59
Siyasət.Hərbi iş
90
illiyi
Mustafa Nuriyev
1923-1982
FEVRAL
Mustafa Qurban oğlu Nuriyev
1923-cü il fevral ayının 12-də Astra-
xanbazar (indiki Cəlilabad) şəhərində
anadan olmuşdur.
1941-ci ildən Sovet Ordusunda
xidmət etmişdir. 1942-ci ildə Bakı
Hərbi məktəbini bitirmiş, 402-ci
Azərbaycan diviziyasında batalyon
komandiri təyin olunmuşdur. Böyük
Vətən müharibəsində Qafqaz uğ-
runda vuruşmalarda iştirak etmişdir.
Müharibədən sonrakı illərdə polk
məktəbinin rəisi, qərargah rəisi, polk
komandiri olmuşdur. 1956-cı ildə
M.B.Frunze adına Hərbi Akademi-
yanı bitirdikdən sonra SSRİ Silahlı
Qüvvələrində xidmət etmişdir.
1962-1964-cü illərdə onun rəhbərliyi
ilə İstehkamçılar alayının şəxsi heyəti
Kiyev, Kirovoqrad, Çerniqov, Voroşi-
lovqrad və s. vilayətlərdə alman-faşist
işğalçılarından qalmış 60 mindən çox
mərmi, mina, bomba və s. partlayıcılar
çıxarıb zərərsizləşdirmişdir.
1969-cu ildə general-mayor rütbəsi
almışdır.
1965-1981-ci illərdə Azərbaycan
SSR Müdafiə Qərargahının rəisi ol-
muşdur.
1981-1982-ci illərdə Azərbaycan
KP MK-da işləmişdir. Respubli-
ka əhalisi arasında mülki-müdafiə
biliklərinin təbliği sahəsində böyük iş
aparmışdır.
Xidmətlərinə görə 2 “Qırmızı Ul-
duz”, “Şərəf nişanı” ordenləri və me-
dallarla təltif olunmuşdur.
Nuriyev Mustafa Qurban oğlu
1982-ci il dekabr ayının 19-da Bakıda
vəfat etmişdir.
Dostları ilə paylaş: