Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə313/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   470
FİDAN QASIMOVA (17 İYUN 1947) 

 

Gözəl, ürəyəyatımlı lirik soprano səsi ilə tamaşaçıların rəğbətini qazanmış Fidan Əkrəm qızı 



Qasımova Bakıda doğulub. ADK-nın skripka (1971) və vokal şöbələrini 1972-ci ildə bitirib və 

həmin vaxtdan Moskva konservatoriyasında iki il aspirant-təcrübəçi olub. Oradan qayıdandan sonra, 

1974-cü il-dən ADOBT-nin solistidir. Azərbaycan Respublikasının əməkdar artisti (9 yanvar 1978), 

xalq artisti (1 dekabr 1982), SSRİ-nin xalq artisti (1988) fəxri adları ilə  təltiflənib. Respublika 

Dövlət mükafatı laureatıdır (1984). Dünya şöhrətli müğənni kimi İtaliyada, Niderlandda, İsveçrədə 

keçirilən müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır. Solist-ifaçı kimi repertuarına Azərbaycan və 

dünya bəstəkarlarının kamera-vokal əsərləri daxildir. 1974-cü ildən ADK-da dərs deyir, 1990-cı 

ildən oranın professorudur. 

Fidan Qasımova opera teatrında Nigarın ("Koroğlu"), Mikaellanın ("Karmen", Jorj Bize), 

Marqaritanın ("Faust", Şarl Quno), Sevilin və Gülüşün ("Sevil", Fikrət  Əmirov), Çio Çio Sanın 

("Çio Çio San", Cakomo Puççini), Tatyananın ("Yevgeni Onegin", Pyotor Çaykovski), Miminin 

("Bohema", Cakomo Puççini), Dezdemonanın ("Otello", Cüzeppe Verdi) mürəkkəb partiyalarını 

yüksək sənətkarlıqla ifa edib. Yüksək səhnə mədəniyəti, zərif nıusiqi duyumu, incə zövqü var. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin