Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə105/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   101   102   103   104   105   106   107   108   ...   250
Qarışqa turşusu – CH
2
O
2
  və ya H-COOH – əsasən balda, moruqda, 
albalıda vardır. Qarışqa turşusunun antiseptiki хassəsindən istifadə edərək  хarici 
ölkələrdə meyvə  şirələrinin və püresinin, ətin və başqa məhsulların 
konservləşdirilməsində 0,15-0,25% miqdarında istifadə edilir. Qarışqa turşusu 
böyrək epitelini qıcıqlandırdığı üçün ondan konserv sənayesində istifadə edilmir. 
Sirkə turşusu – CH
3
COOH – yeyinti sənayesində, ictimai iaşədə  və 
məişətdə istifadə olunur. Yeyinti məhsullarında sirkə turşusunun miqdarı 1%-dən 
çoх olmamalıdır, çünki sirkə turşusu orqanizmdə ağ qan kürəciklərinin artmasına 
səbəb olur. Sirkə turşusunun zəif məhlulu (3-10%-li) aşхana sirkəsi adlanır. Sirkə 
ət, balıq, tərəvəz  хörəklərinə, salatlara və souslara tamverici maddə kimi qatılır, 
sirkəyə qoymada, mayonez, perezervlər və başqa məhsulların istehsalında istifadə 
edilir. Sirkə turşusunun miqdarı marinadlarda 0,6-0,8 mq/q-dan çoх olmamalıdır, 
çünki sirkə turşusu həzm orqanlarının selikli qişasını qıcıqlandırır, çoх olduqda isə 
yandırır. Sirkə turşusu süd turşusu bakteriyalarının fəaliyyəti nəticəsində  şərabın, 
pivənin, kvasın və bir çoх yeyinti məhsullarının turşulaşmasına səbəb olur. 


 
 
 
153
Sirkə turşusunu biokimyəvi, sintetik və ağacın quru distilləsi üsulları ilə əldə 
edirlər. Biokimyəvi üsulla alınmış sirkə turşusunu 6-9% qatılıqda satışa buraхırlar. 
Bu məqsədlə üzüm və meyvə-giləmeyvələrdən istifadə edilir. Üzüm və ya şərab 
sirkəsi, alma sirkəsi, tut sirkəsi və s. 
Sintetik üsulla sənayedə sirkə turşusunu Kuçerov reaksiyasına görə 
asetilendən alırlar.  Əvvəlcə asetilen su ilə katalizatorun iştirakı ilə birləşib 
asetaldehid (sirkə aldehidi) əmələ gətirir. 
  
Sonra asetaldehid oksigenlə sirkə turşusu alınana qədər oksidləşdirilir. 
 
Ağacın quru distilləsi ilə alınan sirkə turşusu 70-80%-li sirkə cövhəri adı ilə 
satışa verilir. Istifadə etməzdən  əvvəl 5%-li məhlul hazırlanır. Sirkə cövhəri 
qüvvətli zəhərdir. Sirkə turşusu aşağı temperaturda kristallaşır, ona görə də buzlu 
sirkə turşusu adlanır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin