61
Coğrafiya.Geologiya
85
illiyi
Budaq Budaqov
1928-2012
FEVRAL
Budaq Əbdüləli oğlu Budaqov
1928-ci il fevral ayının 28-də Qərbi
Azərbaycanda Zəngibasar bölgəsinin
Çobankərə kəndində anadan ol-
muşdur. 1943-1947-ci illərdə Yere-
vanda Azərbaycan Dövlət Pedaqoji
məktəbində oxumuşdur. 1947-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nun coğrafiya fakültəsinə daxil olmuş-
dur. Moskvada SSRİ EA Coğrafiya
İnstitutunda aspiranturanı bitirdikdən
sonra, 1955-ci ildə namizədlik və
1967-ci ildə doktorluq dissertasiya-
larını müdafiə etmişdir. Azərbaycan
Elmlər Akademiyasının Coğrafiya İns-
titutunda Landşaftşünaslıq şöbəsinin
müdiri (1967-1974), elmi işlər üzrə di-
rektor müavini (1974-1988) işləmişdir.
1988-ci ildən ömrünün sonunadək
həmin institutun direktoru vəzifəsində
çalışmışdır. Azərbaycan EA müxbir
üzvü (1976) və akademiki (1989) se-
çilmişdir.
Ədəbi, elmi yaradıcılığa tələbəlik
illərindən başlamışdır. Onun elmi
əsərləri Azərbaycanda, həmçinin
xaricdə - Rusiya, Hindistan, Pol-
şa, Türkiyə və İran elmi və döv-
ri mətbuatlarında çap olunmuşdur.
“Cənub-Şərqi Qafqazın geomorfo-
logiyası və yeni tektonikası” (1973)
elmi əsəri keçmiş SSRİ Coğrafiya
Cəmiyyətinin N.Prjevalski adına qı-
zıl medalına layiq görülmüşdür. Onun
yaradıcılığında elmi-kütləvi, elmi-
publisistik məzmunlu məqalələr geniş
yer tutur.
Budaq Budaqov coğrafi təkanın,
sel ocaqlarının təsnifatını ver-
miş, təbiətin dağıdıcı hadisələrini
sistemləşdirmiş, Böyük Qafqazın
Azərbaycan hissəsinin geomorfolo-
giyasını, yeni tektonik hərəkətlərini,
qədim buzlaşmasını öyrənmiş, ərazinin
xəritələrini (1:200000) tərtib etmişdir.
İlk dəfə 1956-cı ildə Qafqazda 3600
m mütləq yüksəklikdə Üst Sarmaq
yaşlı dəniz faunasını aşkara çıxar-
mışdır. Azərbaycanın təbii və antro-
pogen landşaftını, orada baş verən
səhralaşmanı, landşafın geokimyası-
nı öyrənmişdir. Azərbaycanda təbii-
dağıdıcı hadisələrin intensivliyinə
görə ekoloji-coğrafi şəraiti tədqiq et-
miş və ərazinin 1:500000 xəritəsini
tərtib etmişdir.
1051 adda elmi əsəri çapdan çıx-
mışdır.
1995-ci ildə akademik Y.Məm-
mədəliyev adına medal və mükafat,
2000-ci ildə İslam xeyriyyəçiliyinə
görə H.Z.Tağıyev mükafatı, “Şöhrət”
ordeni, 2008-ci ildə dövlət başçısı-
nın digər sərəncamı ilə Azərbaycan
elminin inkişafındakı xidmətlərinə
görə Budaq Əbdüləli oğlu Buda-
qov Azərbaycan Respublikasının
“Əməkdar elm xadimi” fəxri adına la-
yiq görülmüşdür.
Budaq Budaqov 1 noyabr 2012-ci
ildə Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: