çıxarmaq, biliyini tətbiq etmək bacarıqlarının aşılan masıdır.
Mirzə İbrahimov «uşağın şüurunu hərəkətə gətir məyi, ona
düşünməyi, mühakimə ilə iş görməyi öyrətməyi» məktəbin və
müəllimin əsas vəzifəsi hesab edirdi. Cünki uşaq yaşına görə
özünün və başqalarının hərəkətinə xeyirli və zərərli, lazımlı və
lazımsız olması nöqteyi‑nəzərindən qiymət verməyə alışdırıl ‑
malıdır. Mirzə İbrahimov qeyd edirdi ki, məktəb uşaqlarda
insan həyatının yaradıcısı olan əməyə qarşı müqəddəs bir
məhəbbət və etiqad oyatmalı, onda çalışmaq, həm də səmərəli
çalışmaq vərdişi tərbiyə etməli, şagirdlərə həqiqi bilik verməli,
uşaqların hərtərəfli, ahəngdar inkişafını təmin etməli, əsl
vətənpərvərlər, vətəndaşlar yetişdirməlidir.
Mirzə İbrahimovun xalq maarifinin təşkili və idarə
edilməsi sahəsindəki fəaliyyəti, zəngin pedaqoji fikirləri maarif
və pedaqoji fikrimizin inkişafında mühüm yer tutur. O, dünya
pedaqoji fikrinin görkəmli nümayəndələrinin irsini diqqətlə
öyrənib, mütərəqqi nə varsa, onu müasirlik ruhu ilə Azər ‑
baycan pedaqogikasına gətirməyə çağırıb. Mətbu çıxışlarında
tez‑tez antik pedaqogikaya, Henrix Pestalotsi, Konstantin
Dmitriyeviç Uşinski, Həsən bəy Zərdabi, Mahmud bəy Mah ‑
mudbəyov, Abdulla Şaiq və Məhəmməd Hadinin əsərlərinə
müraciət etməsi onun ən yaxşı pedaqoji ənənələri, fikirləri
yaşatmaq və inkişaf etdirmək meyli ilə bağlıdır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946–
1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
(1954–1958), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri
(1946–1954), birinci katibi (1965–1975), SSRİ Yazıçılar İttifaqı
İdarə Heyətinin katibi (1965–1975), Asiya və Afrika ölkələri ilə
Sovet Həmrəylik Komitəsinin sədri olub.
Azərbaycanın xalq yazıçısı (1961), SSRİ (1950) və Azər bay ‑
can SSR Dövlət mükafatı laureatı (1965), əməkdar incəsənət
xadimi (1941), Beynəlxalq Nehru mükafatı laureatı (1979) Mirzə
İbrahimov Lenin (iki dəfə), «Oktyabr inqilabı», «Qırmızı Əmək
Bayrağı» və «Şərəf nişanı» ordenləri ilə təltif edilib. Dəfələrlə
SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1981‑ci
ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1993‑cü ildə vəfat edən görkəmli yazıçı, dramaturq, alim,
ictimai və dövlət xadimi Mirzə İbrahimov Fəxri xiyabanda
dəfn olunub.
93
Dostları ilə paylaş: