153
Sirkə turşusunu biokimyəvi, sintetik və ağacın quru distilləsi üsulları ilə əldə
edirlər. Biokimyəvi üsulla alınmış sirkə turşusunu 6-9% qatılıqda satışa buraхırlar.
Bu məqsədlə üzüm və meyvə-giləmeyvələrdən istifadə edilir.
Üzüm və ya şərab
sirkəsi, alma sirkəsi, tut sirkəsi və s.
Sintetik üsulla sənayedə sirkə turşusunu Kuçerov reaksiyasına görə
asetilendən alırlar. Əvvəlcə asetilen su ilə katalizatorun iştirakı ilə birləşib
asetaldehid (sirkə aldehidi) əmələ gətirir.
Sonra asetaldehid oksigenlə sirkə turşusu alınana qədər oksidləşdirilir.
Ağacın quru distilləsi ilə alınan sirkə turşusu 70-80%-li sirkə cövhəri adı ilə
satışa verilir. Istifadə etməzdən əvvəl 5%-li məhlul hazırlanır.
Sirkə cövhəri
qüvvətli zəhərdir. Sirkə turşusu aşağı temperaturda kristallaşır, ona görə də buzlu
sirkə turşusu adlanır.
Dostları ilə paylaş: