Məsxərə. Mənşəcə Qədim saray tamaşaları ilə bağlı olan məzhəkəli oyun-tamaşa növüdür.
Sonralar saray "çərçivəsindən" çıxaraq meydan tamaşası kimi geniş intişar tapıb, yeni inkişaf
səmtinə düşüb, təzə ifadə vasitələri ilə zənginləşib. Məsxərə oyunları camaatın gur yığnaq yeri olan
meydanlarda göstərilib. Eyni zamanda karvansaraylarda, aşxanalarda, hətta ev mərasimlərində də ifa
olunub. Məsxərələrdə müxtəlif peşə sahiblərinin tipikləşdirilmiş, qroteskli hərəkətlərlə, satirik, hətta
şit, açıq-üryan təhqirlərlə məişət koloriti aşılanmış tipik obrazları lağa qoyulub. Kənd yerlərində
göstərilən belə tamaşalara l a ğ o y u n u da deyilib.
Dostları ilə paylaş: |