Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə16/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   470
Buğa maskası gücü və qüdrəti təmsil edib. 

Qoyun maskası bərəkət rəmzi sayılıb. 

Yaz maskası səadətin, sevincin, təzələnmənin rəmzi kimi qəbul olunub. 

Qış maskası qorxu, ölümə məhkum obrazı kimi qavranılıb. 

Cənubi Azərbaycanda maskadan istifadə edən meydan tamaşaları oyunçularına el arasında 

rübəndbaz deyiblər. Rübənd sözü fars dilində üz örtüyü mənasında işlədilir. 

Oyun-mərasim maskaları forma baxıımından iki cür olub: 

papağa bitişlk düzəldilən, başdan keçirilən və sifəti boyaboy örtən maskalar; 

yalnız üzü tutan və sifətə taxılan maskalar. 

Maskaların hazırlanma texnologiyaları və materialları müxtəlif olurdu. 

Bir qrup maskalar başqa-başqa meyvə və bəzək ağaclarının qurudulmuş zərif qabıqlarından 

düzəldilirdi. Onların ömürləri az olurdu. Bir neçə tamaşadan sonra sınır və yaxud zay görkəmə 

düşüb sıradan çıxırdılar. 

Başqa qisim, yəni nisbətən yüngül, ömrü uzun maskalar yaxşıca aşılanmış heyvan (öküz, 

keçi, dəvə, maral, əlik və sairə) dərilərindən hazırlanırdı. Onları saxlamaq, səyyar tamaşalar 

göstərmək üçün günlərlə bir məkandan başqa məkana gedəndə xurcun və sandıqçalarda 

qablaşdırmaq həm əlverişli, həm də asan idi. Onlara isti havalarda güvə düşməsin deyə, barxanaya 

qablaşdıranda yanlarına yovşan qoyurdular. 

Maskaların daha dözümlüləri isə elastikliyini uzun müddət qoruyub saxlaya bilən ağacların 

gövdələrindən yonulurdu. Yonulub müxtəlif şəkillərə salınan maskaların keyfiyyətini uzun müddət 

qorumaq üçün onları oyun-tamaşalardan sonra xüsusi kətan və yaxud mahud parçalara bükürdülər. 

İllər keçdikcə maskaların materialları və hazırlanma texnologiyaları sadələşdirilib. Bununla 

yanaşı, get-gedə qiymətli materiallardan imtina olunub. Bunun əsas səbəbi  əsatir oyunlarının 

tədricən sıradan çıxması ilə bağlı idi. 

Əsatirlə bağlı oyunlar azaldıqca, məişətdən doğan həyat hadisələri meydan tamaşalarının 

aparıcı mövzularına çevrilib. Bununla bağlı olaraq maskaların hazırlanma materialları da 

sadələşdirilib. Beləliklə, maskaların (üzlüklərin) hazırlanma prinsipində yüngüllük, rahatlıq, 

görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq ruhu əsas götürülüb. 

 

 



 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin