Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə89/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   85   86   87   88   89   90   91   92   ...   538
14


65

Tarixdə bu gün 

Qaradağlı kəndinin işğalı günü

1992

FEVRAL

Qaradağlı  kəndinin işğalı Xocalı 

qətliamına qədər Azərbaycanın yaşa-

dığı  ən faciəli hadisə, erməni işğalçı 

dəstələrinin törətdiyi müdhiş bir qır-

ğın idi. Ermənilər Xocalı soyqırımına 

son “hazırlığı”, həmin qətliamın “baş 

məşqini” məhz Qaradağlı  kəndində 

keçmişdilər.

1988-ci ildən mənfur qonşuları-

mızın torpaq-ərazi iddiası başlayan 

dövrdən etibarən Qaradağlı  kəndinin 

dinc sakinləri hər gün ermənilərin 

hücumuna məruz qalmışdır. Erməni 

təxribatçıları tərəfindən törədilmiş ter-

ror aktları nəticəsində 1991-ci ilin 28 

iyun tarixində 3 nəfəri qadın olmaqla 

6 nəfər diri-diri yandırılmış, 1991-ci 

ilin sentyabr ayında sərnişin avtobu-

sunun gülləbaran edilməsi nəticəsində 

8 nəfər öldürülmüş, çoxlu sayda insan 

yaralanmış, güllə yarası alanlardan 5 

nəfəri sonradan dünyasını dəyişmişdir. 

17 fevral 1992-ci il tarixində erməni 

hərbi birləşmələri tərəfindən keçmiş 

SSRİ Silahlı Qüvvələrinin 366-cı mo-

toatıcı alayının hərbi texnikasının və 

canlı qüvvəsinin dəstəyi ilə Dağlıq 

Qarabağ bölgəsindəki mühüm yaşa-

yış  məntəqələrindən biri - Xocavənd 

(Martuni) rayonunun Qaradağlı kəndi 

işğal edilmişdir. 118 nəfər  əsir götü-

rülmüş, 33 nəfər ermənilər tərəfindən 

güllələnmiş, öldürülən və yaralı hal-

da olanları bir yerdə  təsərrüfat quyu-

suna tökərək üzlərini torpaqlamışlar. 

Əsirlikdə saxlanılanlara qarşı  vəhşi, 

vandalizm hərəkətləri ilə davranılma-

sı, insanların başlarının kəsilməsi, diri-

diri basdırılması, dişlərinin çəkilməsi, 

ac-susuz saxlanılması, döyülərək 

öldürülməsi insanlığa qarşı törədilmiş 

cinayət hadisəsi idi. 140-a yaxın uşaq 

yetim qalmışdır. Ümumilikdə Qaradağ-

lı kəndində 91 nəfər, kənd sakinlərinin 

hər 10 nəfərindən biri qətlə yetirilmiş-

dir.

Öldürülənlərdən 10 nəfəri qadın, 8 



nəfəri məktəbli olmuşdur. 

İşğal nəticəsində  kənddə 200 ev, 

1 mədəniyyət evi, 320 yerlik orta 

məktəb binası, 25 çarpayılıq xəstəxana 

binası  və digər obyektlər dağıdılmış-

dır. Kəndin 800 nəfərə yaxın sakini 

məcburi köçkün düşmüşdür.

İşğal altında olan başqa torpaqları-

mız kimi Qaradağlı kəndi də azad olu-

nacağı günü gözləyir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin