60
Tarix
85
illiyi
Qaraş Mədətov
1928-1993
FEVRAL
Qaraş Əli oğlu Mədətov 1928-ci il
fevral ayının 12-də Naxçıvan MR-nın
Kəngərli rayonunun Qarabağlar kən-
dində anadan olmuşdur.
1950-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Tarix fa-
kültəsini bitirmişdir.
1953-1956-cı illərdə Moskva
Dövlət Universitetinin aspirantura-
sında təhsil almışdır. 1956-cı ildə
namizədlik, 1966-cı ildə isə doktorluq
dissertasiyasını müdafiə etmiş, 1969-
cu ildə professor elmi adı almış, 1983-
cü ildə isə Azərbaycan EA-nın (indi
AMEA) müxbir üzvü seçilmişdir.
Q.Ə.Mədətov 1956-cı ildən AEA
Tarix İnstitutuna işə qəbul edilmiş,
1968-ci ildən ömrünün sonunadək
“Azərbaycanın müasir dövr tarixi” şö-
bəsinə rəhbərlik etmişdir.
Q.Ə.Mədətov bütün elmi fəaliyyə-
tini Azərbaycanın 1941-1945-ci illər
müharibəsi dövrü tarixinin tədqiqinə
yönəltmişdir. O, 160-dan artıq elmi
əsərin, o cümlədən “Naxçıvanda sovet
hakimiyyətinin qələbəsi və Naxçıvan
MSSR-in yaradılması”, “Azərbaycan
Böyük Vətən müharibəsində (1941-
1945-ci illərdə)” və b. monoqrafiyala-
rın müəllifidir.
3 cildlik “Azərbaycan tarixi” və
“Azərbaycan Kommunist Partiya-
sı tarixinin oçerkləri” kitablarında
“Azərbaycan Böyük Vətən mühari-
bəsində” bölməsinin də müəllifidir.
Onun rəhbərliyi və iştirakı ilə “Azər-
baycan Böyük Vətən müharibəsi döv-
ründə” (2 cildlik), “Azərbaycanın
Qırmızı Ulduzları”, “Azərbaycan oğul-
ları Sovet İttifaqı Qəhrəmanlarıdır” və
“Azərbaycan SSR fəhlə sinfi tarixinin
oçerkləri” (3 cildlik) və digər əsərlər
nəşr olunmuşdur.
Onun rəhbərliyi ilə 11 doktorluq və
30 namizədlik dissertasiyası müdafiə
edilmişdir.
Q.Ə.Mədətov 1980-ci ildə “Azər-
baycan SSR Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüş, “Şərəf Ni-
şanı” ordeni, müxtəlif medallarla və
fəxri fərmanlarla təltif olunmuşdur.
1993-cü il iyul ayının 1-də Bakıda
vəfat etmiş və Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Dostları ilə paylaş: