Mehdi Məmməd oğlu Mehdizadə 1903‑cü ildə Cəbrayıl
qəzasının Daşkəsən kəndində anadan olub.
1914‑cü ildə təlim rus dilində olan ibtidai məktəbdə
oxuyub. 1920‑ci ildə Daşkəsən kənd qiraət komasının müdiri
kimi fəaliyyət göstərib. Cəbrayıldakı pedaqoji kursu bitirdik ‑
dən sonra doğma kəndində çalışıb.
1923‑cü ildə Mehdi Mehdizadənin müdir olduğu birinci
dərəcəli məktəbdə Azərbaycan Xalq Maarifi Komissarlığı tərə ‑
fin dən yoxlama aparılıb. Bir qədər sonra səmərəli fəaliy yət lə ‑
ri nə görə qəzanın 6 nəfər müəllimi mükafatlandırılıb ki, onlar ‑
dan biri də gənc pedaqoq Mehdi Mehdizadə olub.
1923‑cü ildə Mehdi Mehdizadə qəza xalq maarifi şöbəsi ‑
nin icazəsi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazır ‑
lıq kursuna daxil olub, sonra fizika‑riyaziyyat fakültəsin də
oxuyub. Ali təhsilli fizika‑riyaziyyat müəllimi kimi Cəbrayıl
qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki ikinci dərəcəli
məktəbdə pedaqoji fəaliyyətini davam etdirib.
Qəza metodbürosuna sədrlik ona tapşırılıb. Məktəblərdə
ümum pedaqoji və metodik istiqamətlərdə iş aparıb, qəza
məktəb lərində çalışan müəllimlərin fəaliyyətinin səmərəliliyini
artırmaq üçün bilik və bacarığını əsirgəməyib.
1930‑cu ilin martında Azərbaycan SSR Xalq Maarifi
Komis sarlığı İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi, daha
sonra xalq maarifi komissarının birinci müavini Ayna Sulta ‑
99
Dostları ilə paylaş: