8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə92/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   88   89   90   91   92   93   94   95   ...   126
Züleyxa İsmayıl qızı
Hüseynova 1924‑cü ildə
Bakıda anadan olub
1963–1965‑ci illərdə Ali 
və Orta İxtisas Təhsili
Komitəsinin sədri və 
1965–1970‑ci illərdə ali və
orta ixtisas təhsili naziri
vəzifəsində çalışıb
Respublikada ali və orta
ixtisas təhsili
müəssisələrini özündə
birləşdirən Ali və
Orta İxtisas Təhsili
Nazirli yinin yaradılması
üçün ardıcıl çalışan
ziyalılardan biri olub
Təhsil işçiləri Göygöldə 
olarkən (1967) 
Şəkildə (soldan): 
1. Zakir Bağırov – Azərbaycan KP MK‑nın
şöbə müdirinin müavini,  2. Züleyxa
Hüseynova – ali və orta ixtisas təhsili
naziri, 3. Mehdi Əliyev – Azərbaycan
Dşvlət Universitetinin rektoru, 4. İsmayıl
İbrahimov – Azərbaycan Neft və Kimya
İnstitutunun rektoru, 5. Sənan Mustafayev
– ali və orta ixtisas təhsili nazirinin birinci
müavini 


Züleyxa Hüseynova 
daim gənclərə qayğı
göstərib, ali məktəb lə rə
qəbul zamanı
imtahanların şəffaf
keçirilməsi üçün xüsusi
nəzarət komissiyaları
yaradıb
nun inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb. Ölkənin
ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan Neft və
Kimya İnstitutunun filialı açılıb (həmin filialın bazası əsasında
hazırda Sumqayıt Dövlət Universiteti fəaliyyət göstərir).
Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun
təşəbbüsü ilə açılıb. Daim gənclərə qayğı göstərib, ali məktəb ‑
lə rə qəbul zamanı imtahanların şəffaf keçirilməsi üçün xüsusi
nəzarət komissiyaları yaradıb. Onun müzakirə etdiyi məsələlər
və çıxardığı qərarlar respublika rəhbərliyi tərəfindən həmişə
bəyənilib və dəstəklənib.
1965–1970‑ci illərdə ali və orta ixtisas təhsili naziri vəzifə ‑
sində uğurla çalışan Züleyxa Hüseynova 1970‑ci ildə Azərbay ‑
can KP MK‑nın birinci katibi Heydər Əliyevin  tə şəb büsü  ilə
Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilib.
1981‑ci ildən təqaüdə çıxanadək Azərbaycan SSR Nazir ‑
lər So vetində Elm,  texnika və təhsil müəssisələri şöbəsinin
müdiri olub.
Bir çox elmi məqalə və metodik işləri nəşr olunub,
«Avtomobillər və traktorlar» adlı orijinal ali məktəb dərsliyinin
həmmüəlliflərindəndir.
Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq
Züleyxa Hüseynova zəhmətsevərliyi, ədalətliliyi və insani
keyfiyyətləri ilə fərqlənib. İşlədiyi sahələrdə böyük zəhmət sərf
edib, dəfələrlə nümayəndə heyətlərinin başçısı kimi bir sıra
xarici ölkələrdə olub, Azərbaycanın maarif və təhsil nailiyyət ‑
lərini hər yerdə təbliğ edib. Təqaüdə çıxandan sonra Azər ‑
baycan Texniki Universitetində daxiliyanma mühərrikləri
kafedrasında məsləhətçi‑professor işləyib.
SSRİ Ali Sovetinə (VII–X çağırış) deputat seçilib, Ali
Sovetin daimi komissiyasının sədr müavini və sədri, Asiya və
166
Ali və Orta İxtisas Təhsili
Nazirliyinin əməkdaşları (1968)
Şəkildə (soldan). Birinci sıra:
6. Züleyxa Hüseynova – ali və orta
ixtisas təhsili naziri, 7. Sənan Mustafayev
– ali və orta ixtisas təhsili nazirinin
birinci müavini, 8. Məmməd Əliyev –
Ali və Orta İxtisas Təhsili Nazirliyi Ali
məktəblər idarəsinin rəisi. 
İkinci sıra: 4. Xanbala Mikayılov – Ali
və Orta İxtisas Təhsili Nazirliyi Orta
ixtisas məktəbləri idarəsinin rəisi, 
5. Nəriman Babayev – Ali və Orta
İxtisas Təhsili Nazirliyinin böyük
təlimatçısı, 6. Valeh Orucov – Ali və
Orta İxtisas Təhsili Nazirliyi Elm
şöbəsinin müdiri, 7. Kazım Əliyev – Ali
və Orta İxtisas Təhsili Nazirliyi Kadrlar
şöbəsinin müdiri və başqaları


Afrika Ölkələri ilə Həmrəylik Komitəsi sədrinin müavini olub.
Züleyxa Hüseynovanın əməyi yüksək qiymətləndirilib.
«Oktyabr inqilabı», «Qırmızı Əmək Bayrağı» ordenləri, bir sıra
medal və fəxri fərmanlarla təltif edilib.
Züleyxa Hüseynova 1996‑cı ilin mayında dünyasını
dəyişib.
167
Ali və orta ixtisas təhsili naziri
Züleyxa Hüseynova bir qrup
ali məktəb müəllimləri
arasında


DANİL PİRİ OĞLU
QULİYEV
(1923–2001)


Danil Piri oğlu Quliyev 1923‑cü ildə Bakının Əmircan
kəndində anadan olub.
1940‑cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil
olub, 1941‑ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb.
Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi
texnikanı mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi
ilə 416‑cı diviziyanın tərkibində tankvuran taqımın komandiri
kimi döyüşlərə başlayıb, 402‑ci, 216‑cı diviziyaların tərkibində
1946‑cı ilə kimi ordu sıralarında olub. O, «Qafqazın müdafiə ‑
sinə görə», «Böyük Vətən müharibəsində Almaniya üzərində
qələbəyə görə» medalları, «Qır mızı Bayraq» ordeni və digər
döyüş medalları ilə təltif olunub.
Hərbi xidmətdən tərxis edildikdən sonra «Azneft»
Texniki Təchizat Trestində böyük mühəndis kimi çalışıb. 1947‑
ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
daxil olub, üçüncü kursdan Mixail Vasilyeviç Lomonosov
adına Moskva Dövlət Universitetinin müvafiq fakültəsinə
köçürülüb. 1952‑ci ildə ali təhsilini başa vurduqdan sonra
aspiranturada saxlanı lıb. 1956‑cı il sentyabrın 24‑də Mixail
Vasilyeviç Lomo no sov adına Moskva Dövlət Universitetində
«Azərbaycan partiya təşkilatının neft sənayesinin texniki
169

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin