63
Azərbaycanı iki yerə bölən Türkmənçay
müqaviləsinin imzalanmasından bu gün 185 il ötür.
Rusiya ilə İran arasında ikinci müharibənin (1826-
1828) yekunlarına əsasən, 1828-ci il fevral ayının
10-da Çar Rusiyası və İran arasında bağlanan bu
müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz
çayından Şimal hissəsi Çar Rusiyasının, Cənub
hissəsi isə Şah İranının əsarətinə keçdi.
Təbrizin 50 km-dəki Türkmənçay kəndində Ru-
siya generalı İvan Paskeviç və İran şahzadəsi Ab-
bas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan
və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilmişdir.
Müqavilənin imzalanmasında məşhur rus yazıçısı
Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakı-
xanov iştirak etmişdir. Bakıxanov burda tərcüməçi
olmuşdur.
Türkmənçay müqaviləsi Azərbaycan tarixində
qanlı səhifələrdən biridir. Bu müqavilə Azərbaycan
ərazisinə Azərbaycanın tarixi taleyinə bütövü,
tamı bölən, Azərbaycanı parçalayan, ərazilərimizə
qəsd edilən bir tarixi məqamdır. Çünki zaman
öz hökmünü vermişdi, Azərbaycan müstəqil fe-
odal xanlıqları formasında mövcud idi. Hər bir
xanlıq orta əsrlərin feodal dövlətlərindən idi.
Belə bir məqamda İranla Rusiya bu müstəqil fe-
odal dövlətləri tutmaq qərarına gəldilər. Nəticədə,
tamamilə özlərinə məxsus olmayan ərazi uğrunda
vuruş başlanmış və Azərbaycan torpaqlarını öz
aralarında bölmüşdülər. Tarixən nə Rusiya, nə İra-
na dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin
bir parçası olan bu feodal dövlətlər bölünmüş və
Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranmış-
dı. Əslində bu, Rusiyanın Pyotr dövründən qalma
siyasətinin bilavasitə davamı idi və burda hələ
I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən
məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan
erməni əhalisinin Rusiya imperiyasının yeni torpaq-
larına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi,
İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi,
Rusiya donanmasının Xəzərdə şəriksiz hakim ol-
ması və rus tacirlərin İranda ticarət güzəştləri əldə
etməsi barədə maddələr də vardı.
Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi
üçün münbit siyasi şərait yaranmışdı və
Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni
insan dəyişməsi maddələri burda Azərbaycanın
bugünkü taleyinə təsir edən məqamları yaratmışdı.
Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan
40 min, Türkiyədən 84 min erməni Azərbaycana
köçürüldü. Beləliklə, Azərbaycana elə bir tari-
xi zülm edildi ki, indi də bu zülmün qarşısında
Azərbaycan xalqı əziyyət çəkir.
Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaq-
larının Rusiya və İran arasında Araz çayı boyunca
bölüşdürülməsi başa çatmışdı.
Bütünlükdə bu müqavilə 16 maddədən
ibarətdir.
Qarabağın işğalı əslində elə bu “sülh”
müqaviləsinin imzalanması ilə başlanmışdır.
Bundan sonrakı tariximizin hər vərəqində qan-
la, qadayla yanaşı qəhrəmanlıq, şəhidlik zirvələri
də ucalmışdı.
Tarixdə bu gün
Dostları ilə paylaş: