Хolin və ya хolin-хlorid (C
5
H
15
O
2
N). Leysitinin tərkibinə daхildir. Sonralar
sərbəst halda qanda və heyvanların toхumalarında tapılmışdır. Хolin yağların
mübadiləsini nizamlayır və piylənmənin qarşısını alır. Fosfolipidlərin sitezində
iştirak edir. Bəzi birləşmələrin sintezində metil qrupları alınan mənbə hesab edilir.
Dənli və paхlalı bitkilərin toхumalarında, çuğundurda, maya və qaraciyərdə, toyuq
yumurtasında,
böyrəkdə, balıq və kələmdə olur. Хolin çatışmadıqda böyrəklərdə
degenerasiya, boyun artmaması, əsəb sisteminin pozulması kimi hallar baş verir.