etika, 
etimologiya, etnoqrafiya, pedaqogika, ədəbi tənqidlə əlaqədar dünya elmi üçün 
bu  gün  də  böyük  əhəmiyyət  kəsb  edən,  nadir  mənbələrdən  hesab  olunan  bir 
sıra fundamental əsərlər yazmış,    bir çox dünya dillərinin kamil bilicisi omuş, 
eyni zamanda görkəmli elm və təhsil təşkilatçısı  kimi böyük şöhrət tapmışdır. 
Dahi  mütəfəkkir böyük  maarifpərvər kimi,  həmçinin, bütün  dövrlərdə 
elmin,  informasiyanın,  mədəniyyətin,  təhsilin,  tərbiyənin  inkişafında  və 
tərəqqisində  böyük  rol  oynayan,  əsas  məqsədi  cəmiyyətin  intellektual  və 
mənəvi  potensialının  inkişafına  xidmət  etmək  olan  kitabxanalara,  kitabxana 
işinin  inkişafına,  kitabçılıq  işinin  genişləndirilməsinə  xüsusi  əhəmiyyət 


208 
 
vermiş,  kitabxanaşünaslıq  və  biblioqrafiyanın  nəzəri  və  təcrübi  məsələlərinə 
dair qiymətli fikirlər söyləmiş, xeyli hərtərəfli əhəmiyyət kəsb edən müddəalar 
irəli  sürmüş,  adı  çəkilən  sahələrin  elmi  əsaslarla  inkişafı  üçün  diqqətəlayiq 
işlər görmüşdür. Onun görüşlərində, tövsiyələrində bu gün də təqdir olunması 
zəruri  sayılan,  bu  sahənin  mütəxəssisləri  tərəfindən  istifadə  edilməsi  vacib 
olan fikirlər çoxdur (1,s.314). 
O,  1802-ci  il  iyunun  22-də  də  Rəştdə  dünyaya  gəlmiş,  8  yaşından 
Dərbənd şəhərində yaşamışdır. Atası Hacı Qasım mükəmməl dini təhsil almış, 
Dərbəndin  şeyxülislamı  rütbəsinə  qədər  yüksəlmişdir.  O,  oğlunun  təhsilinə 
böyük  diqqət  yetirir,  onu  gələcəkdə  öz  yerində  -  Dərbənd  şeyxülislamı  kimi 
görmək istəyirdi. İlk təhsilini Dərbənd mollasının yanında alan Mirzə Kazım 
Bəy  sonrakı  təhsilini  görkəmli  ruhanilərin  yanında  davam  etdirmişdir. 
Müəllimlərin səyi hədər getməmiş, artıq 12 yaşında ana dili ilə yanaşı ərəb və 
fars  dillərinə  də  mükəmməl  yiyələnmişdir.  1819-cu  ildə  Mirzə  Kazım  Bəy 
―Ərəb dili qrammatikası təcrübəsi‖ adlı ilk elmi işini yazmış, 1820-ci ildə isə 
ərəb və fars dillərində lüğət tərtib etmişdir (5, s.43). 
1820-ci  ildə  atası  Dərbənddən  Həştərxana  sürgün  edilərkən  onunla 
getmiş,  orada  ingilis,  fransız,  alman  və  b.  dilləri  öyrənmişdi.  Bu  görkəmli 
insan az bir müddət ərzində elmi ictimaiyyət tərəfindən tanınmış, 1826-cı ildə 
Kazan  Universitetində  İran  ədəbiyyatından  dərs  deməyə  dəvət  edilmişdi. 
Burada  dərs  dediyi    müddətdə  qısa  zaman  içərisində  professor  və  fakültə 
dekanı  vəzifələrinə  seçilir.  O,  dərs  deməklə  yanaşı,  burada  fars-ərəb-türk-rus 
lüğətinin hazırlanmasına da rəhbərlik edirdi. 
Mirzə  Kazım  bəyin  görkəmli  rus  alimi,  Kazan  Universitetinin  rektoru 
L.İ.  Lobaçevski  ilə  dostluğu  ona  universitetin  elmi  və  ictimai  həyatında 
yaxından  iştirak  etmək  imkanı  yaratmışdı.  L.İ.  Lobaçevskinin  elmi 
fəaliyyətində  Şərqin riyaziyyat alimlərinin əsərləri mühüm rol oynamışdı. Rus 
alimi  bu  əsərlərlə  Mirzə  Kazım  Bəyin  Şərq  dillərindən  etdiyi  tərcümələr 
vasitəsilə tanış olurdu. Mirzə Kazım Bəy böyük Azərbaycan alimi Nəsirəddin 
Tusinin  riyaziyyata  dair  əsərlərini  Lobaçevskinin  istifadəsi  üçün  tərcümə 
etmişdi( 4, s.102). Burada çalışdığı illərdə Mirzə Kazım Bəy ona dünya şöhrəti 
qazandıran  ―Əssəbüş-Səyyar‖,  ―Uyğurlar  haqqında  tədqiqat‖,  ―Quranın  bəzi 
surələrinin  şərhi‖,  ―Firdovsi  yaradıcılığı  üzrə  Şərq  mifologiyası‖  və  s. 
əsərlərini  yazmışdır.  Bu  tədqiqatların  demək  olar  ki,  hamısı  dərhal  Avropa 
dillərində  çapdan  çıxmış,  dünya  miqyasında  geniş  əks-səda  doğurmuşdur  (4, 
s.102). 
 Mirzə  Kazım  Bəy  Şərq  mədəniyyətini  dərindən  bilməklə  yanaşı  həm 
də,  onun  ehtiraslı  pərəstişkarı  və  alovlu  təbliğatçısı  idi.  Asiyanın  qədim 
tarixini böyük iftixar hissi ilə vərəqləyən Mirzə Kazım bəy onu ―bəşər nəslinin 
ilk  beşiyi‖    sayır,  əzəmətliŞərq  abidələrinin  hər  bir  insan  övladının  qəlbində 
qürur hissi doğurduğunu dönə-dönə qeyd edirdi. 


209 
 
O,Azərbaycandan uzaqlarda  yaşasa da, doğma vətəni  ilə  əlaqəsini heç 
vaxt  üzmür,sıx  əlaqə  saxlayırdı.  Doğma  Azərbaycan  dilinin  tədqiqində, 
öyrənilməsində,  elmi  qrammatikasının  yaradılmasında  Kazım  Bəyin  əvəzsiz 
xidmətləri olmuşdu. Onun yazmış olduğu ―Azərbaycan dilinin qrammatikası‖ 
əsəri  1839  və  1840-cı  illərdə  iki  dəfə  nəşr  edilmiş,  Azərbaycan  dilini 
öyrənənlərə,  təbliğ  edənlərə  böyük  hədiyyə  olmuşdu.  Böyük  alimin  
Azərbaycan dilinin ilk  elmi qrammatikasını tərtib etməsi, onu nəşr etdirməsi, 
xarici dillərə tərcümə etməsi və daim onu təbliğ etməsi onun Vətən qarşısında 
göstərdiyi çox böyük xidmət idi (2. s.87). 
1845-ci  ildən  sonra  o,  öz  ömrünü  Peterberq  Universiteti  ilə  bağlamış, 
məhz  burada  dünya  şöhrəti  qazanmış,  rus  şərqşünaslıq  elminin  əsasını 
qoymuş,  rus  şərqşünaslarının    böyük  bir  nəslinin  yetişdirilməsində  yaxından 
iştirak etmişdi. Akademik V.V. Bartold göstərirdi ki, Mirzə Kazım Bəy və O.İ. 
Senkovski öz mühazirələri ilə rus şərqşünslığını yaratmışlar (5, s.42). 
O  dövrün  görkəmli  rus  mütəfəkkirləri  ilə  tanışlığı,  onlarla  ünsiyyətdə 
olması,  Mirzə  Kazım  Bəyin  yaradıcılığına  təsir  etdiyi  kimi,  Mirzə  Kazım 
Bəyin  də  onların  həyatında,  xüsusilə,  Şərq  ədəbiyyatı  ilə  tanışlığında,  Şərq 
dillərinin öyrənilməsində  böyük köməyi olmuşdu. Onun L. N. Tolstoya və N. 
Q.  Çernişevskiyə  Şərq  dillərini  öyrətməsi  dediklərimizi  bir  daha  təsdiq  edir 
(4.s.122). 
Böyük  iftixar    hissi  ilə  deyə  bilərik  ki,  Mirzə  Mazım  Bəyin  Şərqin 
böyük  dahilərinin,  Şərq  ədəbiyyatının  və  tarixinin  Rusiyada  öyrənilməsində, 
yayılmasında və təbliğində çox böyük xidmətləri olmuşdur. Mirzə Kazım Bəy 
müsəlman  hüququnun  Rusiyada  ilk  tədqiqatçısı,  Azərbaycan  dilinin  ilk  elmi 
qrammatikasının 
yaradıcısı, 
Dağıstanda 
Şamil 
hərəkatının 
ilk 
tədqiqatçılarından  biri,  Sədinin  ―Gülüstan‖  əsərinin  rus  dilinə  ilk 
tərcüməçisidir.  O,  Azərbaycan  tarixinin  öyrənilməsində  də  mühüm  işlər 
görmüşdü. ―Dərbəndnamə‖ni ingilis dilinə tərcümə və şərhlə nəşr etdirmişdi. 
Həmçinin özünün yazdığı ―Azərbaycan dilinin qrammatikası‖ nı alman dilinə 
tərcümə etmişdi.  Mirzə Kazım Bəyin yazmış olduğu 40-dan artıq elmi əsərin 
əksəriyyəti ingilis, fransız, alman və başqa dillərə tərcümə edilmişdir (4, s.50). 
Doğma  Azərbaycan  torpağının  şərəfini  yüksəklərə  qaldırmış  Mirzə 
kazım Bəy  sağlığında ümumdünya şöhrəti qazanan, əsərləri müxtəlif dillərdə, 
müxtəlif  xalqlar  tərəfindən  maraqla  oxunan  və  yüksək  qiymətləndirilən 
xoşbəxt adamlardan biri idi. Hələ 1835-ci ildə Rusiya Elmlər akademiyası 35 
yaşlı  alimi  öz  müxbir  üzvü  seçmişdi.  M.  Kazım  Bəy  həmçinin,  Amerika, 
Fransa,  Almaniya,  Böyük  Britaniya,  Danimarka  və  başqa  ölkələrin  elmlər 
akademiyalarının  elmi  cəmiyyətlərinin  həqiqi  və  müxbir  üzvü  idi.  Rus 
şərqşünaslıq elmini zənginləşdirən əsərlərinə  görə O, 3dəfə  yüksək Demidov 
mükafatına layiq görülmüşdür (1, s.281). 


210 
 
Mirzə Kazım Bəy 1870- ci ildə Peterburqda vəfat etmişdir. Akademik 
İ.N.  Borcinin  onun  haqda  yazdığı  nekroloqda  deyilir:    ―Nə  qədər  ki,  Şərq 
haqqında  məlumatlar  işlənəcək-bu  iş  heç  vaxt  dayandırılmayacaqdır-Kazım 
Bəyin adı şöhrətlə çəkiləcəkdir‖ (4, s.29). 
Böyük  uzaqgörənliklə  deyilmiş  bu  sözlər  onun  ölümündən  keçən 
yüzilliklərdə  özünü  tamamilə  təsdiq  etmiş,  Mirzə  Kazım  Bəyin  şan-şöhrəti 
daha  da  artmış,  gələn  nəsillər  onu  böyük  hörmətlə  yad  etmiş,  əsərlərindən 
faydalanmışlar. 
Öz  zəmanəsinin  böyük  dahilərindən  biri  olan    Mirzə  Kazım  Bəyin 
olduqca  coşğun  keçən  həyatı  həmişə  kitabla,  kitabxanalarla  bağlı  olmuş,  O, 
səriştəli  bibliofil  kimi  öz  dövründə  məşhurlaşmışdır.  Hələ  uşaq  ikən  atasının 
şəxsi  kitabxanasında  olan  qiymətli  Şərq  əlyazmalarını  çox  həvəslə  mütaliə 
edən Kazım Bəy zaman keçdikcə bu kitabxana ilə kifayətlənməmiş, o dövrdə 
Dərbənddə,  sonra  isə  Həştərxanda  ictimai  kitabxanalardan  və  digər  kitab 
kolleksiyalarından geniş surətdə istifadə etməyə başlamışdı (3, s.58). 
Öz  uşaqlıq  illərindən  bəhs  edən    M.Kazım  Bəy  sonralar  yazırdı  ki, 
mənin  14  yaşım  olanda  kitab  oxumaq  işinə  ciddi  girişmişdim.  Dərbənd 
şəhərində-kitab  mütaliəsinə  xüsusi  diqqət  yetirən  şəhərin  gəncləri  dərnəkdə 
―Dərbəndnamə‖  əsərinin  kütləvi  oxusunu  təşkil  edirdilər.  Elə  olurdu  ki,  belə 
oxular  günlərlə  davam  edirdi.  Oxunan  mətnlərin  təhlili  belə  oxuların 
əhəmiyyətini  xeyli  artırırdı.  Daha  sonra  O,  ―Dərbəndnamə‖  əsərinin  üzünü 
köçürməmiş, məcburiyyət qarşısında Dərbəndi tərk etdiyindən təəssüfləndiyini 
bildirmişdi.  Elmi-tədqiqat  və  pedaqoji  işdə  mütaliənin  əhəmiyyətini  yüksək 
qiymətləndirən    M.  Kazım  Bəy  həmişə  deyirdi  ki,  mən  zaman  keçdikcə  elmi 
biliklərə  yiyələnməkdə    mütaliənin  çox böyük vasitə  olduğunu dərk etdim  və 
bütün ömrüm boyu mütaliə etməkdən zövq aldım (1, s.311). 
Mütaliəyə böyük üstünlük verən M. Kazım Bəy kitab toplamağa, şəxsi 
kitabxana yaratmağa da çox erkən  yaşlarından başlamışdır. Atasının qiymətli 
kitabları qoruyub saxlamaq, şəxsi kitabxana yaratmaq təşəbbüsü onun gözləri 
qabağında  baş  verdiyindən,  o,  özünün  şəxsi  kitabxanasını  yaratmaqda  bu 
təcrübədən  bəhrələnmişdi.  Onun  şəxsi  kitabxanası  Kazan  Universitetində 
müəllimliyə  başladıqdan  sonra  formalaşmağa  başladı.  Gənc  ali  məktəb 
müəllimi  Kazım  Bəy  məhz  Kazan  Universitetində  Şərqşünaslıqdan  dərs 
deməyə  başladıqdan  sonra  Universitet  kitabxanasıda  Şərqə  aid  ədəbiyyatın 
artmasını tezliklə hiss etdi və şərqşünaslığa: Şərq dillərinə, Şərq ədəbiyyatına, 
Şərq  tarixinə,  Şərq  iqtisadiyyatına  və  s.  aid  kitabları  toplamağa  başladı.  O, 
həmçinin    Kazan  Universitetinin  kitabxanasında  Şərqşünaslıq  fondunun 
yaradılmasına  və  daha  da  təkmilləşməsinə  xüsusi  diqqət  yetirirdi.  Kazan 
Universitetinin kitabxanası M. Kazım Bəyin məsləhətinə müvafiq kitab seçib 
almaq işinə xüsusi diqqət yetirir, onunla əlaqə saxlayırdı. M.Kazım Bəy Kazan 
şəhərində böyük şərqşünas- alim, Şərq dillərinin, Şərq ədəbiyyatının görkəmli 


211 
 
tədqiqatçısı  kimi  formalaşmış,  bütün  dünyada  məşhur  bir  şərqşünas  kimi 
tanınmışdı.  M.Kazım  Bəyin  Kazanda  əldə  etdiyi  bu  nailiyyətlər  onun 
Peterburq  Universitetinə  dəvət  edilməsi  üçün  şərait  yaratdı.  1849-cu  ildən 
Peterburq  universitetində  işləyən  M.Kazım  Bəy  az  bir  müddət  içərisində 
universitetdə şöhrət qazandı (2, s.44). Rus elmi ictimaiyyəti M.Kazım Bəyi rus 
şərqşünaslığının  yaradıcılarından  biri  kimi  qəbul  etdi.  Peterburq 
Universitetindəki elmi fəaliyyəti ona dünya şöhrəti gətirdi. 
Peterburq  Universitetində  tezliklə  M.Kazım  Bəyə  görkəmli  professor 
kimi böyük etimad göstərilmiş, fars dili kafedrasının müdiri seçilmiş, 1855-ci 
ildə Universitetdə ayrıca Şərq fakültəsi yaradılarkən  onun ilk dekanı seçilmiş, 
ömrünün axırına qədər-15 il bu vəzifədə çalışmışdı (5, s.111). 
M.Kazım  Bəyin  kazanda  əsasını  qoyduğu  şəxsi  kitabxanası  Peterburq 
Universitetində  işlədiyi  dövrdə  daha  da  zənginləşmişdi.  Onun  mütaliə 
dairəsinin  genişliyi,  elmlərin  müxtəlif  sahələri  ilə  maraqlanması,  Şərq 
dillərindən  başqa  bir  neçə  xarici  dildə  sərbəst  mütaliə  etməsi  şəxsi 
kitabxananın  hərtərəfli  zənginləşmsi  zərurətini  yaradırdı.  O,  şəxsi 
kitabxanasının  həm  müxtəlif  elm  sahələri,  həm  də  bir  çox  Şərq  və  Avropa 
dillərində  kitablarla  komplektləşdirilməsinə  xüsusi  diqqət  yetirirdi  və 
kitabxananı zənginləşdirmək  üçün vəsait əsirgəmirdi. Məhz buna görədir ki, 
M.Kazım  Bəyin  şəxsi  kitabxanası  o  dövr  Peterburq  Universitetinin  alimləri 
içərisində  ən  böyük  və  zəngin  şəxsi  kitabxana  sayılırdı  (1,  s.299).  Onun 
kitabxanası təsadüfi toplanmış kitab yığını deyildi. Düşünülmüş, ardıcıl olaraq 
elmin  tələbatına  və  ixtisasına  uyğun    sistemli  qaydada  seçilmiş  bir  kitabxana 
idi. Kitabxanada şərqşünaslığa dair nadir, ən qiymətli əlyazmalar toplanmışdı. 
M.Kazım  Bəyin  tədqiqatçısı,  hüquqşünas  alim  A.  Rzayev  göstərir  ki,  onun 
kitabxanasında  Sədinin  ―Divan‖ının  1802-ci  il  London  nəşri,  134-cü  il  Paris 
nəşri,  1846-cı  il  Leypsik  nəşri,  1855-ci  il  Təbriz  nəşri,  Hafizin  ―Divanı‖nın 
1841-ci  il  Konstantinopol  nəşri,  1842-ci  il  Tehran  nəşri,  1854-cü  il  Leypsik 
nəşri,  Nizami  Gəncəvinin  ―Xəmsə‖sinin    1819-cu  il  Paris  nəşri,1812-ci  il 
Kəlküttə  nəşri,  1844-cü  il  London  nəşri  və  s.  nəşrlər  olmuşdur.  Bunlarla 
yanaşı, kitabxanada Nizaminin ―İsgəndərnamə‖, ―Leyli və Məcnun‖və  ―Sirlər 
xəzinəsi‖ əsərlərinin bir neçə variantı, Füzulinin ―Divan‖ı da var idi. M.Kazım 
Bəyin  kitabxanasında  Şərq  klassiklərinin  əsərləri  çox  geniş  səpkidə  təmsil 
edilmişdi (1, s.305). 
Firdovsinin,  Rudəkinin,  Caminin,  Xaqaninin,  Ənvər  Soxeylinin, 
İmaminin,  M.F.Axundovun,  A.Bakıxanovun  əsərləri  kiabxana  fondunda 
mühüm  yer  tuturdu.  Rus  elminə,  ədəbiyyatına  və  tarixinə  hörmət  edən,  onu 
böyük  məhəbbətlə  öyrənən,  tədqiq  və  təbliğ  edən  M.Kazım  Bəyin 
kitabxanasında  rus  alimlərindən  Senkovskinin,  Dornun,  Berenin,  Vasilyevin, 
Popovun,  Viskovun,  Kassoviçin,  Şmidtin,  Şarmianın,  Frenanın,  Zaxarovun, 
Leontyevin, Xvoleonanın və s. əsərləri geniş təmsil olunmuşdu (2, s.81). 


212 
 
Kitabxanada fransız alimlərindən Qorsen de Tasinin, Joberanın, Amio 
Jozefin,  Piera Şarlın, Lovenin, Abel Remyunanın, Antekil Düliperronanın və 
s.,  ingilis  alimlərindən  Rostanın,  Morissonun,  Robertin  və  s.,  alman 
alimlərindən Şleseranın, Sott Vilhelmin, Qrotoford Fridrixin və s., Danimarka 
alimlərindən 
Nibur 
Karstenanın, 
Avstriya 
alimlərindən 
Qammer 
Purqştaeyanın,  Qədim  Yunan  alimlərindən  Platonun,  Aristotelin,  Epikürün, 
Heraklitin,  Emnedoklanın,  Demokritin,  şairlərdən  Homerin,  Heriodanın  və  s. 
əsərləri toplanmışdı (2, s.83). 
Həmçinin  M.Kazım  Bəyin  kitabxanasında  müxtəlif  elm  sahələrindən: 
astronomiyaya,  riyaziyyata,  həndəsəyə,  triqonometriyaya,  coğrafiyaya, 
hüquqşünaslığa,  qrammatikaya,  dilçiliyə,  tarixə,  fəlsəfəyə,  arxeologiyaya, 
məntiqə,  ədəbiyyatşünaslığa,  şərqşünaslığa  və  s.  aid  çoxsaylı  kitablar 
toplanmışdı.  M.Kazım  Bəy  kitabxanasını  soraq-məlumat  ədəbiyyatı  ilə  də: 
ensiklopediyalarla, müxtəlif elm sahələrinə aid  məlumat  kitabları  ilə, bir çox 
dünya dillərinə aid lüğətlərlə zənginləşdirmişdi (1, s.300). 
Mirzə Kazım Bəyin vəfatından sonra onun ömrü boyu böyük çətinliklə 
əldə  etdiyi,  toplayıb,  qoruyub  saxladığı  zəngin  elm  xəzinəsi  olan  şəxsi 
kitabxanası  Peterburq  Universitetinin  kitabxanasına  verilmişdir.  Kitabxana 
kitabları  qəbul  edərkən  onun  siyahısını  tərtib  etmişdi.  Bu  siyahıya  259  Şərq 
əlyazmasının və kitabların adı daxil edilmişdir. Bundan başqa M.Kazım Bəyin 
tədqiqatçısı  A.Rzayev    ―XIX  əsr  Azərbaycan  alimləri  və  mütəfəkkirləri 
haqqında  oçerklər‖      (Bakı,  1969)  kitabında  M.  Kazım  Bəyin  şəxsi 
kitabxanasında  saxlanılan  kitabların  siyahısını  tərtib  etməyə  müvəffəq 
olmuşdur.  Bu  siyahıda  müxtəlif  dillərdə  olan  391  kitabın  adı  vardır.  Bu 
kitablar dillər üzrə aşağıdakı kimi bölünmüşdür: rus dilində 40, fransız dilində 
96,  ingilis  dilində  38,  alman  dilində  62,  latın  dilində  97,  ərəb,  fars  və  türk 
dillərində 58 kitab. 
M.  Kazım  Bəyin  şəxsi  kitabxanası  haqqında  ayrıca  araşdırmalar  
aparılmadığından onun fondunun miqdarı  və tərkibi haqqında dəqiq məlumat 
vermək  mümkün  deyil.  Şübhə  yoxdur  ki,  M.  Kazım  Bəyin  kitabxanasında 
göstərilən  rəqəmlərdən  qat-qat  çox  kitab  və  elmi  jurnal  olmuşdur. 
Kitabxananın  jurnal  fondu  haqqında,  ümumiyyətlə,  heç  bir  məlumat  yoxdur 
(1, s.299). 
Beləliklə,  M.Kazım  Bəyin  şəxsi  kitabxanasının  kitab  fondu  haqqında 
Peterburq  Universuteti  tərəfindən  tərtib  edilmiş  siyahısını  tam  hesab  etmək 
olmaz. Bu siyahı Peterburq Universitetinin M. Kazım Bəyin kitabxanasından 
seçilərək    kitabxanaya  aldıqları  kitabların  siyahısıdır.  M.  Kazım  Bəyin 
kitabxanasında  olan  bədii  ədəbiyyat,  o  cümlədən  rus  ədəbiyyatı,  rus 
klassiklərinin  əsərləri,  müasir  dövrün  ədəbiyyatı,  M.Kazım  Bəyin  öz  əsərləri, 
dövri mətbuat siyahıya daxil edilmişdir. 


213 
 
Mirzə Kazım Bəy böyük tədqiqatçı-alim olmaqla yanaşı, kitabı sevən, 
onların gələcək nəsillər üçün qorununub-saxlanılmasına xüsusi diqqət yetirən, 
o dövrün kitabxanalarının komplektləşdirilməsinin qeydinə qalan böyük kitab 
təbliğatçısı olmuşdur.  XIX əsrdə Rusiyanın böyük ali məktəb kitabxanaları ilə 
yaxından tanış olan M.Kazım Bəy  Kazan, Peterburq, Odessa universitetlərinin 
kitabxanalarına xeyli kitab bağışlamışdır (2, s.64). 
Mirzə Kazım Bəy Kazan Universitetində işləyərkən həmişə universitet 
kitabxanası  ilə  əlaqə  saxlamış,  onun  komplektləşdirilməsi  işində  yaxından 
iştirak  etmiş,  kitabxananın  Şərq  fondunun  yaradılmasına  xeyli  əmək  sərf 
etmişdir. M.Kazım Bəy öz məsləhətləri ilə kitabxanaya kömək etməklə yanaşı, 
1848-ci ildə şəxsi kitabxanasından bu kitabxanaya ərəb, fars və türk dillərində 
203 adda qiymətli əlyazması vermişdir. Məhz bu kitablarla kitabxananın Şərq 
şöbəsinin əsası qoyulmuşdu (4, s.100). 
M.Kazım  Bəy  şərqşünaslığa  aid  kitabları  və  qiymətli  əlyazmalarını 
toplamaqla  kifayətlənmirdi,  həmçinin  onun  Rusiyada  və  dünyanın  digər 
ölkələrində təbliği sahəsində də mühüm işlər görürdü. 
Mirzə  Kazım  Bəy  Kazan  Universitetində  işləyərkən  bu  universitet 
kitab  mübadiləsi  yolu  ilə  müntəzəm  olaraq  şərqşünaslığa  dair  kitabları  Çinə, 
Hindistana,  Əfqanıstana,  İrana,  Türkiyəyə,  Misirə,  həmçinin,    Qərb 
ölkəlkərinə göndərirdi. Bu dövrdə M.Kazım Bəyin öz əsərlərindən ―Türk-tatar 
dillərinin  ümumi  qrammatikası‖(1846)  və  ―Müsəlman  hüquqşünaslığı‖(1845) 
kursuna böyük tələbat var idi (2, s.55). 
Kazan, Peterburq, Odessa universitet kitabxanaları ilə yanaşı, Moskva 
Universiteti  kitabxanası,  Peterburq  Ümumi  Kitabxanası  və  Rusiya  Elmlər 
Akademiyasının  Kitabxanası  da  Şərq  fondlarını  yaratmaq  üçün  M.Kazım 
bəyin kitabxanasından istifadə  etmişlər (5, s.122). 
Mirzə  kazım  Bəyin  elmi  və  pedaqoji  fəaliyyətində    kitabxana  işi  və 
kitabxanaşünaslıq məsələləri də mühüm yer tutur. Mədəni inkişafda və təhsil 
prosesində 
kitabxana  işinə  yüksək  qiymət  verən  M.Kazım  Bəy  
kitabxanaşünaslığın  nəzəri  problemləri  haqqında  bir  çox  qimətli  fikirlər 
söyləmişdir.  M.Kazım  bəyin  kitabxana  işinə  dair  mülahizələrinin,  elmi 
görüşlərinin əsasını 1852-ci ildə yazdığı ― Sankt Peterburq İmperator Ümumi 
Kitabxanasında Şərq əlyazmaları və kalliqrafiyalarının təsviri‖ məqaləsi təşkil 
edir  (1,  s.301).  Bu  məqalədə  M.  Kazım  bəy  dünya  kitabxanaşünaslıq  fikri 
tarixində demək olar ki, ilk dəfə kitabxana kataloqunun elmi mahiyyətini açır, 
ədəbiyyatın  kataloqlaşdırılmasına  elmi-nəzəri  istiqamət  verir.  O,  yazır: 
―Kataloq  elmlər  ailəsinə,  kitabsaxlayıcı  və  kitabxanalara  məxsus  olub,  elm 
xəzinəsinin  açarı,  onun  gizli  sirlərinin  göstəricisidir‖.  Daha  sonra  müəllif 
kitabxana  kataloqu  haqqında  ancaq  özünəməxsus  olan  bir  təhlil  tərzində 
aşağıdakı  fikri  söyləyir:  ―Kitabxana  kataloqsuz  fayda  verə  bilməz:  o,  öz 
fikirlərini ətrafdakılara çatdıra bilməyən lala bənzəyər‖ (1, s.284). 


214 
 
Məqalədə 
M.Kazım  Bəy  1852-ci  ildə  S-Peterburq  Umumi 
kitabxanasının  Şərq  ədəbiyyatı  fondunun  kataloqunun  hazırlanıb  çap 
edilməsinin  əhəmiyyətini,  bu  işdə  rus  alimlərinin  əməyini  çox  yüksək 
qiymətləndirib,  həmin  kataloqun  mahiyyətini  açır,  Rusiyada    və  digər 
ölkələrdə nəşr edilmiş kataloqlardan üstün cəhətlərini göstərir. Müəllif burada 
bir  kitabxanaşünas  alim  kimi,  müasir  elmi  dillə  desək,  sistemli  yanaşma 
metodundan  istifadə  edərək    həmin  kataloqun  aşağıdakı  mühüm  əlamətlərini 
göstərir: 
1.Kitabxananın Şərq fondunun bütün zənginliyinin, Şərq aləminin təfəkkür və 
mədəniyyət xəzinəsinin tam təsvir edilməsi. 
2.Zəngin və qiymətli biblioqrafik məlumatları əks etdirən elmi əsər. 
3. Faydalı Şərq və Qərb biblioqrfik mənbələri üzrə tədqiqatçılar üçün açar. 
4. Bütün Avropada Şərq əlyazmaları və ksilloqrafiyalarına dair nəşr edilmiş ilk 
dolğun və dəqiq kataloq. 
5.İmperator Ümumi Kitabxanasının ilk çap kataloqu. 
6. Çox gözəl nəşr əsəri. 
Daha  sonra  müəllif  özünün  yüksək  kitabxanaşünas-biblioqraf 
səviyyəsini  nümayiş  etdirərək  kataloqun  mühüm  hissələrini  xarakterizə  edir, 
onun  tərtibi  metodikasının  açıq  təhlilini  verir,  S-Peterburq  Ümumi 
Kitabxanasının Şərq ədəbiyyatı fondunun  yaranması və formalaşması tarixini 
işıqlandırır, fondun dillər üzrə tərkibini təsvir edir (1, s.296). 
Məqalədə  ümumi  kitabxananın  Şərq  fondunun  yaranması  və 
formalaşmasının əsas tarixi mərhələləri qeyd edilir ki, bu fondun 1814-1824-
cü illərdə Şərq nadir əlyazmaları manuskriptləri əsasən satınalma və müxtəlif 
ianələr  yolu  ilə,  1828-1830-cu  illərdə  isə  işğalçılıq  yolu  ilə  İrandan, 
Türkiyədən  və  Dağıstandan  gətirilmiş,  440  nüsxə  zəngin  və  nəfis  əlyazma 
hesabına,  sonralar  isə  müxtəlif  yollarla  kitabxanaya  alınmış  qiymətli 
kolleksiyalar vasitəsilə formalaşıb zənginləşmişdir (2, s.78). 
Məqalədə  çap  kataloqunda  tətbiq  edilmiş  biblioqrafik  təsvir 
qaydalarının  mahiyyəti  açılır,  təsvirlərin  bütün  ünsürləri  (manuskriptlərin  ili, 
yaranması  xüsusiyyətləri,  kalliqrafik  adı,  meydana  gəldiyi  ölkə,  şəhər,  zahiri 
tərtibatı,  əlamətləri  və  bədiiliyi,  həcmi,  nöqsan  cəhətləri  və  s.)  xarakterizə 
edilir. 
Daha  sonra  məqalədə  kataloqun  biblioqrafik  təsvirlərdə  əks  etdirilmiş 
hər  bir  manuskript  haqqında  verilən  əlavə  məlumatlar  sadalanır  və  onların 
əhəmiyyəti  göstərilir.  Bunların  işərisində  M.Kazım  Bəyin  Şərq  əlyazmaları, 
saxlayıcılar  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  avtoqrafların,əlyazmasının,  ilk 
nüsxəsi,  onun  Avropada  meydana  gələn  digər  nüsxələri  haqqında  verilən 
məlumatların əhəmiyyətini xüsusi qeyd edir. 
Kataloqda  tətbiq  edilən  biblioqrafiyalaıdırma  metodlarının  təhlilini 
M.Kazım  Bəy  olduqca  obrazlı  şəkildə  ümumiləşdirərək  yazır:  ―İmperator 


215 
 
Ümumi  Kitabxanasındakı  zəngin  Şərq  xəzinəsi  haqqında  alimlər  və  savadlı 
insanların məlumatlı olmasına baxmayaraq bizim kataloq onların məzmunu və 
əhəmiyyəti ilə yaxından tanış olmaq üçün həmin xəzinənin sirlərinə işıqlı yol 
açır. Onun vasitəsilə hər bir alim Rusiya İmperator Ümumi Kitabxanasındakı 
bu zəngin sərvətlə hərtərəfli tanış ola bilər‖  (4, s.99). 
Belə  ümumiləşdirmədən  sonra  Mirzə  Kazım  Bəy  çap  kataloqunun 
biblioqrafik mənbələrin müəyyənləşdirilməsindəki açar rolunu qeyd edir və bu 
baxımdan  dünyanın  iri    ölkələrində  elm  və  mədəniyyətin  inkişafında 
kitabxanaların  tarixi  rolundan  danışır.  Hələ  antik  dövrlərdən  başlayaraq  
Qədim  Yunanıstan,  Makedoniya  və  Roma  İmperiyasında,  eləcə  də  Avropa 
ölkələrində  yaranan  kitablar  haqqında  qiymətli  məlumatlar  verir  ki,  bu  da 
dünya kitabxanalarının tarixinin öyrənilməsi və onların tarixi əhəmiyyətinin və 
rolunun daha dərindən dərk edilməsi baxımından da müasir kitabxanaşünaslıq 
elmi üçün çox qiymətli mənbə kimi böyük əhəmiyyət kəsb edir. 
Burada  müəllif  Avropada  elm  və  mədəniyyətin  inkişafında  Şərq 
ölkələrindən günəş şüaları kimi saçan elmin əhəmiyyətini xüsusi vurğulayır və 
Parisdə  1544-cü  ildə  yaranmış  və  sonralar  Kral  kitabxanasına  şevrilmiş 
kitabxanada  400  Şərq  əlyazmasının,  40  manuskriptin  və  70  Çin  kitabının 
olduğunu  və  o  dövrün  alimlərinin  bunları  möcüzə  adlandırmasını  qeyd  edir. 
Daha  sonra  M.Kazım  Bəy    XIV  Lüdovik  hakimiyyəti  dövründə  Fransada 
kitabxana  işinin  inkişafına  dair  maraqlı  faktlar  gətirərək  bir  daha  özünün 
dünya kitabxanaçılıq tarixinə dərindən bələd olmasını sübut edir (5, s.133). 
Mirzə  Kazım  Bəyin  yüksək  biblioqrafik  biliklərə  və  təcrübəyə  malik 
olması  və  bu  işin  elmi  əsaslarından  xəbərdar  olmasını  da  bir  daha  bu 
məqalədən  aydın  hiss  edirik.  Xüsusilə  biblioqrafik  axtarışların  aparılmasının 
çətinlikləri və bu işdə kataloqların əhəmiyyətini M.Kazım Bəy bəhs etdiyimiz 
məqalədə  xüsusi  vurğulayır.  Müəllif  göstərir  ki,  əgər  hər  hansı  bir  alim, 
biblioqraf  Avropanın  tanınmış  kitabxanaları  haqqında  məlumat  almaq  istəsə, 
çox  ciddi  çətinliklərlə  rastlaşacaqdır.  Çünki  bu  vaxta  qədər  heç  bir  zəngin 
kitabxana  öz  fondunu  əks  etdirən  tam  kataloq  nəşr  etdirməmişdir.  Sonra  öz 
təcrübəsinə  isnad  edən  müəllif  yazır  ki,  mən  tez-tez  alim  və  təcrübəli 
kitabxanaçılara  müraciət  edib  onlardan  dünyanın  müxtəlif  kitabxanalarında 
mühafizə edilən manuskriptlər və  ya kalliqrafiyalar barədə soruşduqda, onlar 
əksər  hallarda  mənim  tələbimi  çox  zəif  təmin  etmiş  və  ya  heç  təmin 
etməmişlər  (1,  s.295).  Göründüyü  kimi  M.Kazım  Bəy  həm  də  bir 
kitabxanaşünas  kimi  dünyanın  zəngin  kitabxanalarının  öz  fondunun  tərkibini 
tam  əhatə  edən  kataloqlar  nəşr  etdirməsinin  vacibliyini  vurğulayır  və  bunun 
biblioqrafik  axtarışda    çox  mühüm  əhəmiyyət    kəsb  etdiyini  xüsusu  qeyd 
edirdi. 
M.Kazım  Bəy  məqalədə  Rusiya  İmperator  Kitabxanasında  mühafizə 
edilən  Şərq  əlyazmalarının  əvvəllər  tərtib  edilmiş  kataloqlarından  bəhs 


216 
 
edərkən  bunların  içərisində  rus  şərqşünaslığının  banilərindən  biri  olan  Mirzə 
Cəfər  Topçubaşovun  iştirakı  ilə  yaradılmış  Ərdəbil  manuskriptlərinin 
kataloqunun  əhəmiyyətindən  danışır.  Müəllif  göstərir  ki,  əvvəllər  tərtib 
edilmiş  həmin  kataloqlar  və  xüsusən  30  il  əvvəl  yaradılmış  Ərdəbil 
kolleksiyasının kataloqu Rusiya İmperator Kitabxanasının Şərq əlyazmalarını 
tam təşkil edən kataloqun meydana gəlməsində mühüm rol oynamışdır. 
Mirzə  Kazım  Bəyin  bəhs  etdiyimiz  məqaləsində  kataloqda  əks 
etdirilmiş  Şərq  əlyazmalarının  Rusiya  İmperator  Kitabxanası  tərəfindən  əldə 
edilməsi  tarixindən  danışılır  və  göstərilir  ki,  həmin  qiymətli  xəzinə  ilk 
növbədə  kitabxanaya  Rusiyanın  İran  və  Türkiyə  ilə  müharibəsi  nəticəsində 
qazandığı  qənimətlərdir  ki,  bunun  da  əsasını  Ərdəbil,  Axalsıx,  Ərzurum, 
Adrianopol  və  Dağıstan  kolleksiyaları  təşkil  edir.  Bu  kolleksiyalar  içərisində 
müəllif  1929-cu  ildə  şahzadə  Xosrov  Mirzə  tərəfindən  Rusiya  imperatoruna 
hədiyyə edilmiş 18 Şərq əlyazmaları kolleksiyasının əhəmiyyətini də qeyd edir 
(2, s.90). 
M.Kazım Bəyin məqaləsində Rusiya İmperator Umumi Kitabxanasının  
Şərq  əlyazmaları  kataloqunun  tərtibi  metodikasına  da  diqqət  yetirilir  və 
kataloqun məzmunundakı aşağıdakı müsbət əlamətlər xüsusi sadalanır: 
1. Bütün biblioqrafik materialların tam sistemli şəkildə əks etdirilməsi
2. Əvvəllərdə tərtib edilmiş Şərq əlyazmaları kataloqlarından istifadə edilərkən 
onlara əlavələr və dəyişikliklərin edilməsi
3.  Bu  vaxta  qədər  təsvir  edilmiş  manuskriptlərin  müvafiq  qaydalar  əsasında 
təsvir edilib kataloqa daxil edilməsi
4. Bütün bu zəngin və rəngarəng materialların ümumi düzülüşü və bu nəhəng 
işin vahid qaydada tərtib edilməsi. 
Məqalənin  elmi  kataloqlar  və  digər  biblioqrafik  vəsaitlərin  tərtib 
edilməsinin  nəzəri  və  metodik  məsələləri  baxımından  olduqca  qiymətli 
xüsusiyyətlərindən biri də burada müəllif tərəfindən həmin vəsaitlərin tərtibinə 
dair  müasir  elmi  axtarış  vəzifələrinə  cavab  verən  tələblərin  qoyulmasıdır  (1, 
s.309). 
Mirzə Kazım Bəyin şərqşünaslığa dair elmi kataloqların və biblioqrafik 
əsərlərin tərtib edilməsi ilə əlaqədar irəli sürdüyü tələblər bunlardır: 
1.Tərtib  edilməsi  nəzərdə  tutulan  əsərlərin  predmeti  xüsusi  maraq 
doğurmalıdır; 
2.  Əsərin  yaradılmasında  iştirak  edənlər  əla  orientalist  (şərqşünas)  və  Şərq 
biblioqrafiyası sahəsində səriştəli olmalıdır; 
3. Onlar biblioqrafiya və kitabxanaşünaslıq işində səriştəli olmalıdırlar.Avropa 
ölkələrində  geniş  vüsət  tapmış  bu  elm,  müasir  dövrdə  zəngin 
kitabsaxlayıcıların  daxili  və  xarici  baxımdan  təşkil  edilməsi  üçün  olduqca 
vacibdir. 
4. Bu elm sahəsində çalışanlar müvafiq kitabxananın əməkdaşları olmalıdırlar. 


217 
 
5.  Kitabxana  belə  vacib  əsərlərin  tərtibi  və  nəşr  edilməsi  üçün  xüsusi  vəsaitə 
malik olmalıdır (1, s.312). 
Mübaliğəsiz  demək  olar  ki,  M.  Kazım  Bəyin  bu  fikirləri  indi  də  öz 
əhəmiyyətini  itirməmişdir  və  bu  gün  də  kitabxanaşünaslarımız, 
biblioqraflarımız  müvafiq  əsərlər  tərtib  edəndə  bu  fikirlərdən  çox  səmərəli 
şəkildə faydlana bilərlər. M.Kazım Bəyin məqaləsində səciyyəvi bir cəhət də  
bəhs  etdiyimiz  kataloqun  o  dövrdə  Şərq  əlyazmalarını  əks  etdirən  digər 
kataloqlarla,  xüsusən  Vyana  Şərq  Akademiyasının  nəşr  etdirdiyi  kataloqla 
müqayisəli şəkildə təhlil etməsidir. 
O,  müqayisəli  təhlildə  S-Peterburq  Ümumi  Kitabxanası  kataloqunun 
tərtibinin üstünlüklərini belə əsaslandırır: 
1. Vyana Şərq Akademiyasının kataloqunda materiallar 26 elm sahəsi 
üzrə 40 xüsusi bölmədə qruplaşdırılmış, hər bir bölmənin daxilində isə dillər 
üzrə (ərəb, fars və türk dilləri) təşkil edilmişdir. Bu düzülüş prinsipini oxucular 
üçün  əlverişli  saymayan  müəllif    S-Peterburq  İmperator  Ümumi 
Kitabxanasının  kataloqundakı  sistemləşdirmə  prinsipinin  daha  məqsədyönlü 
olmasını qeyd edərək yazır: ―Bizim kataloqda bütün əlyazmalar və kataloqlar 
onların  yazıldığı  24  dil  əsasında  düzülmüş  və  hər  birinin  hansı  alimə  aid 
olması  göstərilmişdir‖.  Daha  sonra  M.Kazım  Bəy  S-Peterburq  İmperator 
Ümumi  Kitabxanasının  kataloqunda  materialların  orijinal  sərlövhələrinin 
təsvirini əks etdirən yazıların olmasını da müsbət cəhət kimi qiymətləndirir və 
istifadə  üçün  nə  qədər  əhəmiyyətli  olmasını  göstərir.  Sonr  müəllif  Rusiya 
kataloqunda 
əlyazmaların  məzmununu  açan  predmet  göstəricisinin 
müəlliflərin  adlar  göstəricisinin    də  tərtib  edilməsini  çox  haqlı  olaraq 
kataloqun üstün cəhəti kimi vurğulayır. 
2. Mirzə Kazım Bəy Vyana Şərq əlyazmaları kataloqu ilə S-Peterburq 
İmperator Ümumi Kitabxanasının kataloqlarının müqayisəli təhlilində hər bir 
kataloqun  nə  qədər  dolğun  və  əhatəli  olmasını  ön  plana  çəkərək    yazır  ki, 
Vyana Şərq Akademiyası kataloqunda yalnız ərəb, fars və türk dillərində 504 
adda  biblioqrafik    yazı  olduğu  halda,  Rusiya  kataloqunda  yalnız  bu  dillərdə 
602  və  əlavə  21  dildə  298  biblioqrafiyası  əks  etdirilmişdir.  Vyana  Şərq 
Akademiyasının  kataloqu  10  il  əvvəl  nəşr  edildiyinə  görə    S-Peterburq 
İmperator Kitabxanasının kataloqu məzmun baxımından müasir vəziyyəti əks 
etdirdiyindən də müəyyən üstünlüklərə malikdir. 
3. S-Peterburq İmperator Kitabxanasının Kataloqu şərqşünaslıq elminin 
ən tanınmış alimləri və geniş biblipqrafik biliklərə malik olan akademik Dorn, 
Fren  və  Mirzə  Cəfər  kimi  şöhrətli  şəxslər  tərəfindən  tərtib  edilmişdir  və  bu 
adlar həmin kataloqun etibarlı olmasına zəmanət verir. 
4.  Nəşrinin  nəfisliyinə  görə  Rusiya  kataloqu  şübhəsiz  ki,  belə  nəşrlər 
içərisində  xüsusi  yer  tutur  və  kataloqun  sərlövhəsi  onun  məzmununa  tam 
uyğun gəlir. 


218 
 
Sankt-Peterburq  Kitabxanasının  Şərq  əlyazmaları  kataloqunun  üstün 
cəhətini  M. Kazım Bəy belə yekunlaşdırır: ―Biz bu kataloqu Avropada diqqəti 
cəlb  edən  ədəbi  hadisə  hesab  edərək  qeyd  etmək  istərdik  ki,  bu  nəşrlərdə 
kitabsaxlayıcı bütün belə müəssisələrdən qabağa çıxmışdır‖ (5, s.101). 
Nəhayət,  məqalələrin  sonunda  Mirzə  Kazım  Bəyin  kataloq  haqqında 
bəzi  tənqidi  qeydlərinə  də  rast  gəlirik.  Bu  qeydlər  əsasən  kataloqun  Çin  və 
Yapon əlyazmalarını əks etdirən bölmələrinə aiddir. Müəllif qeyd edir ki, Çin 
və  Yapon dillərindəki  kitabların təsviri    əksər hallarda bir neçə  sözdən ibarət 
olub  yalnız  əsərin  sərlövhəsi,  nəşr  ili  və  neçə  hissədən  ibarət  olduğu  barədə 
məlumat  verir.  Bundan  əlavə  müəllif  həmin  kitabların  təsviri  və 
qruplaşdırılmasında nəzərə çarpan bir sıra dəqiqsizliklərə də diqqət yetirir. 
Göründüyü  kimi,  dünyaşöhrətli  Azərbaycan  alimi,  böyük  mütəfəkkir 
Mirzə  Kazım  Bəyin  kitab,  kitabxana  işi,  kitabxanaşünaslıq  və  biblioqrafiya 
nəzəriyyəsi  və  təcrübəsi  sahəsindəki  elmi-nəzəri  və  təcrübi  fəaliyyəti  son 
dərəcə  məhsuldar  olmuşdur.  Onun  bu  fəaliyyəti  bilavasitə  kitabxana  işinin 
elmi  əsaslarla  inkişafına  xidmət  etmişdir.  Mirzə  Kazım  Bəy  daim  bu  sahədə 
mütərəqqi  yeniliklərin  baş  verməsini,  qabaqcıl  təcrübə  metodlarının  tətbiqini 
vacib  saymış  və  yalnız  bu  yolla  cəmiyyətin  mükəmməl  maariflənməsinin, 
savadlanmasının, kütləvi mütaliəsinin təşkilinin mümkünlüyünü vurğulamışdır 
(3, s.332). Bəşəriyyətin elm tarixinə öz zəngin çoxşaxəli fəaliyyəti ilə misilsiz 
töhfələr verən, mənsub olduğu xalqa daim başucalığı gətirərək onun şöhrətini 
zirvələrə 
qaldıran  böyük  alim  Mirzə  Kazım  Bəyin  böyüklüyü, 
ucalığı,müdrikliyi,  dahiliyi  onun  ölümündən  keçən  200  ildən  çox  zaman 
kəsiyində  daha  qabarıq,  daha  aydın  hiss  olunur.  Onun  elmin  bir  çox 
sahələrində  olduğu  kimi,  kitab,  kitabxana  işi,  kitabxanaşünaslıq  və 
biblioqrafiya  sahələrinə  də  verdiyi,  töfhələr,  təkliflər  heç  zaman  öz 
əhəmiyyətini itirməmiş, zaman keçdikcə dahaq böyük aktuallıq kəsb etmiş və 
gün də kəsb etməkdədir. Professor  A. A.  Xələfovun qeyd etdiyi  kimi,  Mirzə 
Kazım  Bəyin  bu  sahələrdəki      elmi  irsi  və  əməli  fəaliyyəti  müstəqil  tədqiqat 
obyekti kimi hərtərəfli və dərindən işlənilməlidir.  
Bütövlükdə,  görkəmli  Azərbaycan  alimi,  böyük  mütəfəkkir  Mirzə 
Kazım Bəyin çoxşaxəli elmi fəaliyyəti, zəngin nəzəri irsi gələcək nəsillərə çox 
böyük töhfədir. 
 
 
 
 
 
 
 
 


219 
 
 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin