Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə28/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   470
 


ŞƏBİH TAMAŞALARININ 

HAZIRLANMASI 

 

Şəbih tamaşalarının təşkilatçısına (rejissoruna) şəbihgərdan deyilir. 



Şəbihgərdan özü əsas rolları ifa etməklə  iştirakçılar arasında rol bölgüsü aparır.  Şəbih 

oynanılan məkanın bütün tərtibatını, geyimlərin seçilməsini, qrim işlərini də baş şəbihgərdan görür. 

İmam övladlarına su verməyən  Şümürün lal-dinməz obrazını, adətən, başqa millətdən olanlar 

oynayırlar. 

Şəbih tamaşalarında şir, göyərçin kimi rəmzi obrazlardan istifadə edilir. Şir imam Hüseynin 

damarlarından axan qanın qoruyucusu, göyərçin isə mələklər rəmzidir. 

Şəbihgərdan quruluş verdiyi tamaşalarda natural effektlərdən istifadə edir. Məsələn, mal 

bağırsaqlarına qan doldurulub əvvəlcədən hazırlanır. 

Tamaşa vaxtı bu bağırsaqları  şəhid olacaq yetmiş iki nəfərin boyunlarına, sinələrinə 

dolayırlar. Yezidin qoşunları onları qılıncdan keçirəndə dəhşətli mənzərə alınır, tamaşaçılar hönkür-

hönkür ağlayırdılar. 

Mücərrəd rəmz-effektlərdən də istifadə olunurdu. Belə ki, ortalığa bir ləyən su qoyulurdu. 

Şümürü oynayan şəbihçi də əli qılınclı onun yanında dayanırdı. Guya bu, Fərat çayıdır. 

Yaxud, yerə sancılan bir neçə ağac budağı camaata xurma bağı kimi çatdırılırdı. Tamaşaçı bu 

rəmz effentləri təbii qəbul edir, onu da qanlı at cıdırının, döyüş səhnələrinin reallığı kimi qavrayırdı. 

Şəbihçi aktyorlar susuzluq əzablarını, imam övladlarının keçirdəkləri psixoloji sarsıntıları 

həssaslıqla, bacarıq və məharətlə ifa edə bilirlər. 

Uzun illər  şəbih mərasimlərində, xüsusən  əza qafiləsində  dərvişlər də  fəal iştirak ediblər. 

Onlar həm tək, həm də  dəstə ilə  şəhərləri, kəndləri dolanır, həyəcanlı  səslə imamları  vəsf edən 

qəsidələr oxuyur, Kərbəla müsibətləri barədə rəvayətlər söyləyirdilər. 

Şəbihlər yay, yaz, payızın ilk aylarında açıq havada, məhərrəmlik ayı miladi təqvimlə  qış 

günlərinə düşəndə qapalı yerlərdə göstərilib. Bu tamaşalarda çoxlu obrazlardan istifadə edilib və 

onların  əksəriyyəti tarixi şəxsiyyətlər olublar. Onlardan daha çox işlənənlərini və müəyyən söz 

terminlərinin qısaca açıqlamasını vermək müəyyən aydınlıq yaradır. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin