İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Milli Qəhrəmanlar
45
illiyi
Canpolad Rzayev
1968-1992
FEVRAL
Canpolad Yaqub oğlu Rzayev
1968-ci il fevral ayının 26-da Ağdam
rayonunda anadan olmuşdur. Burada
Əhmədavar kənd orta məktəbini bi-
tirmişdir. 1988-ci ildə hərbi xidmətə
çağırılan Canpolad raket qoşunlarında
xidmət etmiş və leytenant rütbəsi al-
mışdır. Qarabağ müharibəsi başlayan-
da o, könüllü olaraq Vətənə dönmüş-
dür.
Xramort, Xanabad, Əsgəran,
Qarakənd uğrunda gedən döyüşlərdə
rəşadətlə vuruşmuş, 26 fevral 1992-
ci il tarixində erməni vəhşilərinin
Xocalı şəhərində Rusiyaya məxsus
366-cı moto-atıcı alayla birlikdə
dinc sakinləri vəhşicəsinə öldürməsi,
uşaqların, körpələrin başlarını kəsib,
evləri yandırması Canpoladı tankına
oturaraq Qaraqaya kəndinə üz tut-
mağa məcbur etmişdir. Burada xeyli
erməni quldurunu sərrast atəşlə məhv
edən cəsur döyüşçü yüzlərlə dinc sa-
kinin mühasirədən çıxmasına şərait
yaratmışdır. Hər tərəfdən atəşə məruz
qalan Canpolad döyüş meydanında
qəhrəmancasına həlak olmuşdur.
Evli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 7 iyun 1992-ci il tarixli 833
saylı Fərmanı ilə Rzayev Canpo-
lad Yaqub oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Ağdam şəhərinin Şəhidlər Xiyaba-
nında dəfn olunmuşdur.
26
Milli Qəhrəman
|