Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə14/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   470
OYUN-TAMAŞALARDA 

OBRAZLAR VƏ MASKALAR 

 

Azərbaycanda müxtəlif maskalar ilk əvvəl ovçuluq əsatiri ilə bağlı meydana gəlib. Xalqımız 



eneolit və mezolit dövrlərində  məişətdə maskalardan və müqəvvalardan istifadə ediblər.  İbtidai 

insanlar ovlayacaqları heyvanın maska və müqəvvas;na "girərək" ovçuluq etmişlər. Bu hərəkət ov 

heyvanını ürkütməmək məqsədi güdürdü. 

Əsatir mərasimlərində maskalar tanrını,  əfsanəvi məxluqların  sifətlərini,   müqəddəs quş 

başlarını, totem sayılan heyvanları təmsil etmək üçün oyunçular üzlüklər (maskalar) - taxıblar. 

Əsrlər keçdikcə maskalar bədii ifadə vasitələrinə çevrilmişdir. Xalq meydan tamaşalarında 

yumora, satiraya, məsxərəyə, bütövlükdə gülüşə müxtəlif çalarlar vermək, tipləri xarakterləşdirmək, 

tipajları qabartmaq üçün maskalardan istifadə edilib. 

El arasında üzlük də deyilən maskalar çoxnövlü olub. Hər biri ayrılıqda müxtəlif səciyyəli 

həyat, məişət məsələlərini, təbiət hadisələrini, eybəcərliyi və gözəlliyi, xeyir və şəri, gücü və zəifliyi, 

sevinci və kədəri təmsil edib. Maskalar, ilk növbədə, tamaşaçılarda hadisə, obraz, mövzu və ideya 

barədə ilkin və aydın anlayış oyatınaq, onlara məlumat aşılamaq xarakteri daşıyıb. Bütün 

söylənilənlərdən o qənaət hasil olur ki, meydan teatrının öz estetikası, öz poetika prinsipləri, öz 

oyun-üslub parametrləri, səhnə-tamaşaçı nəzəri əsasları var. 



Kosa. Xalq meydan tamaşalarının  ən fəal,  ən sevilən və  ən çox oyunlarda iştirak edən 

personajı kosadır. Kəvsəc, kosa-kosa, Novruz mərasim  şənliklərində, digər müxtəlif meydan 

tamaşalarında kosa həm hadisələrin mərkəzində duran, həm də süjet xəttinin  əsasını  təşkil edən 

obrazdır. 

Qədim qam-şaman sənəti və ulu çağların inancları ilə də kosanın bağlılığı var. Xalq oyun-

tamaşalarının bu ən qədim personajı bir müddət qocalmış Günəş tanrısının yer üzündə  təmsilçisi 

obrazı kimi də verilib. 

Hələ bizim eradan əvvəl Kosa köhnə ilin, qış fəslinin, həmçinin şərin, bəd əməlin, pis 

xarakterin timsalı, insana aclıq, yoxsulluq, səfalət, fəlakət gətirən obraz kimi qəbul olunub. Ona görə 

də mərasim və əsatir oyunlarında Kosanı qara rəngdə göstərirdilər. Bunun üçün qrim vasitəsi kimi 

hisdən, kömürdən, yandırılmış fındıq qabığının tozundan istifadə edilərək Kosa eybəcər, vahiməli, 

bədheybət görkəmə salınırdı. 

Şərin rəmzi Apuş divi obrazı da bu minvalla oyun meydanına (səhnəyə) çıxarılıb. 

Müəyyən zaman kəsiyindən sonra "Kosa oyunu"nda məişət hadisələri əsatir oyunlarını 

üstələyib. Nəticədə Kosanın gülərüzlü, zarafatcıl, xeyirxah sifətli maskaları meydana çıxıb. 

Meydan tamaşalarinda, həmçinin Buğa, Keçi, Qoyun, Qurd, Keçəl, Qış, Yaz.. Kimi əsatir 

mənşəli maskalardan istifadə edilib. 

Maska taxmaqda məqsəd obrazı aydın göstərmək, xeyrin şər üzərində təntənəsini, zülmün 

süqutunu, zəhmətin qələbəsini, idrakın nurunu... qabarıq vermək məqsədi daşıyıb. Bu baxımdan qışı 

qorxutmaq üçün icra olunan "Kəvsəc" oyun-tamaşası xarakterikdir. 

Kosanın geyimində şaman libasmm rəmzi əlamətləri çoxluq təşkil edib. Keçəlin maskaları 

Keçədən, ya boz parçadan düzəldilirdi və ona Keçi saqqalı taxılırdı. Tamaşa vaxtı Kosaya eybəcər 

və gülməli görkəm vermək üçün oyunçu maskanı taxır və çiyninə tüklü dəri atır, belinə taxta xəncər 

qurşayırdı. Onun bir yanından süpürgə, o biri böyründən çömçə asılırdı. Kosa şiş, şüllə papağına 

zmqrov keçirir və sonra başına qoyurdu. Kosanın maskası uzunburunlu, ordu ordundan keçən, arıq 

üzlü olurdu. 

Tamaşadakı bütün obrazların ifaçısı Kosa özü olanda o, müxtəlif maskalardan 

(xarakterlərdən) istifadə edib. Müdhiş görkəmli Qış, bərələ gözlü, fırıldaqçı ara həkimi, qorxunc 

üzlü, riyakar Qazı, ayağı ruzili və bərəkətli, xoşsima yaz, müdrik çöhrəli Aqil adam və bu kimi 

maskalardan Kosa-aktyor bacarıqla barınıb. Bununla da tamaşaya coşğun ritm, dinamik sürət, 

hərəkət çevikliyi gətirib. 



Kosa bu ən müxtəlif maskaları, əsasən, belinə sarıdığı qurşaqdan sıra ilə asırdı. Ya da istifadə 

etdikdən sonra onları gərdək-pərdə arxasmdaki qulbeçəsinə (yardımçısına) verirdi. 

"Kosa oyunu" maska tamaşasını bilavasitə hazırlayan və onu idarə edən ifaçıya    Kosabaşı   

deyilib. 

Bir əsrdən çoxdur ki, Novruzun baş personajı kimi, Kosa oyun iştirakçıları ilə birgə çalıb-

oynayan, rəqs edən, şən və zarafatcıl nəğmələr oxuya-oxuya ev-ev gəzən məzəli, gülməli, xoş 

məramlı Komediya, məsxərə, məzhəkə obrazına çevrilib.   

Keçəl. Kosadan sonra oyun-tamaşalarda ən fəal obraz Keçəldir. Yaranma kökləri İslamdan 

əvvələ, muğ (çağdaş deyimdə maq, Kahin) sənəti ilə bağlılığa gedib çıxır. Əsrlər ötdükcə xalqm 

əksər qaravəllilərinin, məzhəkələrinin diribaş, hazırcavab, sadəlövh görünən, lakin hər cür mürəkkəb 

vəziyyətlərdən dəyanətlə çıxan, təmiz qəlbli, xalqın sadə təbəqəsinin təmsilçisi, haqqın qoruyucusu, 

sirlərdən agah obrazı kimi sevimli tamaşa personajına çevrilib. 

Keçəl obrazının ifaçısının vaxtilə iki əsas maskası olub. 

Birincisi. Xalqın ideal və arzularının ifadəçisi, gücsüzlərin intiqamını zalımlardan alan 

fərasətli, cəsur, fəndgir, diribaş, ağıllı Keçəlin maskası. 

İkincisi. Lovğa, təkəbbürlü, naqqal, qorxaq, heyvərə, fərasətsiz, əfəl, mayınaq Keçəlin 

maskası. 

Keçəlin hər iki maskasma uyğun ayrıca geyim-kecimi olub. Onlardan oyun-tamaşaların 

məzmun və qayəsinə uyğun olaraq istifadə edilib. 

İllər keçdikcə Keçəl maskası da aradan çrxıb. Oyunçu-aktyorlar bu obrazı maskasız ifa 

ediblər. İfaçı cındır, nimdaş libas geyinib. Qrim əvəzinə üzünü unlayıb, yaxud buna bənzər 

vasitələrlə çöhrəsmi gülünc doğuran şəklə salıb. Sallaq və uzun bığ yapışdırıb. Boynundan balqabaq 

asıb. Təbil və yaxud qaval gəzdirib. Oxumağı, ən müxtəlif kişi və qadim rəqslərini məzəli tərzdə 

oynamağı, zərb, simli və nəfəsli musiqi alətlərində çalmağı bacarıb. 

Tədricən   "Keçəl" sözü meydan tamaşalarının mahir ifaçısı, mərasim oyunlanının əsas 

personajı, meydan aktyoru anlamlarında da işlənilib. 

Keçəl obrazının ifaçısı keçəllik əlaməti kimi ya başına tərsinə çevrilmiş qoyun qarnı keçirir, 

ya da başına ağ bez sarıyır və papağı da tərsinə qoyurdu. İndinin özündə də bu ün-sür qalmaqdadır. 

Keci. Qədim zamanlarda Günəş tanrısının yerdəki totemi sayılıb. Zaman keçdikcə real obraz 

kimi əsatir və mərasim oyunlarının aparıcı iştirakçılarından olub. 

Keçi rolunun (obrazının) ifaçısı yaxşı aşılanmış keçi dərisinə bürünürdü. Üzünə uzun və təbii 

keçi saqqalı yapışdırılmış maska taxırdı. Maskanın aşağı hissəsindən, saqqalın altından bağlanan 

torba üzüaşağı sallanırdı. Oyunçu çevik, cəld hərəkətlərlə keçi kimi atılıb-düşür, keçi kimi mələyir 

və bu kimi oyunbazlıqla obrazını canlı, cazibəli, koloritli verməyə səy göstərirdi. 

Keçi obrazı müəyyən tarixi mənbələrdə "təkə" adı ilə verilib. Xalq arasında təkə sözü erkək 

keçiyə, dağ-keçisinə, vəhşi keçiyə deyilib. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin