Meyxanaçı. Xüsusən Azərbaycanın Abşeron bölgəsində geniş yayılıb və bu gün də
mövcuddur. Əsasən, kənd toylarında meyxana söyləmək üçün xüsusi vaxt ayrılır. Toya bir, əsasən,
iki və ya daha çox meyxana deyən (meyxanaçı) çağırılır. Onlar xüsusi ritm-çırtıqla ortalığa bir
qafiyə atır va bu qafiyə ətrafında söz-hərəkət yarışına çıxırlar. Əvvəl toybəyini vəsf edirlər. Sonra
isə müxtəlif deyişmələr, həcv cəhli, sözlə hərbə-zorba yarışı başlayır.
Meyxanaçı bədahətən şer deməkdə səriştəli olmalı, seçilən bəhr-vəzndən qırağa
çıxmamalıdır. Onun aktyorluq məharəti nəzmlə dediyi sözləri paralel olaraq hərəkətlə, xüsusən
mənalı sifət ifadələri ilə tamaşaçdara çatdırmaqda özünü göstərir.
Meyxanaçılar toylardan əlavə də xüsusi deyişmə (yarışma) mərəkələri qururlar. Meyxanada
xüsusi qələbə və şöhrət qazanana u s t a d deyirlər. Yaxud da ki, ustad meyxanaçının adından sonra
ehtiram əlaməti olaraq "qədeş" sözü işlədilir.
Meyxanaların öz ritmləri olur və yardımçılar, yaxud tamaşaçılar çırtıqla ona dəstavüz
verirlər. Bəzən nağara və dəf ritmlərindən də istifadə olunur, ahəng tutulur. Ritm meyxanaçını
ehtizaza gətirir, onu daxilən coşdurur, ruhən söz və oyun hərəkətlərinə kökləyir.
Dərbədəri. Meydan oyunçularının adlarından biridir. İran Azərbaycanı üçün daha xarakterik
olan xalq mərasimlərinin aparıcılarına deyilib. Dərbədər sözü farsca qapı-qapı gəzən mənasını verir
və eyni zamanda avara, sərgərdan, sərsəri anlamları var.
Dərbədəri gəzəyən həyat keçirib, tək ifaçı kimi fəaliyyət göstərib. O, öz tamaşalarını küçə və
meydanlarda, camaat yığnağının gur yerində göstərib. Repertuarı yığcam qaravəllilərdən, məzəli
lətifələrdən, açıq-saçıq məişət məsxərələrindən, şəbədə və hədyanlardan ibarət olub.
Əncümansaz. Fars dilində "məclis düzəldən, mərəkə təşkil edən" mənaları var. Dərvişliyin
geniş yayıldığı dövrlərdə onlar, sazəndələr və naqqallar bir toplumda həmoyunçu olub məclis
keçirirdilər. Daha çox Novruz bayramının çərşənbə axşamlarında onların birgə keçirdikləri kütləvi
oyunlar əncüman adlanırdı.
Əncümanın ifaçılarını bir-birindən ayırmadan əncümansaz deyə çağırardılar. Əncümansaz
üçün rəqqaslıq, oyunbazlıq, şövqlə oxumaq, qaravəlli söyləmək, şəbədə çıxarınaq vacib yaradıcılıq
qabiliyyəti sayılıb.
Şaman (Şamançı). Azərbaycanda İslamın təşəkkülündən min-min il əvvəl mövcud olmuş
şaman oyunçusuna verilən addır.
Aşıq və ozan sənətinin qədim sələfi sayılan əsatiri şaman oyunlarının ifaçıları həm
cadugərlik edər, müxtəlif mistik dualar oxuyar, həm də şeir qoşar, nağıl söyləyərdilər. Şamanlar
musiqi alətində çala-çala ən müxtəlif rollara girə, tamaşaçını heyrətdə, maraqda, təəccübdə saxlaya
bilirdilər.
Şaman bir əlində qaval, o biri əlində "qam" adlı əsa tuturdı. Onlar bəlağətlə danışmağı
bacarır, oxumaq ilə oyunu (həmçinin ritmık rəqsləri, mürəkkəb plastik hərəkətləri) ahəngdar
vəhdətdə məharətlə birləşdirirdilər.
Qam. Şamançıların əllərində tutduqları əsaya görə sonralar onlara qam deyilib. Yaradıcılıq
estetikasının xarakteri baxımından şam və qaman eyni anlamdadır.
|