Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə31/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   470
Zülfüqar.  Həzrət  Əlinin ikiağızlı  qılıncının adıdır. Zülfüqar şəbih tamaşalarının bəzəyi 

sayılır. 



Ziyarətnamə.  Şəbih tamaşalarının bəzən  əvvəlində  və  əsasən, qurtarandan sonra xüsusi 

şəbihgərdanlar on iki imamın müqəddəs ruhları  şərəfinə, onların xatirələrini ehtiramla yad etmək 

məqsədilə birgə dualar və ya mədhiyyələr oxuyurdular. Tamaşaçıların  əksəriyyəti onlara vagirlik 

edirdilər. Bu, ziyarətnamə adlanırdı. Bununla şəbih tamaşalarının sona çatdığı bildirilirdi. 



Zinpuş. Bu, imam Hüseynin Zilcənah adlı atının çulunun rəmzidir.  Əza qafiləsində  həm 

əllərdə gəzdirilir, həm də atın belinə atılıb tamaşaya toplaşanlara göstərilirdi. 

Zilpuş al qana boyanır, üstünə qırmızı rəngli səksən səkkiz ox bənd edilirdi. Oxlar ona edilən 

amansız zülümlərin, verilən dəhşətli işgəncələrin rəmzi idi. Zilpuşun dövrəsmdə müəyyən tamaşalar 

oynanılır, qəmli şeirlər söylənilirdi. 

Əli. Müəyyən şəbih tamaşalarında Əli ibn Əbutalıb (şiələrin birinci imamı və ilk müqəddəs 

dörd xəlifənin axırmcısı) teyf kimi iştirak edirdi. Onun üzündə mütləq ağ niqab olurdu. 

Din xadimləri  Əlini "Şahimərdan", "Əli Mürtəza", "Həzrət  Əli" deyimləri ilə  də ehtiramla 

şərəfləndirirdilər. 

Fatimə.  Məhəmməd peyğəmbərin sevimli qızı, Həzrəti  Əlinin arvadı  və imam Hüseynin 

anasıdır. Şəbih tamaşalarında o da üzü niqablı, teyf şəklində görünürdü. Tamaşaların çox müqəddəs 

obrazlarından sayılır. 

Zeynəbxatun.  Şəbih tamaşalarında böyük ehtiram və  məhəbbətlə ifa olunan qadın 

obrazlarından biridir. İmam Hüseynin bacısının taleyini təcəssüm etdirən surətdir. 

Əza qafiləsində Zeynəbxatunun iki oğlunun nəşi gəzdirilirdi. Onlar qara geyimdə olurdular. 

Zeynəbxatun obrazının ifaçısı da başdan-ayağa qara libas geyinirdi. Ya xərəyin gəzdirildiyi arabada 

otururdu, yaxud da arabanın ardınca gedə-gedə ucadan və təsirli avazla ağlayırdı. 

Yezid (Yəzid). Xəlifə Müaviyyənin oğludur. Kərbəla müsibəti Yezidin xəlifəliyi dövründə 

törədilib. 

Yezid şəbih tamaşalarında az iştirak edir. Lakin şəbihlər göstərilən zamanda, əza qafiləsinin 

gəzdirilmə  mərasimində, qafilə  iştirakçılarının oyun-tamaşalı yürüşlərində Yezidin adı tez-tez və 

lənətlə çəkilir. Ünvanına qəzəblə söyüşlər və lənət-lər yağdırılır. 

Yezid rolunu ifa edən  şəbihçi başına  şəbkulah qoyur və yaşıl çalma vururdu. Əyninə sarı, 

üstündə qara ləkələr olan xalat geyinirdi. Ətrafdakılarla çığır-bağırla danışırdı. 

Şümür.  Xəlifə Yezidin qoşun başçısı olub. Şəbih tamaşalarının  ən mənfi personajlarından 

sayılır. Tamaşalarda  Şümürün mindiyi at mütləq qara olurdu. Onun ifaçısı başına dəmir dəbilqə 

qoyur, zirehli libas geyinirdi. Şümür tamaşa boyu imam əshabələrini qətlə yetirdikcə  vəhşətlə 

qəlıqəhələr çəkirdi. 



Küffar qoşunu. Dinsizlər, kafirlər qoşunu kimi səciyyələnir. Bu rollarda çıxış edən 

şəbihçilər qara atlara süvar olurdular. Bəzən onlara şümür qoşunu da deyilirdi. 

Şəbih tamaşalarında yaraqlı olan küffar qoşununun döyüşçüləri başlarına  əlvan yaylıqlar 

bağlayır, əllərindəki nizələrin ucuna insan "başları" keçirirdilər. Libasları qıpqırmızı, qan rəngində 

parçadan tikilirdi. Orılar əza qafiləsində bəzəkiİ dəvələrə minirdilər, hərəkətlərini musiqi müşayiət 

edirdi. 


Küffar qoşunu iştirakçılarının rollarında çıxış edən  şəbihçilər üçün dinamik, çılğın, 

əndazədən kənar hərəkətlər səciyyəvi idi. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin