MEYDAN TAMAŞALARININ
HAZIRLANMASI VƏ GÖSTƏRİLMƏ MƏKANI
Oyun-tamaşa rejissurası
Əksər xalq oyunlarını əvvəlcədən hazırlayan, yaxud oynanılan gün ona rəhbərlik edən,
tamaşanın bütün prosesinə başbilənlik göstərən əsas oyunçu (canbaz) və başçı olub. Onların
fəaliyyəti müəyyən mənada çağdaş teatr sənətinin rejissorluq peşəsinin funksiyasını xatırladır.
Ümumilikdə dəstəbaşı adlandırılan tamaşa təşkilatçısı rolların bölünMəsmə, hovuz üstündə,
kənd içində, zəmi kənarında, xırmanda, bazar başında, karvansaray meydançasında... səhnələrin
qurulub, xovsuz xalçalarla, qurama pərdələrlə tərtib edilMəsmə, çalğıçıların yerbəyer olmasma
başçılıq və nəzarət edirdi.
Dəstəbaşı oyunçuların geyim işinə, kömürlə, unla, tabaşirlə qrimlənMəsmə də nəzarət edir,
əksər hallarda icraçı olur və bütün bunlara cavabdehlik daşıyırdı. O, müəyyən mənada səhnə tərtibatı
verən rəssamın, əsərə musiqi bəzəyi vuran musiqiçinin funksiyasını, bugünkü rejissura tələbləri
baxımından primitiv səviyyədə olsa da, həyata keçirirdi.
Dəstəbaşı, həmçinin qaravəllilərdə, məzhəkələrdə, məsxərələrdə, bir sözlə, hər hansı oyun-
tamaşada mətni əzbər bildiyi üçün dilmanc-suflyorluq edirdi. Səhnə ilə tamaşaçılar arasında canlı
ünsiyyət yaradan meydanbəyi idi.
Yeri gələndə dəstəbaşı oyun başlanmazdan əvvəl tamaşadakı hadisə və obrazlar, münaqişə
və mübarizələr, obrazlar və tiplər barədə seyrçilərə qısa, dəyərli məlumatlar verirdi. Tamaşadan
sonra isə göstərilən oyunda qaranlıq qalan mətləbləri onlar üçün aydınlaşdırırdı.
Bəzi oyunlarda rejissorun (dəstəbaşının) köməkçiləri olurdu. Həmin köməkçilərin hərəsinin
öz funksiyası vardı. Məsələn, əlbəsədar çağırılan oyunçu dəstə tutub, məkan-məkan tamaşa
göstərənlərin geyimlərinə nəzarət edirdi. O, tamaşadan əvvəl hər oyunçunun libasını ayırıb özünə
verir, oyun qurtarandan sonra onları ifcincə yığıb, yüngül həsir sandığa və ya xovsuz xalça
üslubunda toxunmuş kisəyə qoyurdu.
Dəstəbaşıya bədii və texniki işlərdə yardımçı durana, çağdaş anlamda rejissor assistentinə
Dostları ilə paylaş: |