“Kimya həyəcanı” siqnalı verilərkən necə davranmalı?
“Kimya həyəcanı” siqnalı kimyəvi və ya bakterioloji
zəhərlənmə təhlükəsi yarandıqda, və ya belə zəhərlənmələr
bilavasitə aşkar edildikdə “Hamının Diqqətinə!” siqnalından
sonra texniki rabitə və xəbərdarlıq vasitələri ilə belə elan edilir:
“Diqqət! Danışır mülki müdafiə qərargahı! Vətəndaşlar!
Kimya həyəcanı! Kimya həyəcanı!”. Bu zaman aşkar olunmuş
zəhərləyici maddənin və ya yolxucu xəstəlik törədicisinin növü
nəzərə alınmaqla, əhalinin davranışı barədə konkret məsləhətlər,
məlumatlar verilir. Siqnal yerlərdə səs və işıq siqnalları vasitəsilə
verilməlidir.
Siqnal verilərkən dərhal əleyhqazı taxmaq, mühafizə
paltarlarını geymək və mühafizə qurğusunda gizlənmək lazımdır.
Siqnal verilərkən sığınacaqda olan adamlar ancaq onun kipliyi
pozularkən əleyhqaz taxırlar.
Fövqəladə hallar zamanı
Ocaqov H.O.
əhalinin xəbərdarlığı.
NağıyevMuxtarovN.T.R.M
İş yerində olarkən bu siqnal verildikdən dərhal əleyhqaz taxır və
sonra rəhbərliyin göstərişlərinə uyğun hərəkət edirlər.
Adamlar kimyəvi zəhərləyici maddələrlə zəhərlənmiş
sahələrdən tez çıxmağa çalışmalıdırlar. Bu məqsədlə hansı tərəfə
getmək lazım gəldiyini mülki müdafiə işçiləri göstərməlidirlər.
Lakin belə işçilər olmadıqda, onda küləyin səmtində
perpendikulyar istiqamətdə getmək lazımdır.
Kənd yerlərində “Kimya həyəcanı” siqnalı verilərkən
heyvanları, ev quşlarını, ərzaq və yem ehtiyatlarını, habelə su
quyularını mühafizəsi üçün tədbir görülməli, onların kipliyi bir daha
yoxlanılmalıdır.
Son dərəcə diqqətli olmaq, mülki müdafiə orqanlarının göstərişlərini
dəqiq yerinə yetirmək lazımdır.
Kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşduğu
barədə və bundan sonrakı davranış qaydası haqqında göstərişlər,
siqnal verilən hallarda olduğu kimi, rabitə vasitələri ilə veriləcəkdir.