20
Siyasət.Hərbi iş
Qara bəy Qarabəyli
1873-1953
Y
ANV
AR
Qara bəy İsmayıl Ağa oğlu
Qarabəyli 1873-cü il yanvar ayının
14-də Yelizavetpol (indiki Gəncə) qu-
berniyasının Yuxarı Ayıblı kəndində
anadan olmuşdur.
Şəmkir alman-rus litseyini, daha
sonra Tiflis klassik gimnaziyasını bi-
tirmişdir.
1892-ci ildə Moskva Universite-
tinin tibb fakültəsinə daxil olmuşdur.
1896-cı ildə siyasi fəaliyyətə görə bir
il həbsdə olmuşdur.
Həbsdən sonra təhsilini Yur-
yev (Tartu) Universitetinin tibb
fakültəsində davam etdirmişdir.
1899-cu ildə universiteti bitirdikdən
sonra iki il Moskvada işləmişdir.
1901-ci ildə Bakıya gələrək şəhərdə
ilk dəfə olaraq zöhrəvi xəstəliklərin
müalicəsi üzrə kabinet açmışdır.
Həmin dövrdən publisist kimi
fəaliyyətə başlamış, “Həyat”, “İrşad”,
“Kaspi” və s. nəşrlərlə əməkdaşlıq et-
mişdir.
1906-cı ildə İrana mühacirət edərək
inqilabi fəaliyyətini davam etdirmiş,
1908-ci ildə İstanbulda “Səadət” adlı
təşkilat yaratmışdı.
1911-ci ildə Bakıya qayıdaraq pub-
lisistik fəaliyyətini davam etdirmiş,
“Haqq yolu” adlı jurnal nəşr etdirmiş-
dir.
Həmçinin, Azərbaycanda ilk dəfə
ikicildlik türk-rus lüğətini nəşr etdir-
mişdir.
Fevral inqilabından sonra yenidən
Bakıya qayıdan Qarabəyov “Kaspi” və
“Yeni həyat” qəzetlərinin baş redakto-
ru olmuşdur. Qarabəyli mart soyqırı-
mından sonra Bakını tərk edərək Da-
ğıstana getmişdir.
“İttihad” partiyasının sədri olan
Qarabəyli 1918-1920-ci illərdə fəaliy-
yətdə olan Azərbaycan Demokratik
Respublikası parlamentinə deputat se-
çilmişdir.
Aprel işğalından sonra Qarabəyli
həbs edilərək Arxangelskdəki Solov-
ki həbs düşərgəsinə göndərilmişdir.
N.Nərimanovun xahişi ilə Leninin
müdaxiləsi nəticəsində 1923-cü ildə
həbsdən azad edilmişdir. Moskva-
ya köçərək Rusiya fövqəladə ko-
missarlığının xəstəxanasında həkim
işləmişdir.
Qara bəy Qarabəyli Kreml xəstəxa-
nasına rəhbərlik etmişdir.
1924-cü ildə Qazaxıstana köçərək
burada ilk Mamalıq Texnikumunun
əsasını qoymuşdur.
1933-cü ildə Səmərqənd xəstəxa-
nasında baş həkimin müavini işləmiş-
dir.
1934-cü ildə gizli olaraq Bakıya
gəlmiş, burada bir erməni döydüyü
üçün həbs edilmişdir.
1936-cı ildə həbsdən buraxılaraq
Səmərqəndə göndərilən Qarabəyli
vərəm sanatoriyasının baş həkimi işlə-
mişdir.
Qara bəy Qarabəyli 1953-cü ildə
Səmərqənddə vəfat etmişdir.
Dostları ilə paylaş: