Fiziologiya İnstitutu yaradılıb
və akademik Abdulla Qarayev
institutun direktoru təyin olunub. Hazırda bu institut, eləcə də
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ‑
nun normal fiziologiya kafedrası və Bakı
şəhərində bir küçə
onun adını daşıyır.
Təcrübəli mütəxəssis, yüksək keyfiyyətlərə malik insan
kimi tanınan Abdulla Qarayev tabeliyində çalışan əmək daş la ‑
rın hər zaman qayğısına qalıb, onların
problemlərinin həllinə
kö məyini əsirgəməyib. 1947‑ci ildə Azərbaycan SSR Ali Sove ti ‑
nin və 1948‑ci ildə isə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti ‑
nin deputatı seçilib. Lenin ordeni, 3 dəfə «Qırmızı Əmək Bay ‑
rağı» ordeni, «Qırmızı Ulduz» ordeni və medallarla təl tif edilib.
7 monoqrafiya və 300‑dən artıq məqalənin müəl lifidir.
1951–1968‑ci illərdə İvan Petrovic Pavlov adına Ümumit ‑
ti
faq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin sədri,
Azər baycan «Bilik» Cəmiyyəti İdarə
Heyəti sədrinin müavini
olub. 1968‑ci ildə Sovet Milli Komitəsinin zəmanəti ilə İBRO‑ya
(YUNESKO üzrə beynin tədqiqi ilə məşğul olan Beynəlxalq
təşkilat) üzv seçilib. Fizioloqların beynəlxalq kon qres lərində
(Leninqrad – 1935; Buenos‑Ayres – 1959; Leyden –1962;
Tokio – 1965) iştirak edib.
Abdulla Qarayev 1968‑ci ildə vəfat edib.
161
Dostları ilə paylaş: