MİLLİ "OYUN" MƏDƏNİYYƏTİ
Hələ insanlarda dil ünsiyyəti yaranmamışdan milyon-milyon illər əvvəl adamlar "danışan"
hərəkət oyunları toplusuna malik olmuşlar. Dünyanın hər dörd cəhətindəki müxtəlif təbiətli
məkanlarda yaşayan ilk ibtidai insanlar ən uzağı qonşu qəbiləni tanıyırdılar. Ancaq bu gün elm sübut
edib ki, bir-birlərindən xəbərsiz olsalar da, onların hərəkət "oyunları" ilə "danışmalarında" bənzərlik,
eynilik həddindən artıq çoxdur.
İnsanların ov ovlamaları, quş quşlamaları özü böyük bir oyun idi. Ova çıxanlar hərəsi bir
səmtdə, gizləndikləri yerdə hərəkətlərlə "danışır", özləri də düşünmədən oyun anlamının ifadə
vasitələrini zənginləşdirirdilər. Amerika qitəsində hindu tayfaları, Afrikada cəngəllik sakinləri,
Asiyada çinlilər, Subyerdən (Sibirdən), Altaydan üzü Xəzərə (Xas ər, Xəzər dənizi) bütün ər
türklər... bir-birindən xəbərsiz olublar və bu, şəksizdir. Amma onların hamısı ovu böyük oyun
ritualında icra ediblər:
vəhşi heyvanın dərisinə bürünüb əllərindəki ibtidai silahlarla onu öldürmək üçün şlkara
yaxınlaşıblar;
hərə öz yurdundakı quşun səsini çıxartmaqla tələ qurub, ov gözləyib;
ovlanan qida qənimətinin dövrəsmdə hərəkət oyunları göstərilib. Həmin oyunlar ritual
səciyyəsi daşıyıb.
Sirri-xuda kimi qəbul etdiyimiz təbiətin özü oyundur: gecəsi var, gündüzü var, qarı var,
yağışı var, zəlzələsi var, vulkanı var, ruzigarı var, dumanı var, çəni var... Deməli, təbiətin özü ən
böyük, ən qüdrətli oyunbazdır. Dahi Vilyam Şekspir də deyib ki, bütün insanlar aktyordurlar.
(Aktyor sözü fransızca "aqteuar", "aqtor" sözlərindəndir. Mənası ifaçı, oyunçu deməkdir).
Minilliklərdən üzü bəri gəldikcə insanlar dərk ediblər ki, od-ocaq, ocağa bağlılıq isə oturaq
həyat deməkdir. Odu işıq kimi qəbul etmək Günəşə sitayişin rəmzidir və dünyanın, istisnasız olaraq,
bütün xalqlarının onunla bağlı oyunları və mərasimləri mövcuddur.
Qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilər: Su, Od, Torpaq. Ayrılıqda bunların
üçü ilə də bağlı müxtəlif türk xalqlarında oyunların olduğu bəllidir.
Dünyanın olum-ölüm gərdişində əbədiyyət, əbədiyyətdə və ruhların ölməzliyində tarixin
dairəvi hərəkəti, hərəkət dairəsində Günəşin rəmzi var. Türklər öz miflərində, əsatirlərində, həyat
tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaradıblar və yaşadıblar.
"Ölüm" anlayışında həyatın səngiməz inkişafı var və bu, nəsil əvəzetmələrində davamlılıq
yaradır. Davamlılığın bir qolu da toydur ki, dünya xalqlarının bütün dinlərdən əvvəlki toy
mərasimləri özü möhtəşəm oyun olub. Əvvəlcə yalnız söz və hərəkətlə qurulan oyunlar milyon-
milyon illər keçdikcə musiqiylə, sözlə yeni formalarda düzənləniblər.
"Ölüm" torpaqdan doğulanın torpağa qayıtması, ruhların səmaya qovuşması kimi qəbul
olunub. Şərqli, qərbli, cənublu, şimallı insanlar düşüncə, təfəkkür ilə deyil, yaslamaları təhtəlşüur
oyunlama tərzində yaşadıblar. Bunlardan da biri qədim türklərdə "Yuğ" mərasimi adlanıb.
Şərqdə sehrbazlıq, hipnozçuluq, hoqqa göstərib "möcüzə" çıxarmaq Antik yunan teatrından
min-min illər əvvəl də olub. Həmin oyunların oyunçuları, oyunçuların da tamaşaçıları, oyunbazlığın
isə çıxarılma yerləri vardı.
Osmanlı alimi Türhanın fikrincə, Dionisin keçi mərasimi kiçik Asiyadan gəlir. Burada da
onun anlayışı bağlanır torpağa, oda, suya və bir də oturaq həyata.
Dionis bayramları qədim Romada keçirilən Vakx mərasiminə çox bənzərdir. Dionis yunan
mifologiyasında bitki Allahı, üzümçülük və şərabçılıq hamisidir. Əsatirə görə, Dionis baş Allah
Zevsin və Fiya padşahı Kabının qızı Semelanın oğludur.
Eramızdan əvvəlki VI-IV əsrlərdə təşəkkül tapmış Dionis bayramları, əsasən, dörd tipdə
olub.
Dostları ilə paylaş: |