Onun müstəsna təşkilatçılıq qabiliyyəti Azərbaycan
Dövlət Universitetində (ADU) müxtəlif
vəzifələrdə işlədiyi
zaman özünü daha çox büruzə verib. 1941–1942‑ci illərdə
ADU‑nun biologiya fakültəsinin dekanı olub və onun təşəb ‑
büsü ilə fakültənin Elmi Şurasına biologiyanın müxtəlif sahə ‑
ləri, eləcə də insan və heyvan fiziologiyası üzrə disserta siya ‑
ları müdafiəyə qəbul etmək hüququ verilib.
Fiziologiya sahəsində ilk azərbaycanlı
professor olan
Abdulla Qarayev 1942‑ci ildə müsabiqə yolu ilə Azərbaycan
Döv lət Tibb İnstitutunun normal fiziologiya kafedrasında ikin ‑
ci
professor, Azərbaycan Dövlət Universitetində isə insan və
heyvan fiziologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
1942–1944‑cü illərdə Azərbaycan
Dövlət Universitetinin
elmi hissə üzrə prorektoru, 1944‑cü ilin sentyabrından 1950‑ci
ilin oktyabrına qədər isə rektoru vəzifələrində işləyib. Xüsu si ‑
lə qeyd etmək lazımdır ki, onun universitetdəki fəaliyyəti döv ‑
rün də bütün elm
sahələri ahəngdar inkişaf edib, yeni ka fedra ‑
lar və fakültələr açılıb, yüksəkixtisaslı kadrlar hazırlamaq üçün
ge niş imkanlar yaradılıb. Universitetin fərqlənən, iste dadlı
mütəxəssisləri elmi araşdırmalar aparmaq üçün keçmiş İttifaq
respublikalarına göndərilib.
Böyük Vətən müharibəsi illərində Abdulla Qarayev Naf ‑
talan neftinin yanıq və yaraların sağalmasına
təsirini hey vanlar
üzərində sınaqdan keçirib, bu nadir neftin yarasağaldıcı və ağrı ‑
kəsici maddə kimi tibdə istifadə edilməsini təklif edib. Sonrakı
dövrlərdə aparılmış təcrübələrlə bu dəyərli təklif bir daha sübuta
yetirilib, rəngsizləşdirilmiş
Naftalan neftinin, həm çinin bir sıra
dəri xəstəliklərinə də effektiv təsir göstərdiyi dəqiqləşdirilib.
Fizioloqların, biokimyaçıların və farmakoloqların VII
(1947) və VIII (1948) Ümumittifaq qurultaylarında iştirak edib,
157
Dostları ilə paylaş: