Dodu-qodu. Kütləvi xalq mərasimi tamaşalarından olan Qodu-qodu (Dodu-dodu da deyilir)
yurdumuzda aramsız yağan, əkinə və biçinə ziyan vuran leysanlara son qoymaq məqsədilə
keçirilirdi. Tamaşada qadın obrazını xatırladan xırdaca Kuklalar düzəldilirdi və ona "qodu"
deyilirdi.
Bu, Günəş tanrısını, sonraki illər Günəşin özünü təmsil edirdi. Oyun iştirakçıları yağışa
məhəl qoymadan qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxuyur, tərifli sözlər deyir, onu vəsf
edirdilər. Onları musiqiçilər müşayiət edirdilər. Qodunu qırmızı parçalarla bürüyürdülər və bu da
Günəşin rəmzi kimi səciyyələnirdi.
Kəvsər. Qışı qorxutmaq, onun tufan-boranına hazır olmaq məqsədilə keçirilən el mərasiminə
kəvsəc deyilib. Kəvsəc oyununun təşkilatçıları qışın mənfur obrazını canlı vermək məqsədilə ən
bacarıqlı, çevik, çalıb-oxuyan, məzəli danışan təlxəyə cırcındır paltar geyindirir, onun üz-gözünü
kömürlə, unla eybəcər hala salır və sonra da qatıra mindirib kəndi, obanı gəzdirirdilər.
Dostları ilə paylaş: |