Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə86/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   82   83   84   85   86   87   88   89   ...   538
İ n t e r n e t d ə

www..anl.az

www.adam.az

www.az.wikipedia.org

28

Akademik


62

Tarixdə bu gün

Beynəlxalq Təhlükəsiz İnternet Günü

 2004

FEVRAL

Beynəlxalq Təhlükəsiz  İnternet 

Günü (İnternational Safer Internet 

Day) Avropa Komissiyasının qərarı 

ilə 2004-cü ildə  təsis edilmişdir. Bu 

əlamətdar hadisə dünyanın 60-dan çox 

ölkəsində müxtəlif şüarlar altında (“İn-

ternet və  uşaqlar”, “Qlobal şəbəkədə 

kibercinayət: qanunsuz kontentlərdən 

müdafiə” və s.) qeyd olunur. Tədbirlər 

qeyri-hökumət təşkilatı olan INSAFE 

(European Safer Internet Network - 

Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) 

tərəfindən koordinasiya edilir. INSA-

FE - Avropa Komissiyasının iştirakı ilə 

yaradılan milli təşkilatlar  şəbəkəsidir. 

Təşkilatın əsas missiyası təhlükəsiz İn-

terneti təbliğ etmək, xüsusən də gələcək 

nəsilləri qlobal şəbəkədəki mövcud 

təhdidlərlə bağlı  məlumatlandırmaq, 

maarifləndirmə  işləri aparmaqdır. IN-

SAFE təşkilatı Avropanın 26 ölkəsinin 

təhsil nazirlikləri nümayəndələrinin 

daxil olduğu European Schoolnet kon-

siliumu tərəfindən idarə edilir.

Ənənəvi olaraq hər il fevral ayı-

nın ikinci həftəsinin çərşənbə axşamı 

günündə təşkil edilən və bu il “İnter-

net adi bir oyun vasitəsi deyil, İnter-

net bizim həyatımızdır” sloqanı ilə 

keçirilən müxtəlif səpgili tədbirlərdə 

- konfrans, elmi seminar, dəyirmi 

masa, forum, sərgi, kiberməkanda 

təhlükəsizlik məsələlərinə həsr edilmiş 

saytların təqdimatı  və müsabiqələrdə 

informasiya texnologiyaları sahəsi 

üzrə mütəxəssis və alimlər, gənc 

nəslin nümayəndələri bir araya gəlir, 

“Təhlükəsiz  İnternet - mədəniyyət: 

uşaq və yeniyetmələr üçün pozitiv və 

təhlükəsiz İnternet”, “Təhsil və infor-

masiya təhlükəsizliyi”, “Təhlükəsiz 

İnternetin yaradılmasında peşəkar 

cəmiyyətlərin rolu”, “İnternetdə ne-

qativ kontentdən texniki müdafiə me-

todları”, “İnternet məhdud  fiziki im-

kanlı insanlar üçün” və s. mövzularda 

məruzələr dinlənilir, müzakirələr apa-

rılır, müxtəlif  fikirlər səsləndirilərək 

təklif və tövsiyələr bildirilir. Həmin 

gün televiziya və radiolarda verilişlərin 

qayəsini də məhz bu səpgidə olan möv-

zular təşkil edir. 

Aqressiv İnternet-kontentin cəmiy-

yət tərəfindən qəbul edilməməsi, 

qlobal  şəbəkənin təhlükəsizliyinin 

mühafizəsi, uşaqlara rəqəmsal dün-

yanın imkanlarından təhlükəsiz 

istifadə qaydalarının aşılanması ilə 

bağlı məsələlərə həsr edilmiş 7 fevral 

Beynəlxalq Təhlükəsiz  İnternet Günü 

ölkəmizdə  də müvafiq qurum, elmi 

müəssisə və təşkilatlarda geniş şəkildə 

qeyd olunur və bütün istifadəçilərə 

təhlükəsiz interneti tərənnüm edən 

qlobal aksiyadır.

2004-cü ildən qeyd olunan bu gün, 

Avropa İttifaqı tərəfindən dəstəklənir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin