Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899‑cu ildə
Lənkə randa anadan olub.
1909‑cu ildə atası Məşədi Həmidin ölümündən sonra
qohumlarının himayəsində yaşayıb, Lənkərandakı «Behcət»
rus‑tatar (Azərbaycan –
red.) məktəbində oxuyub, lakin təhsili ‑
ni başa vura bilməyib.
1920‑ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında
çalışıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (indiki
Cəlilabad) I dərəcəli məktəbə müəllim göndərilib.
1921‑ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə
çalışmağa başlayıb. 1923–1926‑cı illərdə Pedaqoji İnstitutda
(Bakı) oxuyub. Ali təhsilli mütəxəssis kimi Məmməd Ələkbə ‑
rov Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik
edib. Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri işləyib.
1928‑ci ildə Xalq Maarifi Komissarlığı aparatına işə qəbul
olunub, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi
rəisinin müavini vəzifələrində çalışmaqla yanaşı, Azərbaycan
Dövlət Elmi Tədqiqat Məktəblər İnstitutunda, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda əvəzçilik qaydasında işləyib.
1939–1943‑cü illərdə Müəllimləri Təkmilləşdirmə İnstitu ‑
tunun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Sonra
Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin
rəisi təyin olunub.
Məmməd Həmid oğlu Ələkbərov 1946‑cı ildə Azərbay ‑
can xalq maarifi komissarı təyin olunub, 6 il bu vəzifədə
çalışıb, dövrün və ictimai qurumun qarşıya qoyduğu vəzifələri
yerinə yetirmək üçün bilik və bacarığını əsirgəməyib.
Məmməd Ələkbərov ötən əsrin 50‑ci illərində Nazirlər So ‑
veti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub.
Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası möv ‑
zusunda məqalələr yazıb. «Natamam orta və orta məktəblərdə
yazı işləri» (1940), «İbtidai məktəbdə oxu metodikası» (1940)
və s. kitabları nəşr edilib.
O, «Əməkdar müəllim» fəxri adına la yiq görülüb, 1950‑
ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb.
Məmməd Ələkbərov 1959‑cu ildə vəfat edib.
95
Dostları ilə paylaş: