Mirzə Əjdər oğlu İbrahimov 1911‑ci il oktyabr ayının 28‑də
Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kən din ‑
də anadan olub.
1918‑ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası
və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, da ‑
yısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapı larında
çalışıb, Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra
fabrik‑zavod sagirdliyi məktəbində, Neft sənaye texniku mun ‑
da oxuyub, ali təhsil alıb.
O, bədii yaradıcılığa Zabrat
fəhlə ədəbiyyat dərnəyinin
üzv lü yün dən başlayıb. Onun «Qazılan buruq» adlı ilk şeiri
1930‑cu ildə «Aprel alovları» məcmuəsində dərc olunub. Le ‑
ninqrad da aspiranturanı bitirdikdən sonra Cəlil Məmməd qu ‑
lu zadənin həyat və ya radıcılığı mövzusunda namizədlik dis ‑
sertasiyası müdafiə edib.
İlk tənqidi,
publisistik məqalələrini, hekayə və oçerklərini
ötən əsrin 30‑cu illərində yazıb. 1932‑ci ildə sosialist sənaye si ‑
nin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şax ‑
tala rında, Dnepro petrovsk
sənaye müəssisələrində olub, «Gi ‑
qant lar ölkəsi» oçerklər kitabını qələmə alıb. Azərbaycan Döv ‑
lət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil
aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində «Sürət» qəze ‑
tinin redaktoru (1933) vəzifəsinə göndərilib.
Mirzə İbrahimov söz sənəti tariximizdə özünəməxsus
yeri olan yaradıcı şəxsiyyətlərdəndir. O, Azərbaycan ədəbiyya ‑
tı nı «Həyat», «Madrid», «Məhəbbət», «Kəndçi qızı», «Yaxşı
adam», «Közərən ocaqlar»
pyesləri, «Gələcək gün», «Böyük
dayaq», «Pərvanə» romanları, «Güləbətin», «Fırtına quşu»,
«Xosrov Ruzbeh» povestləri, «Cənub hekayələri» silsiləsi və s.
əsərləri ilə zən ginləşdirib. «Böyük demokrat», «Həyat və ədə ‑
89
Dostları ilə paylaş: