Dərvişlik. Mənası qapı atzında yatan, yoxsul, dilənçi deməkdir. Dərvişlik təxminən XI
əsrdən başlayaraq Hindistanda, Pakistanda, İndoneziyada, İranda və Azərbaycanda geniş yayılıb.
Tədricən sufi təriqətinin bir qolu kimi formalaşıb. ilk əvvəllər dərvişlər müxtəlif dini təriqətlərin
təmsilçiləri və təbliğçiləri zəminində intişar tapıb. Get-gedə ölkələri, şəhərləri, kəndləri didərgin
həyat tərzində gəzərək el arasında nağıl məclisləri quran nağılbaz-oyunbazlar kimi tanınıblar. Eyni
zamanda zəhərli ilanlar gəzdiriblər, əqrəblər oynadıblar, gözbağlayıcılıq ediblər, ritmik hərəkət
oyunları çıxarıblar. Onların göstərdikləri tamaşalara d ə r v i ş m ə r ə k ə s i deyilib.
Dərvişlər dəridən tikilən və ya qalın toxunuşlu parçadan saya paltar geyiniblər. Çiyinlərindən
kəşkül asıblar, sağ qulaqlarında həlqəvari sırğa olub.
Hoqqa. Sözun mənası "sehrli qutu", sandıqça deməkdir. Sonralar müəyyən mürəkkəb
oyunlar hoqqa adlanıb. El arasında ona g ö z b a ğ l a y ı c ı oyunu da deyilir.
Əyləncəli səhnə oyun-tamaşalarına aid olan oyunlar meydan teatrının yığcam, iştirakçısı az
olan formasıdır. Onlardan ən məşhurlarının qısa şərhini nəzərdən keçirək.
Dostları ilə paylaş: |