gözləmək, sonra düşüb sürücünün göstərdiyi yerdə gizlənmək
lazımdır. Sürücülər marşurutdakı sığınacağın (daldalanacağın)
yerini bilməli və sərnişinləri həmin yerin yaxınlığında
düşürməlidirlər. Yaxında sığınacaq və ya daldalanacaq yoxdursa,
adamlar gizlənmək üçün bütün imkanlardan (yeraltı keçidlər,
səngər, tunel, yolkənarı və s.) istifadə etməlidirlər. Belə hallarda
dərhal mühafizə vasitələrini geymək lazımdır.
“Hava həyəcanı” siqnalı verilərkən kənd rayonlarının sakinləri
və şəhərlərdən köçürülmüş əhali radiasiya daldalanacaqlarında
(daldalanmaq üçün uyğunlaşdırılmış zirzəmilərdə, döşəməaltı
yerlərdə və s.) gizlənməlidir. Mal-qara tövlələrdə, dərələrdə,
yarğanlarda, meşəlik sahələrdə daldalandırıla bilər. Yaşayış
yerindən uzaqda çöldə, sahələrdə işləyən adamlar siqnal verilərkən
təbii daldalanma yerlərində, xəndək, yarğan, təpənin arxası, çökək
yerlərdə daldalanmalıdırlar.
Dostları ilə paylaş: