Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə84/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   80   81   82   83   84   85   86   87   ...   538
Ə d ə b i y y a t

Əsrimizin siyasi tarixi [Mətn] /Q.Mədətov //Dirçəliş .-1991.- № 7, 8, 9.- S.93-95.

Ruhulla Axundov [Mətn]: bioqrafik oçerk /Q. Mədətov .-Bakı: Azərnəşr, 1983.- 57, [3] s

Tarix elminə həsr olunmuş ömür: Qaraş Əli oğlu Mədətov- 80 [Mətn].-Bakı: MBM, 2008.-

112 s.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

12

Tarixçi


61

Coğrafiya.Geologiya  

85 

illiyi

Budaq Budaqov 

1928-2012    

FEVRAL

Budaq  Əbdüləli oğlu Budaqov 

1928-ci il fevral ayının 28-də  Qərbi 

Azərbaycanda Zəngibasar bölgəsinin 

Çobankərə  kəndində anadan ol-

muşdur. 1943-1947-ci illərdə Yere-

vanda Azərbaycan Dövlət Pedaqoji 

məktəbində oxumuşdur. 1947-ci ildə 

Azərbaycan Dövlət Pedaqoji İnstitutu-

nun coğrafiya fakültəsinə daxil olmuş-

dur. Moskvada SSRİ EA Coğrafiya 

İnstitutunda aspiranturanı bitirdikdən 

sonra, 1955-ci ildə namizədlik və 

1967-ci ildə doktorluq dissertasiya-

larını müdafiə etmişdir. Azərbaycan 

Elmlər Akademiyasının Coğrafiya İns-

titutunda Landşaftşünaslıq  şöbəsinin 

müdiri (1967-1974), elmi işlər üzrə di-

rektor müavini (1974-1988) işləmişdir. 

1988-ci ildən ömrünün sonunadək 

həmin institutun direktoru vəzifəsində 

çalışmışdır. Azərbaycan EA müxbir 

üzvü (1976) və akademiki (1989) se-

çilmişdir. 

Ədəbi, elmi yaradıcılığa tələbəlik 

illərindən başlamışdır. Onun elmi 

əsərləri Azərbaycanda, həmçinin 

xaricdə - Rusiya, Hindistan, Pol-

şa, Türkiyə  və  İran elmi və döv-

ri mətbuatlarında çap olunmuşdur. 

“Cənub-Şərqi Qafqazın geomorfo-

logiyası  və yeni tektonikası” (1973) 

elmi  əsəri keçmiş SSRİ Coğrafiya 

Cəmiyyətinin N.Prjevalski adına qı-

zıl medalına layiq görülmüşdür. Onun 

yaradıcılığında elmi-kütləvi, elmi-

publisistik məzmunlu məqalələr geniş 

yer tutur. 

Budaq Budaqov coğrafi  təkanın, 

sel ocaqlarının təsnifatını ver-

miş, təbiətin dağıdıcı hadisələrini 

sistemləşdirmiş, Böyük Qafqazın 

Azərbaycan hissəsinin geomorfolo-

giyasını, yeni tektonik hərəkətlərini, 

qədim buzlaşmasını öyrənmiş, ərazinin 

xəritələrini (1:200000) tərtib etmişdir. 

İlk dəfə 1956-cı ildə Qafqazda 3600 

m mütləq yüksəklikdə Üst Sarmaq 

yaşlı  dəniz faunasını  aşkara çıxar-

mışdır. Azərbaycanın təbii və antro-

pogen landşaftını, orada baş verən 

səhralaşmanı, landşafın geokimyası-

nı öyrənmişdir. Azərbaycanda təbii-

dağıdıcı hadisələrin intensivliyinə 

görə ekoloji-coğrafi  şəraiti tədqiq et-

miş  və  ərazinin 1:500000 xəritəsini 

tərtib etmişdir. 

1051 adda elmi əsəri çapdan çıx-

mışdır.

1995-ci ildə akademik Y.Məm-

mədəliyev adına medal və mükafat, 

2000-ci ildə  İslam xeyriyyəçiliyinə 

görə H.Z.Tağıyev mükafatı, “Şöhrət” 

ordeni, 2008-ci ildə  dövlət başçısı-

nın digər sərəncamı ilə Azərbaycan  

elminin inkişafındakı xidmətlərinə 

görə Budaq Əbdüləli oğlu Buda-

qov Azərbaycan Respublikasının 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

Budaq Budaqov 1 noyabr 2012-ci 

ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin