56
Milli Qəhrəmanlar
50
illiyi
Əfqan Hüseynov
1963-1992
FEVRAL
Əfqan Qaraxan oğlu Hüseynov
1963-cü il fevral ayının 24-də Bakı
şəhərində anadan olmuşdur. 1980-
cı ildə C.Naxçıvanski adına hərbi
təmayüllü orta internat məktəbində
təhsilini başa vurmuş, sonra Bakı
Ümumqoşun Komandirləri Məktəbinə
qəbul olmuş və tağım komandirinin
müavini təyin edilmişdir. 1984-cü
il tarixində SSRİ Müdafiə nazirinin
əmrinə əsasən ona leytenant hərbi
rütbəsi verilmişdir.
11 oktyabr 1985-ci il tarixindən
25 iyun 1987-ci ilə kimi Əfqanıstan
Demokratik Respublikasında gedən
döyüşlərdə fəal iştirak etmiş və ağır
yaralanmışdır. Onun döyüş xidməti
yüksək qiymətləndirilmiş, “Qırmı-
zı ulduz” ordeni ilə təltif edilmişdir.
1986-cı ildə ona baş leytenant rütbəsi
verilmişdir.
O, 1988-ci ildə C.Naxçıvanski
adına Bakı hərbi təmayülli məktəbə
tərbiyəçi bölük komandiri təyin edil-
miş və növbəti kapitan hərbi rütbəsini
almışdır. Yüksək dərəcəli biliyə malik
bir zabit olduğu nəzərə alınaraq Hü-
seynov Əfqan Qaraxan oğlu 02 dekabr
1991-ci ildə Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin 1-ci
şöbəsində döyüş hazırlığı üzrə baş za-
bit vəzifəsinə təyin edilmişdir.
1991-ci il dekabr ayının 25-də
Azərbaycan Respublikası Milli Qvar-
diyasının yaranması ilə əlaqədar olaraq
bir çox bacarıqlı zabitlər Qvardiyanın
təşkili işlərinə cəlb edilmişdir. Hüsey-
nov Əfqan Qaraxan oğlu 21.01.1992-ci
ildə Milli Qvardiyanın sıralarına daxil
olmuş, Milli Qvardiya alayına koman-
dir təyin edilmişdir
Ə.Hüseynov 1992-ci il noyabr ayı-
nın 1-də Qubadlı rayonunun Səfiyan
və Quşçular kəndlərinin müdafiəsi za-
manı qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli
262 nömrəli Fərmanı ilə Hüseynov
Əfqan Qaraxan oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı fəxri
adına layiq görülmüşdür.
Xüsusi Dövlət Mühafizə Xidməti
rəisinin 09 mart 1995-ci il tarixli 63
saylı əmri ilə Azərbaycanın Milli
Qəhrəmanı mayor Hüseynov Əfqan
Qaraxan oğlu əbədi olaraq Milli Qvar-
diyanın şəxsi heyətinin siyahısına sa-
lınmışdır.
Göstərdiyi qəhrəmanlıqlara görə
orden və medallarla təltif edilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
C.Naxçıvanski adına liseydə və
Xüsusi Dövlət Mühafizə Xidməti Milli
Qvardiyası idarəsində onun büstü qo-
yulmuşdur.
Dostları ilə paylaş: