davranış rejimləri (radiasiyadan mühafizə rejimləri) haqqında mülki
müdafiə qərargahının konkret göstərişləri də verilməlidir.
Fövqəladə hallar zamanı əhalinin xəbərdarlığı
Siqnal verilərkən əleyhqazı, respiratoru, bunlar olmadıqda tozdan
qoruyan parça maska və ya pambıqlı tənzif sarğını taxmaq, ərzaq və su
ehtiyatı, dərman, ən zəruri şeyləri götürüb sığınacağa və ya radiasiya
daldalanacağına getmək lazımdır. Belə xüsusi mühafizə qurğuları
olmayan hallarda radioaktiv zəhərlənmədən qorunmaq üçün daş
binalardan, mənzillərdən və zirzəmilərdən istifadə etmək mümkündür.
Lakin bu zaman onları kipləşdirmək, qapı və pəncərələri kip bağlamaq,
onların qarşısına pərdə çəkmək, bütün deşik və bacaları bərkitmək
lazımdır.
Adamlar zəhərli sahələrdə qalarsa və ya zəhərli yerlərdən keçib
getməli olarlarsa, onlar fərdi tibb qutularındakı (Aİ-2 tibb qutusu) 1
nömrəli radiasiyadan mühafizə dərmanının həblərini qəbul etməlidirlər.
Bu həbləri qəbul etmək qaydası qutudakı təlimat vərəqəsində
göstərilmişdir.