Aşuranın doqquzuncu günündən onuncu günə keçən gecə "Qətl" tamaşası oynanılır. Bu oyun
Əza qafiləsinin gəzdirdiyi bu cür sərdabə və otaqlar bir yerə cəm olur. Açıq havada, şəhərin
baş meydanında, yaxud, şəhər kənarındakı düzəngahda şəbih tamaşaları göstərilir.
Burada sərdabədən, otaqdan istifadə edilməklə Kərbəla qırğınının müəyyən bir epizoduna
həsr olunmuş, süjetli, kompozisiyalı, ideyalı, gərgin konfliktli şəbih tamaşaları oynanılır. İmam
Hüseynin, Zeynəbin, Fatimənin, Səkinənin obrazlarını ifa edən şəbihçi aktyorlar son dərəcə gözəl
libaslar geyinirdilər. İmkanlı adamlar zinət əşyalarını, qiymətli xalçalarını, al-əlvan xeymələrini
(çadırlarını), say-seçmə atlarını, dəvələrini şəbih tamaşalarının təmtəraqlı keçirilMəsmə peşkəş
edirdilər.
İmam Hüseyn obrazının ifaçısı kimin yəhəri, üzəngisi, sağrısı, tapqırı, yüyəni al-əlvan
qotazlarla bəzənən ağ atına minərdisə, bu, fəxr sayılırdı.
Xalq arasında "Əliəkbərin şəhid olması", "Həzrət Abbasın şəhid olması", "İmam Hüseynin
şəhid olması", "Səkinənin vəfatı", "Qasımın nişanlısı Səkinənin ölümü", "Qasım Həsən oğlunun
şəhadəti", "Əsirlərin qayıtması", "Tiflani-Müslüm", "Hürrün şəhadəti", "Fatimənin qətli", "Kərbəla
davası", "Mədinə səfəri", "Əsirlərin Kərbəlaya daxil olmaları", "İmam Hüseynin 18 yaşlı oğlunun
şəhadəti", "Müslümün kufədə qətli", "Kərbəla müsibəti", "Əlinin qətli" və bu kimi fäciə tamaşaları
mövcuddur.
Müəyyən komediya janrlı şəbihlər də var. "Ömər cəhənnəmdə", "Tərs toy" və bu kimi satirik
komediyalarda Kərbəla müsibətini törədənlər lağa qoyulub təhqir edilirlər. Həmin tamaşalarda
Ömərin, Şümürün, ya da Yezidin geyimləri ayrılıqda ulağa qoyulur, şəbihçilər gülüş, söyüş və
təhqirlərin müşayiəti ilə şəhəri dolanırdılar.
Azərbaycanda şəbihlər üçün qəmli, faciəvi qəsidələr, mərsiyələr, müxtəlif janrlı şeirlər yazan
peşəkar şairlər olub. Onlardan Mollağa Bihudun (1832-1892), Baqir Ağamirzə Məhəmmədbağır
Xalxalının (1830-1892), Valeh Gülablının (1776-1834), Novrəs Mirzənin (1846-1918), Məhəmməd
Dilsuzun (XIX əsr) yaradıcılıqları xarakterikdir və əsərləri xalq arasında şöhrət tapıb.
Şuşada musiqiçi Xarrat Qulu, Bakıda peşəkar aktyor Rüstəm Kazımov şəbihgərdan kimi
məşhur olublar və uzun illər bu sahədə fəaliyyət göstəriblər.
Dostları ilə paylaş: